Bu markaların avtomobillərini alarkən diqqətli olun Tıxaca səbəb olurlar


Digərləri 29 Noy 2025 00:49:00 74 0

Bu markaların avtomobillərini alarkən diqqətli olun  Tıxaca səbəb olurlar

Yollardakı tıxaclar, xüsusən səhər və axşam pik saatlarda yaranan sıxlıq hamımızı bezdirən əsas hallardan biridir. Müşahidələr göstərir ki, yollarda tıxacların yaranmasının səbəblərindən biri hansısa avtomobilin xarab olmasıdır.

Bəs görəsən, hansı avtomobillər daha çox xarab olur və texniki baxışa tez-tez ehtiyac duyur?

Son.az xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı Lent.az-a açıqlamasında bildirib ki, sürücülər avtomobillərə vaxtında qulluq etmədikləri üçün tıxaclar yaranır:

"Texniki nasaz avtomobillərin yollarda qalması halları son vaxtlar daha çox müşahidə edilir. Bunun əsas səbəbi odur ki, sürücülər nəqliyyat vasitələrinə vaxtında texniki qulluq göstərmirlər, yola çıxmamışdan əvvəl avtomobilin texniki sazlığına əmin olmurlar, yoxlamırlar. Bu da digər sürücülərin əziyyət çəkməsinə səbəb olur. Konkret olaraq, hansısa marka avtomobilin adını hallandırmağı düzgün hesab etmirəm, çünki ən son modelin belə, elektrik sistemindəki problemə, hansısa texniki nöqsana görə yolda sönüb qalması halı yarana bilər. Sözsüz ki, burada təsadüfi hadisələr də olur, amma təhlillərimizə əsasən deyə bilərəm ki, bizdə sürücülər nəqliyyat vasitələrinə texniki qulluq göstərmək anlayışından uzaqdırlar. Onlar niyəsə gözləyirlər ki, avtomobil tam xarab olsun, sürülə bilməyəcək vəziyyətə çatsın, sonra ustaya aparsınlar. Təbii ki, bu, belə olmalı deyil. Dövrü texniki müayinə, qulluq mütləq vaxtında həyata keçirilməlidir".

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə əksinə bildirib ki, avtomobillər tıxaclar səbəbindən xarab olur:

"Bakı şəhərində avtomobillərin daha çox xarab olması tıxaclarda baş verir. Saatlarla yolda qalan, sıxlıqla hərəkət edən avtomobillərdə müəyyən fəsadlar peyda olur. Əsasən mühərrikin qızması, soyutma sistemindəki problemlər avtomobillərdə nasazlıq yaradır".

Avtomobil ustası Sahil Ağabəyli açıqlamasında markalar üzrə avtomobillərdə yarana biləcək problemlər barədə danışıb:

"Bəzi avtomobillər var ki, onunla uzaq yola çıxarkən texniki baxışdan keçirməyə ehtiyac yoxdur, çünki o, güvənlilər sırasındadır. Bu, markadan asılı olaraq dəyişir. Məsələn, "Chevrolet Cruze" ilə uzaq yola çıxmamışdan qabaq mütləq onun istilik sistemini ilə bağlı məsələlərini, pərini, termostatını yoxlamaq, radiator barmaqlarını isə suyla yumaq lazımdır. Çünki bu marka avtomobillər ən çox qızma şikayətləri ilə ustaya aparılır. "Hyundai" markalı avtomobillərin isə yağına, soyutma sisteminə xüsusi diqqət yetirmək lazımdır. "Audi" markasında adətən sürət qutusu ilə bağlı problemlər yaranır. Bütün bu istisnalarla yanaşı,  bütün avtomobillərdə yola çıxmazdan əvvəl ümumi texniki baxış keçirilməlidir. Avtomilə 5000 km yürüş verilibsə və 4000-i sürülübsə, mütləq mühərrikin yağını dəyişmək lazımdır. 70-80% yürüş olduqdan sonra yağ təcili şəkildə yenilənməlidir". Son.az

Bağınızdakı ağacların gövdəsinə alüminium folqa bükün like
  • 29 Noy 00:36  
Digərləri Bağınızdakı ağacların gövdəsinə alüminium folqa bükün

Qış mövsümündə meyvə ağaclarını düzgün şəkildə qorumaq bahardakı

arrow Ətraflı
Əməkdar artist efirə kaska ilə çıxdı like
  • 29 Noy 00:23  
Şou-biznes Əməkdar artist efirə kaska ilə çıxdı

Əməkdar artist Elza Seyidcahan fərqli stili ilə diqqət çəkib.

arrow Ətraflı
Gümüşün qiymətində yeni rekord like
  • 29 Noy 00:07  
Digərləri Gümüşün qiymətində yeni rekord

"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-c�

arrow Ətraflı
Teymur Ağakişiyevə vəzifə verildi like
  • 29 Noy 00:02  
Digərləri Teymur Ağakişiyevə vəzifə verildi

"AccessBank" QSC İdarə Heyətinə yeni üzv seçilib.

arrow Ətraflı
Günün qoroskopu: Həqiqətləri qəbul etmək günü olacaq like
  • 29 Noy 00:01  
Digərləri Günün qoroskopu: Həqiqətləri qəbul etmək günü olacaq

Son.az 29 Noyabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:

arrow Ətraflı
"Ən böyük arzum əsl anamın..." like
  • 28 Noy 23:47  
Şou-biznes "Ən böyük arzum əsl anamın..."

Müğənni Şəbnəm Tovuzlu ən böyük arzusunu açıqlayıb.

arrow Ətraflı
Kəlbəcərdə açıq ərazidə yanğın başladı like
  • 28 Noy 23:42  
Digərləri Kəlbəcərdə açıq ərazidə yanğın başladı

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Kəlbəcər rayonu Qalaboynu, Qara

arrow Ətraflı
Sinirləri sakitləşdirməyə kömək edən ən yaxşı çiçəklər: Ev hüzurla dolur like
  • 28 Noy 23:35  
Digərləri Sinirləri sakitləşdirməyə kömək edən ən yaxşı çiçəklər: Ev hüzurla dolur

Gündəlik həyatda çölə çıxıb gəzmək və ya təbiətlə baş-başa qal

arrow Ətraflı
Qaradənizdə nə baş verir? Bir tankerdə partlayış, digəri isə hücuma məruz qaldı like
  • 28 Noy 23:26  
Digərləri Qaradənizdə nə baş verir? Bir tankerdə partlayış, digəri isə hücuma məruz qaldı

Qaradənizdə Rusiyanın Novorossiysk limanına doğru hərəkət edən Kairos

arrow Ətraflı
Tbilisi küçələri yenidən doldu: Zurabişvili etirazçılara müraciət etdi like
  • 28 Noy 23:17  
Digərləri Tbilisi küçələri yenidən doldu: Zurabişvili etirazçılara müraciət etdi

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Tbilisidə keçirilən mi

arrow Ətraflı
Azərbaycanlı bloqer canlı efirdə DÖYÜLDÜ like
  • 28 Noy 23:13  
Digərləri Azərbaycanlı bloqer canlı efirdə DÖYÜLDÜ

Azərbaycanlı bloqer Sübhan Məmmədov Dubayda pop-MMA döyüşçüsü ilə ca

arrow Ətraflı
Yaşar Nurinin qızı vəfat edən bacısından danışıb ağladı like
  • 28 Noy 22:52  
Şou-biznes Yaşar Nurinin qızı vəfat edən bacısından danışıb ağladı

Yaşar Nurinin qızı Ülkər Yaşarqızı efirdə göz yaşlarına boğulub.

arrow Ətraflı
Bu qış Bakıda sərt keçəcək – Ekoloqdan XƏBƏRDARLIQ like
  • 28 Noy 22:41  
Digərləri Bu qış Bakıda sərt keçəcək – Ekoloqdan XƏBƏRDARLIQ

Bu il payızın anomal, yəni nisbətən isti keçməsi qışın sərt ola bilə

arrow Ətraflı
Gəncədə minik avtomobili aşdı  xəsarət alanlar var like
  • 28 Noy 22:15  
Digərləri Gəncədə minik avtomobili aşdı xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Generala yeni like
  • 28 Noy 22:09  
Digərləri Generala yeni

Dövlət Sərhəd Xidməti (DSX) rəisinin maddi-texniki təminat üzrə müavin

arrow Ətraflı