Robertdən bizə qalan miras
Digərləri 26 Noy 2025 13:50:00 26 0
Sənaye İnqilabının alovları dünyanı dəyişdirməyə başladığı 1800-cü illərin sonları modern iş həyatının təməlini qoydu. O dövrün ictimai islahatçıları və həmkarlar təşkilatları insan rifahı naminə vaxtın qızıl düsturunu yaratdılar: 8 saat iş, 8 saat istirahət, 8 saat şəxsi həyat. Bu, cəmiyyət üçün nizamnamə, hər bir vətəndaş üçün ədalətli ritm idi. Şəhərlər kiçik, fabriklər yaşayış məntəqələrinə yaxın idi, yol xərcləri (həm zaman, həm də enerji baxımından) minimal sayılırdı. Henri Fordun 1914-cü ildə bu sistemi (əslində Robert Owenin ilkin ideyası idi) sənaye miqyasında tətbiqi ilə məhsuldarlığın artması, bu nizamın universal qəbuluna səbəb oldu. Bu, ahəngdar və ölçülü bir dövr idi.
Bu xəbəri də oxu: Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi
Lakin zamanın axını ilə bu ideal balans pozuldu. Şəhərlər böyüdü, urbanizasiya sürətləndi və nəticədə məsafələr uzandı. Məhz bu məqamda yollar "iş gününün uzantısına" çevrildi.
Bu gün böyük şəhərlərdə yaşayan bir işçi iş yerinə getmək və qayıtmaq üçün gündə ortalama 1-2 saat sərf edə bilər. Əgər 8 saatlıq təməl iş günü üzərinə bu vaxt xərcini əlavə etsək, insanın əslində "işlə bağlı fəaliyyətə" sərf etdiyi vaxt rahatlıqla 10-11 saata çatır. 24 saatlıq gün eyni qalsa da, 8-8-8 düsturu dağılır. Şəxsi həyat və istirahət üçün ayrılan vaxt, birbaşa yol tıxaclarının qurbanına çevrilir.
Bu problem təkcə riyazi fərq deyil, eyni zamanda ciddi psixososial yükdür. Səhər və axşam tıxaclarında keçirilən saatlar yorğunluğu artırır, insanın enerjisini tükədir. Daim dəyişən yol şəraitinə uyğunlaşma zərurəti zehni resursları tükədir və işdən sonrakı fəaliyyətlərə konsentrasiyanı azaldır.
Keçmişin nizamı bugünkü mürəkkəb dinamikaya cavab vermədiyi üçün insanlar yeni həll yolları tapmaq məcburiyyətindədir. Rəqəmsal transformasiya və pandemiya dövrü bu prosesi sürətləndirib. Bir sıra ölkələrdə evdən işləmə rejimi, elastik iş saatları, 4 günlük iş həftəsi tətbiq olunmağa başlayıb.
Bir zamanların reytinqli serialı "Yaprak dökümü"ndəki ev artıq
Katolik Kilsəsinin mənəvi lideri Papa Leo XIV sabah Türkiyəyə ilk beynəlx
Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində partlay�
Jurnalist və aparıcı Afət Rahilqızı "Günə Uğurla" verilişini
Sosial şəbəkədə yayılan videolar diqqət çəkib.
Dünyanın hər tərəfində milyonlarla insanın səbirsizliklə gözlədiyi, m
Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanın paytaxtı Bişkekə səfər
Azərbaycanda şəkərli diabet xəstələri üçün nəzərdə tutulan "Mo
Bir həftə əvvəl Yasamal rayonunun Mirəli Seyidov küçəsindəki binada ba�
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Novruz Novruzov və Axun
Bir zamanlar peşəkar fəaliyyət göstərən həkim-ginekoloq haqqında yayıl
Elm və Təhsil Nazirliyi D. Deyl Karneginin "Yeniyetmə qızlar: Dostları
Azərbaycanlı sənətçilərin toy məclislərində çıxış üçün tələb e
Bakı Dairəvi Yolunun "Sədərək" istiqamətinə gedən hissəsində
