Ödənişli yolda radar və müşahidə kameraları quraşdırıldı
Digərləri 28 Noy 2025 20:22:00 76 0
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunda yeni radarlar və müşahidə kameraları quraşdırılıb.
Bu xəbəri də oxu: Azərbaycanda toy yasa döndü
Son.az AZƏRTAC-a istinadən bildirir ki, ödənişli yolda maksimal sürət həddi, radar və müşahidə kameralarını göstərən yol nişanları cari ilin yanvar ayında quraşdırılmışdı. Radarlar və xüsusi texniki vasitələrin quraşdırılmasına isə ötən həftədən başlanılıb. Quraşdırılan texniki vasitələr hazırda test rejimində işləyir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 20 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Mirqiyas Kazımov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yolda radar və müşahidə kameralarının quraşdırılması işləri bir ay ərzində yekunlaşacaq. Proses Daxili İşlər Nazirliyinin müvafiq qurumu tərəfindən həyata keçirilir.
Mirqiyas Kazımovun sözlərinə görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129 kilometrlik ödənişli hissəsində 20-yə yaxın məntəqədə radarlar və xüsusi texniki vasitələrin quraşdırılması nəzərdə tutulub. Ödənişli yolda sürət həddinin artırılması ilə bağlı təkliflər də müzakirə olunur.
Hazırda yolda ən yüksək sürət həddi qanunvericiliyə uyğun olaraq 110 km/saatdır. Yolun başlanğıc nöqtəsi - Yeni Yaşma ödəmə məntəqəsindən, son nöqtəsi - Yeni Sudur ödəmə məntəqəsinədək olan hissəsində bütün yolboyu sürət həddini göstərən nişanlara rast gəlmək olar.
Müğənni Xatun Əliyeva ad günü ilə bağlı paylaşım edib.
"Sabir bəyin bəyin anası yer üzündə tanıdığım ən gözəl analard
Noyabrın 28 -də Azərbaycan Respublikasının Qəbələ şəhərində Azərbay
"Space TV"də Tarix Əliyevin (Tolik) aparıcısı olduğu "Tarix
Akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası
Müğənni Şöhrət Məmmədov opera ifaçısı Taleh Yahyayevin ona ünvanlad�
ABŞ-nin Los-Anceles şəhərində gənc bloqer və müğənni Maria de la Rosa
Rusiyada itkin düşən 9 yaşlı məktəbli evdə divanın altında tapılıb.
"Komedixana"nın aktrisası Zarina Qurbanova kast rəhbərlərindən g
2025-ci il noyabrın 1-dək azad olunmuş ərazilərdə 6353 abunəçi GPON texn
Baku TV-nin qaynar xəttinə müraciət edən Ramilə Əhmədxanova dələduzlu�
Gənc müğənni Nuran Məmmədov aparıcı Mətanət Əliverdiyevanının veril
