Bu ərazidə güzəştli mənzil almaq istəyənlərə şad xəbər:
Digərləri 25 Noy 2025 11:16:00 61 0
MİDA bu ərazidə yeni güzəştli mənzillərin tikintisinə başlayır
Bu xəbəri də oxu: Zabrat gölü son illərdə sürətlə quruyub FOTO
Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin Abşeron rayonunun Saray qəsəbəsində yeni yaşayış kompleksinin tikintisi ilə bağlı elan etdiyi tenderi yekunlaşdırıb.
Son.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, kompleksdə binaların tikintisini həyata keçirəcək üç şirkət müəyyənləşib.
Bunlar "Hünər-İnşaat", "GM Construction" və "Yar İnşaat Təmir-Tikinti" şirkətləridir. Bu inşaat şirkətləri 4,5 ha torpaq sahəsində ümumilikdə 12 ədəd çoxmərtəbəli yaşayış binasının, eləcə də 3 ədəd birmərtəbəli qeyri-yaşayış binasının tikintisini həyata keçirəcək.
Məlumata görə, 1 və 4 nömrəli 12 mərtəbəli, 2 və 3 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının, 14 və 15 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binalarının tikintisini "Hünər-İnşaat" şirkəti 26,4 milyon manata, 8 və 9 nömrəli 16 mərtəbəli, 10, 11 və 12 nömrəli 12 mərtəbəli çoxmənzilli yaşayış binalarının, 13 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisini "GM Construction" şirkəti 31,3 milyon manata və 5 nömrəli 12 mərtəbəli, 6 və 7 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisini isə "Yar İnşaat Təmir-Tikinti" şirkəti 20,3 milyon manata həyata keçirəcək.
Beləliklə, "MİDA"nın Saray kompleksində yaşayış və qeyri-yaşayış binalarının tikintisi 78 milyon manata başa gələcək. Bundan əlavə, kompleksdə digər zəruri infrastruktur layihələri də icra olunacaq.
Qeyd edək ki, Saraydakı yeni yaşayış kompleksinin tikinti layihəsi isə hələ ötən ilin sentyabrında "Arch-tikinti" şirkəti tərəfindən hazırlanıb.
Suriya Dera vilayətinin Əh-Hərra qəsəbəsində aparılan qazıntı işləri
Rəqqasə Fatimə Fətəliyeva açıqlaması ilə diqqət çəkib.
Nəsimi Rayon İcra Hakimiyyətində kadr islahatı aparılıb.
Qazaxıstan hakimiyyəti 2025-ci ilin sonuna qədər Aktau hava limanı yaxınl�
Astroloji ekspertlər bəzi bürclərin münasibət bitdikdən sonra da keçmiş
Rusiya ordusu noyabrın 25-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə geni�
"Kəlbəcər Azərbaycanın ən qədim yaşayış məskənlərindən və ey
Vergi Məcəlləsinə ediləcək növbəti dəyişikliklər paketi Milli Məclis
Vergi Məcəlləsinə növbəti dəyişikliklər paketi artıq Milli Məclisin m
Naxçıvan Perinatal Mərkəzinin direktoru işdən azad olunub.
Ötən il avqustun 13-ü Bərdə rayon sakini 2010-cu il təvəllüdlü Nərmi
"Greenpeace" ekoloji təşkilatının yeni araşdırması "Shein&
Dünyanın ən güclü superkompüterlərinin yenilənmiş reytinqi olan TOP500
Bəzən taksi sifariş edərkən sürücünün istəyi ilə məbləğlə tətbiq
