Bacısını oğlanla görən 17 yaşlı gənc bıçağa əl atdı Azərbaycanda


Kriminal 20 Okt 2017 23:54:00 336 0

Bacısını oğlanla görən 17 yaşlı gənc bıçağa əl atdı  Azərbaycanda

Yaralı xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb

Şəmkirdə qısqanclıq zəminində qətl hadisəsi törədilib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə axşam saatlarında Şəmkir rayonunun Zəyəm kəndi ərazisində baş verib.

Kənd sakini, 2000-ci il təvəllüdlü Həsrət Azər oğlu Xəlilov bacısını 1989-cu il təvəllüdlü həmkəndlisi Tural Ramiz oğlu Məmmədovla görüb. Bu zaman tərəflər arasında mübahisə düşüb. Nəticədə H.Xəlilov T.Məmmədovu döş qəfəsindən bıçaqlayaraq onu ağır yaralayıb. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.