Məşhur markanın uşaq geyimlərində təhlükəli maddə aşkarlandı Xərçəng yaradır
Dünya 25 Noy 2025 10:40:00 68 0
"Greenpeace" ekoloji təşkilatının yeni araşdırması "Shein" onlayn mağazasının uşaq geyimləri ilə bağlı narahatedici nəticələr ortaya çıxarıb.
Bu xəbəri də oxu: Kreml ABŞnin Ukrayna planı haqqında mediaya məlumat vermək istəmir
Son.az xəbər verir ki, araşdırmaya əsasən, brendin satışa çıxardığı uşaq geyimlərində Avropa Kimyəvi Qaydaları (REACH) tərəfindən müəyyən olunmuş təhlükəsizlik limitlərini aşan kimyəvi maddələr aşkar edilib.
Sınaqdan keçirilmiş 56 məhsuldan 18-i (32%) normanı aşan zərərli maddələr ehtiva edib.Hesabata görə, Shein geyimlərində aşkarlanmış kimyəvi maddələr arasında aşağıdakılar da var:
Ftalatlar - plastiki yumşaltmaq üçün istifadə olunur
PFAS ("əbədi kimyəvi maddələr") - su və ləkəyə davamlılıq üçün istifadə olunur, lakin təbiətdə parçalanmır
Bu maddələrin xərçəng, reproduktiv pozuntular, uşaqlarda inkişaf problemləri və immun sisteminin zəifləməsi kimi ciddi xəstəliklərlə əlaqəsi elmi şəkildə sübut edilib.
"Shein" açıqlama yayaraq məhsul təhlükəsizliyinə ciddi yanaşdıqlarını bildirib. Şirkət "Greenpeace"in təqdim etdiyi nəticələri hələ müstəqil şəkildə təsdiqləmədiklərini, lakin ehtiyat tədbiri olaraq sözügedən məhsulların bütün bazarlardan yığışdırıldığını qeyd edib.
Fidan Son.az
Dünyanın ən güclü superkompüterlərinin yenilənmiş reytinqi olan TOP500
Bəzən taksi sifariş edərkən sürücünün istəyi ilə məbləğlə tətbiq
İranın Kiş şəhərində keçirilən "Kiş İnox" sərgisindən pay
Kəlbəcər Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq.
"Manato" bank olmayan kredit təşkilatı vətəndaşlarıı hədələ
Astanada keçirilən beynəlxalq müsabiqənin finalında Azərbaycan təmsilçi
Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloqer Aynişan Quliyeva sosial
Dünyaca tanınmış pianist Emil Reinert (Emilio Piano) Bakıda çəkilmiş mar
16 yaşlı Hüseyn Hacıyev adlı azərbaycanlı Orexovı bulvarında yerləşə
ABŞ Venesuela ilə münasibətləri daha da kəskinləşdirəcək yeni addım a
Bakıda özəl xəstəxanaların birində bədbəxt hadisə yaşanıb.
Bu gün səhər saatlarında İranda Xorasan-e Rəzəvi əyalətində sərnişin
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Avstraliyada son 21 saatın ən çox müzakirə olunan hadisəsi senator Pauline
Bakının Nərimanov rayonunda baş verən partlayış nəticəsində xəsarət
