Könül Xasıyeva ağladı: "Vücudum sızıldayır, göynəyir"


Kriminal 16 Okt 2017 14:03:00 379 0

Könül Xasıyeva ağladı: "Vücudum sızıldayır, göynəyir"

Elə şeylər var ki, onu açıqlaya bilmirəm. Vücudum sızıldayır, göynəyir... Onurğanın zədələnməsi bütün siniri pozur. Danışığa da, saça da, dişlərə də təsir edir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Könül Xasıyeva "Xəzər maqazin"ə açıqlamasında deyib. 

Səhhətində ciddi problem olan xanəndə ondan 70 min manat borc alan və qaytarmayan Xatirə Ağayevadan danışıb:

"2015-ci ildə məni övladının toyuna çağırdı, getdim oxudum. Sonra dəfələrlə zəng edib ki, ailəlikcə sizi sevirik. Beləcə, ailəvi tanışlığımız oldu. Xatirə Ağayeva pul istədi vermişəm. Sonra hiss etdim ki, aldadılmışam. Həm özüm, həm övladım, həm də valideynlərim mənəvi zərbə aldıq. 40 il toylara getdiyim, yığdığım pulu indi vermir".

Göz yaşlarını saxlaya bilməyən Xasıyeva səhhətinin pis olduğunu söyləyib: