14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə hökm oxundu


Digərləri 25 Noy 2025 11:33:00 66 0

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə hökm oxundu

Ötən il avqustun 13-də Bərdə rayon sakini, 2010-cu il təvəllüdlü Nərminə Kazımova Yevlax Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişməsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az qafqazinfoya istinadla xəbər verir ki, Yevlax Rayon Məhkəməsində keçirilən prosesdə həkim-travmatoloq-ortoped vəzifəsində işləyən Bəxtiyar Mustafayev və həkim anestezioloq-reanimatoloq vəzifəsində çalışan Könül Sadıqovaya hökm oxunub.

Onlar Cinayət Məcəlləsinin 314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli biliniblər.

Məlumata görə, 14 yaşlı Nərminənin əldarağı sümüyündə sınıq olub və B.Mustafayev onun Yevlax xəstəxanasına müraciət etməsinə nail olaraq maddi qazanc əldə etmək məqsədilə cərrahi əməliyyat etməyi öhdəsinə götürüb. Lakin əməliyyat zamanı yeniyetməyə narkoz verildikdə N. Kazımovada allergik reaksiya baş verib və o, şoka düşərək ölüb.

Mərhumun anası S. Kazımova ifadəsində bildirib:

"Uşağı 2 dəfə Bərdədə sınıqçının yanına aparmışdım, barmağı yerinə salmışdı. Evdə şişin çəkilməsi üçün müəyyən müalicəvi üsullardan da istifadə etmişdim, lakin düzəlmirdi. Sonra uşağı Bərdə RMX-yə apardım, mənə paytaxtda yerləşən Travmatologiya və Ortopediya İnstitutuna göndəriş yazdılar. Bakıda uşağın barmağına baxıb sınıq-qırıq olmadığını bildirdilər... Sonra müxtəlif xəstəxanalara göndəriş verildi. Biz də bezərək Bərdə rayonuna geri qayıtdıq. Yevlax RMX-də işləyən qohumuma zəng edib mənə kömək ola biləcək həkim olub-olmadığı barədə maraqlandım... Yevlaxda işləyən Bəxtiyar həkimin istəyi ilə onlara uşağın sənədlərinin və barmağının şəkillərini göndərdik, bizi oraya çağırdılar".

O, həmçinin qeyd edib:

"Bəxtiyar adlı cərrah qızımın barmağına baxdı və uşağı müalicə edib sağaldacağını dedi. Bildirdi ki, qızımın əlində vətər dağılıb və revmatizması var, ona görə barmağının şişi çəkilmir. O, qızımın əlini gipsə qoydu, dedi revmatizması aşağı endikdən sonra əməliyyat edəcək. 40 gün sonra gips açılanda barmağın şişi çəkilib getmişdi. Uşağın barmağında böyük cərrahiyə əməliyyat olunacağı bildirilərək növbəti gün gəlməyimiz tələb olundu".

S. Kazımova əlavə edib:

"Üzərində başqa əməliyyatlar aparılıb, amma mənim bütün bunlardan xəbərim olmayıb. Uşaq xəstəxanaya sağlam getmişdi. Hazırda təqsirləndirilən şəxsləri bağışlamışam. Onlar maddi ziyanı ödəyiblər. Təqsirləndirilən şəxslərdən şikayət və tələbim yoxdur".

Yevlax Rayon Məhkəməsinin hökmünə görə 1983-cü il təvəllüdlü Bəxtiyar Mustafayev 1 il 6 ay müddətinə səhiyyə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrum olunub. Lakin onun cəzası sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

1997-ci il təvəllüdlü Könül Sadıqova da eyni müddətə rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrum olunub, lakin cəzası himayəsindəki övladı 13 yaşına çatanadək təxirə salınıb.

Bakıda ana 3 günlük körpəsini dənizə ataraq öldürdü like
  • 25 Noy 11:22  
Digərləri Bakıda ana 3 günlük körpəsini dənizə ataraq öldürdü

Bakının Xəzər rayonunda dəhşətli hadisə baş verib.

arrow Ətraflı
Benzin və dizel bahalaşacaq?  Açıqlama like
  • 25 Noy 11:20  
Digərləri Benzin və dizel bahalaşacaq? Açıqlama

Vergi Məcəlləsinə növbəti dəyişikliklər paketi artıq Milli Məclisin m

arrow Ətraflı
İlham Əliyev Jelko Komşiçi təbrik edib like
  • 25 Noy 11:18  
Siyasət İlham Əliyev Jelko Komşiçi təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Hey�

arrow Ətraflı
Bu ərazidə güzəştli mənzil almaq istəyənlərə şad xəbər: like
  • 25 Noy 11:16  
Digərləri Bu ərazidə güzəştli mənzil almaq istəyənlərə şad xəbər:

MİDA bu ərazidə yeni güzəştli mənzillərin tikintisinə başlayır

arrow Ətraflı
"Qızıl külçələri" ilə dolu mağara aşkarlandı  VİDEO like
  • 25 Noy 11:11  
Dünya "Qızıl külçələri" ilə dolu mağara aşkarlandı VİDEO

Suriya Dera vilayətinin Əh-Hərra qəsəbəsində aparılan qazıntı işləri

arrow Ətraflı
"Teymur Əmrah məni söydü və getdi" like
  • 25 Noy 11:06  
Şou-biznes "Teymur Əmrah məni söydü və getdi"

Rəqqasə Fatimə Fətəliyeva açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Yeni icra başçısı Elbrus Məmmədovu işdən çıxardı like
  • 25 Noy 11:05  
Digərləri Yeni icra başçısı Elbrus Məmmədovu işdən çıxardı

Nəsimi Rayon İcra Hakimiyyətində kadr islahatı aparılıb.

arrow Ətraflı
Günlərdir su yox idi like
  • 25 Noy 11:05  
Digərləri Günlərdir su yox idi

Paytaxtın Nəsimi rayonu Asim Məhərrəmov küçəsində günlərdir ki, içm�

arrow Ətraflı
AZALın təyyarə qəzasının təhqiqatı ilə bağlı məlumatlar bu tarixdə like
  • 25 Noy 11:01  
Digərləri AZALın təyyarə qəzasının təhqiqatı ilə bağlı məlumatlar bu tarixdə

Qazaxıstan hakimiyyəti 2025-ci ilin sonuna qədər Aktau hava limanı yaxınl�

arrow Ətraflı
Keçmiş sevgilisini unuda bilməyən bürclər like
  • 25 Noy 11:00  
Digərləri Keçmiş sevgilisini unuda bilməyən bürclər

Astroloji ekspertlər bəzi bürclərin münasibət bitdikdən sonra da keçmiş

arrow Ətraflı
Kiyevə ballistik raket hücumu  Ölənlər və yaralananlar var like
  • 25 Noy 10:56  
Dünya Kiyevə ballistik raket hücumu Ölənlər və yaralananlar var

Rusiya ordusu noyabrın 25-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə geni�

arrow Ətraflı
Kamaləddin Qafarov: “Kəlbəcər yenidən inşa olunur” like
  • 25 Noy 10:55  
Digərləri Kamaləddin Qafarov: “Kəlbəcər yenidən inşa olunur”

"Kəlbəcər Azərbaycanın ən qədim yaşayış məskənlərindən və ey

arrow Ətraflı
Hibrid və elektrikli maşınlara güzəşt barədə rəsmi açıqlama like
  • 25 Noy 10:50  
Digərləri Hibrid və elektrikli maşınlara güzəşt barədə rəsmi açıqlama

Vergi Məcəlləsinə ediləcək növbəti dəyişikliklər paketi Milli Məclis

arrow Ətraflı
Benzin və dizel ilə bağlı vergilərin artırılmasının məqsədi açıqlandı like
  • 25 Noy 10:48  
Digərləri Benzin və dizel ilə bağlı vergilərin artırılmasının məqsədi açıqlandı

Vergi Məcəlləsinə növbəti dəyişikliklər paketi artıq Milli Məclisin m

arrow Ətraflı
Naxçıvan Perinatal Mərkəzinin direktoru işdən çıxarıldı like
  • 25 Noy 10:46  
Digərləri Naxçıvan Perinatal Mərkəzinin direktoru işdən çıxarıldı

Naxçıvan Perinatal Mərkəzinin direktoru işdən azad olunub.

arrow Ətraflı