AzərbaycanErmənistan nümayəndələri Qəbələdə görüşdü
Siyasət 28 Noy 2025 19:27:00 82 0
Noyabrın 28 -də Azərbaycan Respublikasının Qəbələ şəhərində Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 12-ci görüşü keçirilib.
Bu xəbəri də oxu: Avropanın Ermənistandakı missiyasının müddəti nə vaxt başa çatır?
Son.az xəbər verir ki, komissiyaların 12-ci görüşü tərəflərdən birinin ərazisində - Azərbaycanın Qəbələ şəhərində keçirilib.
Görüş zamanı tərəflər 16 yanvar 2025-ci il tarixində keçirilmiş 11-ci görüşün yekunları üzrə əldə olunmuş, delimitasiyası üzrə kompleks işlərin dövlət sərhədinin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə, razılaşmanı qeyd ediblər.
Tərəflər delimitasiya tədbirləri ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar.
Həmçinin delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair müvafiq təlimat layihələri müzakirə olunub.
Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryan qarşılıqlı maraq doğuran məsələlər üzrə ayrıca fikir mübadiləsi aparıblar.
Tərəflər növbəti görüşün tarixini iş qaydasında, Ermənistan Respublikasının şəhərlərindən birində, müəyyən etmək barədə razılığa gəliblər. Son.az
"Space TV"də Tarix Əliyevin (Tolik) aparıcısı olduğu "Tarix
Akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası
Müğənni Şöhrət Məmmədov opera ifaçısı Taleh Yahyayevin ona ünvanlad�
ABŞ-nin Los-Anceles şəhərində gənc bloqer və müğənni Maria de la Rosa
Rusiyada itkin düşən 9 yaşlı məktəbli evdə divanın altında tapılıb.
"Komedixana"nın aktrisası Zarina Qurbanova kast rəhbərlərindən g
2025-ci il noyabrın 1-dək azad olunmuş ərazilərdə 6353 abunəçi GPON texn
Baku TV-nin qaynar xəttinə müraciət edən Ramilə Əhmədxanova dələduzlu�
Gənc müğənni Nuran Məmmədov aparıcı Mətanət Əliverdiyevanının veril
Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətinin dayandırılması ilə ba
Dayə kimi çalışdığı evdən 60 min manatlıq qızıl oğurlayan şəxsi po
Argentinada yaşayan iki uşaq anası Candela Reybauld adlı qadın nəfəs prob
