Bakıxanov qəsəbəsində uşaq meydançasının yerində bina tikiləcək? VİDEO
Digərləri 26 Noy 2025 12:31:00 67 0
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Novruz Novruzov və Axundzadə küçələrinin kəsişməsində meydança ərazisinin tikinti şirkəti tərəfindən zəbt olunaraq bina inşa olunacağı deyilir.
Bu xəbəri də oxu: Azərbaycanda polkovnik vəfat etdi
Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, ərazidə bünövrə qazılıb və xətlənib.
Sakinlər iddia edirlər ki, uşaqların oyun meydançası olan ərazini kənar şəxslər zəbt ediblər.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, ərazi xüsusi mülkiyyətdir. Buna baxmayaraq, araşdırmalara başlanılıb, sakinlərin müraciəti əsasında qazıntı işləri dayandırılıb. Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən bildirilib ki, ərazinin çıxarışı var.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib ki, sakinlərdən daxil olan müraciət əsasında mülkiyyətçinin apardığı işlər dayandırılıb. Hazırda məsələ araşdırılır və nəticələrinə uyğun olaraq aidiyyəti qurumlar uyğun addım atacaq.
Sözügedən ərazinin mülkiyyyətçisi Süleyman Səmədoğlu deyib ki, həmin ərazidə bina yox, fərdi yaşayış evinin tikintisi nəzərdə tutulur.
Bir zamanlar peşəkar fəaliyyət göstərən həkim-ginekoloq haqqında yayıl
Elm və Təhsil Nazirliyi D. Deyl Karneginin "Yeniyetmə qızlar: Dostları
Azərbaycanlı sənətçilərin toy məclislərində çıxış üçün tələb e
Bakı Dairəvi Yolunun "Sədərək" istiqamətinə gedən hissəsində
Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəh
Paytaxt sakini Naiq Rzayevin başına qəribə hadisə gəlib.
Paytaxtın Yasamal rayonunda Təzəpir məscidi ətrafında aparılan genişmiqy
Türkiyəli aktrisa Hande Erçel özəl həyatı barədə səsləndirdiyi fikirl
Avropanın enerji siyasəti elə bir mərhələyə daxil olub ki, artıq iqtisad
Noyabrın 21-də Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş v
Samirə Əfəndinin erməni iştirakçıya 12 bal verməsi yeni qalmaqal yaradı
İran parlamentinin plenar iclasından çəkilən görüntülər müzakirələr�
Noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə
