Ukraynadan gətirilən ətlə bağlı iddialar artır AQTA məsələyə aydınlıq gətirdi YENİLƏNİB
Digərləri 27 Noy 2025 17:22:00 85 0
17:22
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istər ölkəyə idxal olunan, istərsə də yerli istehsal edilən bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsul idxal edilməmişdən əvvəl ixracatçı ölkədəki epizootik vəziyyət təhlil edilərək nəzərə alınır.
Bu barədə Son.az-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib:
"Ötən illərdə olduğu kimi cari ildə də xarici ölkələrdən Azərbaycana gətirilən diri heyvanlar, həmçinin ət və ət məhsulları yüksək riskli məhsul qrupuna aid olduğu üçün ciddi şəkildə təhlükəsizlik və keyfiyyət tələbləri üzrə nəzarətdən keçirilir. AQTA-nın regional bölmələrinin əməkdaşlarının nəzarəti ilə yükə baxış keçirilir, məhsullardan nümunələr götürülür və laborator sınağa cəlb edilir. Laborator analiz nəticələri qida təhlükəsizliyi tələblərinə cavab verdikdə məhsulun dövriyyəyə buraxılmasına icazə verilir.
Yüksək riskli məhsulların daşınması, satışı və dövriyyəsi zamanı etiketləmə, saxlama şəraiti, temperatur rejimi və digər tələblərə ciddi riayət olunmalıdır. İstehlakçılar satıcıdan məhsulun müşayiətedici sənədlərini və idxal sağlamlıq aktını tələb edə bilərlər.
Qida təhlükəsizliyi tələblərinin pozulması halları ilə üzləşdikdə vətəndaşlar Agentliyin "1003 - Çağrı Mərkəzi"nə zəng vuraraq və ya "E-Qidam" mobil tətbiqi vasitəsilə məlumat verə bilərlər".
17:07
Ukraynadan idxal olunan dana əti satılır.
Son.az-ın məlumatına görə, təklif olunan dana ətinin qiyməti 11-14 manat arasında dəyişir.
Bəzi vətəndaşlar bu ətlərin mənşəyinin qeyri-müəyyən olduğunu iddia edərək narahatlıqlarını ifadə ediblər. Onlar hesab edirlər ki, bu ətlərin halal olub-olmaması sual altındadır.
Ətin satışı ilə məşğul olanlar isə iddiaları təkzib edərək bildiriblər ki, bütün məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yoxlamasından keçib və qanuni şəkildə satışa çıxarılıb. Onların sözlərinə görə, öz ailələri də həmin ət məhsullarından istifadə edir və təhlükəsizliyinə tam əmindirlər.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu göndərilib.
Mina Mikayılova Son.az
Müğənni Sevda Kazımova oğlunun toyunda geyindiyi açıq-saçıq libasın so
Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətində Vasyukovka yaşayış mə
Aparıcı Elgiz Əkbər ondan yardım istəyən bir vətəndaşın proqramı haq
2026 bəzi bürclər üçün həyatın tamamilə yenidən yazıldığı dövr ol
İran regionda genişmiqyaslı sitrus istehsalı ilə tanınan ölkələrdən bi
ABŞ prezidenti Donald Trampın Ukrayna üçün hazırladığı sülh planı ət
"Yeşilçam"ın tanınmış aktrisası Aydan Şener atasını itirib.
Bir çox ölkələrdə tələbələrə, təqaüdçülərə və şəhid-qazi ail�
"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şə
Müğənni Tacir Şahmalıoğlu ilə Əminə Şirin arasında qalmaqal davam edi
"2026-cı ildə keçiriləcək parlament seçkilərində "Vətəndaş
Bu ilin yayında Bakıdakı Şəhidlər xiyabanında nalayiq hərəkətlər edə
Noyabrın 27-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətən
Abşeron rayonu Masazır qəsəbəsində göllərin qurudularaq həmin ərazidə
