Həftəsonu ADGTTda 7 tamaşa nümayiş olunacaq


Kriminal 18 Okt 2017 19:44:00 380 0

Həftəsonu ADGTTda 7 tamaşa nümayiş olunacaq

Həmişə olduğu kimi bu həftə də  ADGTT-da uşaqlar və böyüklər üçün maraqlı repertuar tərtib edilmişdir.

Teatrın mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, məktəb yaşlı tamaşaçılar oktyabrın 20, 21, 22 "Əlincə qalası", "Tıq-tıq xanım", "Çirkin ördək balası" tamaşalarını izləyə biləcəklər. Tamaşalar hər gün saat 12:00 və 14:00-da nümayiş olunacaq. Böyüklər üçün isə oktyabrın 21-də Ə.B. Haqverdiyevin "Pəri Cadu", 22-də Ə.Əmirlinin "Mən səni sevirəm" tamaşaları təqdim ediləcək.

Tamaşalarda Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Elşən Rüstəmov, Almaz Mustafayeva, Nicat Kazımov, Kəmalə Hüseynova, Naibə Allahverdiyeva, Nofəl Vəliyev, Leyli Vəliyeva, Şəfəq Vəliyeva, aktyorlardan Mehriban Abdullayeva, Elşən Rüstəmov, Anar Seyfullayev, Müşfiq Əliyev  və teatrın sevilən aktyorları iştirak edir. 


Xəbərə aid fotolar