Qaralmış tavanı bir neçə dəqiqəyə ilk günkü kimi edən asan üsul
Digərləri 25 Noy 2025 08:41:00 62 0
Mətbəxdə ən çox rast gəlinən problemlərdən biri zamanla qaralan və yanmış yağ təbəqəsi ilə örtülən tavaların parıltısını itirməsidir. Gündəlik yuma bu ləkələri aradan qaldırmadıqda bir çox insan kimyəvi məhsullara üz tutur. Lakin mütəxəssislər kimyəvi maddələrə ehtiyac olmadan, bir neçə sadə məhsulla daha təsirli və təhlükəsiz bir metodun mövcud olduğunu bildirir.
Bu xəbəri də oxu: Günlərdir su yox idi
Son.az xəbər verir ki, xüsusilə tökmə və polad tavalar yüksək istilikdə istifadə olunduqda səthdə yanmış yağ təbəqəsi yaranır. Bu təbəqə adi yuyucu vasitələrlə çıxmadığı üçün tavanın rəngi tündləşir və mat bir görünüş formalaşır. Yanlış təmizləmə metodları təbəqəni daha da sərtləşdirərək tavanın ömrünü qısalda bilər.
Mütəxəssislərə görə, tavanı ilk günkü parıltısına qaytaran ən effektiv üsullardan biri soda və isti su ilə hazırlanan sadə qarışıqdır. Bu metod yanmış yağları asanlıqla həll edir və səthi cızmadan təmizləyir.
Lazım olanlar:
2 xörək qaşığı soda 1 xörək qaşığı sirkə və ya limon suyu Qaynar su Yumşaq süngərTətbiq qaydası:
Tavanın dibini tam örtəcək qədər qaynar su tökün.
Üzərinə soda səpin və 2 dəqiqə gözləyin.
Su hələ isti ikən sirkə əlavə edin - yaranan köpüklənmə yanmış yağların həllini sürətləndirir.
Qarışığı 5 dəqiqə saxlayın, sonra yumşaq süngərlə səthi yüngülcə ovalayın.
Tavanı yuyub quruladıqdan sonra yanıq təbəqəsinin böyük hissəsinin təmizləndiyini görəcəksiniz.
Bu metod xüsusilə qaralmış polad və tökmə tavaların səthində çox effektiv nəticə verir və müntəzəm tətbiq olunduqda tavanın ömrünü uzadır.
Mütəxəssislər bu üsulun həm ucuz, həm də təhlükəsiz olduğunu vurğulayır. Kimyəvi məhsullardan fərqli olaraq, qarışıq tavanın səthinə zərər vermir; hətta teflon kimi həssas örtüklərdə diqqətli tətbiq edildikdə cızıq yaratmır.
Tavanın ömrünü uzatmaq üçün məsləhətlər
Yemək bişirdikdən sonra artıq yağı dərhal silin.
Həddindən artıq yüksək istilikdən istifadə etməyin.
Tavaya mütəmadi olaraq soda üsulu ilə baxım edin. Lalə Qüdrətova Son.az
Müğənni Elçin Cəfərov həmkarı Nigar Camalın onun səsini tanımamasın�
Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərin işğaldan azad olunmasını
Qış aylarında ən çox müzakirə olunan mövzulardan biri kombinin davamlı
"Aparıcılarda efir, mikrofona düşən səs olmalıdır. Səs ora düşm�
Ürək-damar xəstəliklərinin yaranmasında ən mühüm amillərdən biri düz
Portağal, C vitamini deyildikdə əksər insanlar tərəfindən ağla gələn i
Diyetoloq Dr. Hanna Stolinska, uşaqların sevdiyi hazır balıq məhsullarında
Öpüş zamanı ağızda tüpürcək ifrazı artır və bu proses ağız sağlam
Son dövrlərdə aparılan elmi tədqiqatlar göstərir ki, gündəlik xurma ist
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə aparılan danışıqların həll
Almaniyada təyyarəyə gecikən iki rumıniyalı sərnişin təcili çıxışda
"Toyların birində qəfildən yıxıldım. Toy idarə etdiyim anda huşumu
Ət bir çox insanın gündəlik qidasının əsas hissəsini təşkil edir, lak
"Ölümünü qızından 3 gün gizlətdik, sonra fikirləşdim ki, haradasa
Ukrayna böhranının həlli ilə bağlı ABŞ prezidenti Donald Tramp administr
