Nə yeməyi azaltmağa ehtiyac var, nə də idmana Gündə 10 dəqiqə edirsən, arıqladır


Digərləri 24 Noy 2025 21:00:00 67 0

Nə yeməyi azaltmağa ehtiyac var, nə də idmana  Gündə 10 dəqiqə edirsən, arıqladır

Düzgün nəfəs alma təkbaşına piyləri əridə bilməsə də, orqanizmdə arıqlama prosesini sürətləndirən mexanizmləri işə salır.

Son.az xəbər verir ki, bunu idmançı Kseniya Qufranova deyib.

Onun sözlərinə görə nəfəs texnikası üzərində işləmək diafraqmanın daha səmərəli işinə şərait yaradır. Bu isə bağırsaq hərəkətlərini qan dövranını və bədənin düzgün duruşunu yaxşılaşdırır.

Nəfəs praktikalari stres səviyyəsini azaldır. Stres azalanda orqanizmdə kortizol səviyyəsi də aşağı düşür və bu zaman insanın tez tez nəsə yemək istəyi zəifləyir. Yuxu da normallaşır. Bədən kifayət qədər dincələndə əlavə enerji üçün qidaya yönəlmə ehtiyacı azalır.

Mütəxəssis bildirir ki, arıqlamaq üçün kalori çatışmazlığı əsas şərtdir. Yəni bədən aldığı enerjidən çoxunu xərcləməlidir. Nəfəs praktikalari bunu əvəz etmir. Buna baxmayaraq nəfəsin düzgün idarə olunması məşqlərin keyfiyyətini və ümumi vəziyyəti xeyli yaxşılaşdırır.

Qufranova diafraqmanın onurğa sütununa və qabırğalara bağlı iki qübbə formasında olan əzələ olduğunu xatırladıb. Nəfəs aldıqda bu əzələ aşağı enir və həm ağciyərləri hava ilə doldurmağa kömək edir həm də daxili orqanlara yumşaq təsir göstərir. Duruş pozulduqda qabırğalar irəli yönəldikdə və çanaq əzələləri zəiflədikdə diafraqmanın işi çətinləşir və qan dövranı pisləşir. Buna görə də hər nəfəs məşqinin başlanğıcı düzgün bədən mövqeyi olmalıdır. Bel düz dayanmalıdır sinə açıq qalmalıdır və nəfəs sərbəst axmalıdır.

Mütəxəssis düzgün və səhv nəfəs alma arasındakı fərqi də izah edib. Səthi nəfəs aldıqda çiyinlər yuxarı qalxır və boyun əzələləri gərginləşir. Bu hal ağrı yarada bilər. Düzgün nəfəs zamanı qarın həm irəli həm yana açılır. Aşağı qabırğalar genişlənir və sinə boşluğu daha rahat hərəkət edir. Bu proses gövdə əzələlərini aktivləşdirir və onurğanın hərəkətliliyini artırır.

"Buna görə ana ola bilmirəm" like
  • 24 Noy 20:40  
Şou-biznes "Buna görə ana ola bilmirəm"

Aktrisa Pərvin Abıyeva ana olmaq arzusundan danışıb.

arrow Ətraflı
Sığortalı əməliyyat zamanı niyə pul tələb edilir?  AÇIQLAMA like
  • 24 Noy 20:38  
Digərləri Sığortalı əməliyyat zamanı niyə pul tələb edilir? AÇIQLAMA

İcbari Tibbi Sığorta Agentliyinin xidmətlər zərfinə yüzlərlə müayinə

arrow Ətraflı
35 yaşlı Nərgiz itkin düşdü like
  • 24 Noy 20:26  
Digərləri 35 yaşlı Nərgiz itkin düşdü

Ağstafa sakini itkin düşüb.

arrow Ətraflı
Talıb dahi şəxsiyyətin nəvəsi imiş like
  • 24 Noy 20:13  
Şou-biznes Talıb dahi şəxsiyyətin nəvəsi imiş

Müğənni Talıb Tale sənət aləmindəki daha bir qohumunun olduğunu deyib.

arrow Ətraflı
Ərdoğan Putinlə nə danışdı? like
  • 24 Noy 19:47  
Dünya Ərdoğan Putinlə nə danışdı?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinl�

arrow Ətraflı
Vardanyanın məhkəməsində ifadələr dinlənilib like
  • 24 Noy 19:42  
Siyasət Vardanyanın məhkəməsində ifadələr dinlənilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

arrow Ətraflı
Ramiz Mehdiyev vəkilindən imtina etdi like
  • 24 Noy 19:39  
Digərləri Ramiz Mehdiyev vəkilindən imtina etdi

İttiham olunduğu xüsusilə ağır cinayətlərlə bağlı ev dustaqlığında

arrow Ətraflı
Nurcanın yaxınlarının ittihamlarına Mehriban Zeynalovadan CAVAB like
  • 24 Noy 19:34  
Digərləri Nurcanın yaxınlarının ittihamlarına Mehriban Zeynalovadan CAVAB

"Doğrudur, bədənində qan və zədə izi yox idi, amma..."

arrow Ətraflı
24 yaşlı idmançını öldürən dostuna hökm oxundu like
  • 24 Noy 19:30  
Kriminal 24 yaşlı idmançını öldürən dostuna hökm oxundu

Lənkəran şəhərində 24 yaşlı Elnur Cəfərovu bıçaqlayaraq qətlə yeti

arrow Ətraflı
Tovuzda 27 yaşlı gənc toyda bıçaqlandı like
  • 24 Noy 19:27  
Digərləri Tovuzda 27 yaşlı gənc toyda bıçaqlandı

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Ermənistan KTMT sammitinə qatılmaqdan imtina etdi like
  • 24 Noy 19:25  
Digərləri Ermənistan KTMT sammitinə qatılmaqdan imtina etdi

KTMT sammiti noyabrın 27-də Bişkekdə keçiriləcək.

arrow Ətraflı
Maşınla 2 qadını vurub öldürmüşdü, bu cəza verildi like
  • 24 Noy 19:21  
Digərləri Maşınla 2 qadını vurub öldürmüşdü, bu cəza verildi

Bakıda ağır yol qəzası törətmiş şəxsin məhkəməsi başa çatıb.

arrow Ətraflı
Psixoloq Hacı Şahinə sataşdı  "O, hər ağlına gələni deyib" like
  • 24 Noy 19:19  
Digərləri Psixoloq Hacı Şahinə sataşdı "O, hər ağlına gələni deyib"

Sosial şəbəkələrdə psixoloq Şəfəq Qədirlinin mərhum ilahiyyatçı Hac

arrow Ətraflı
“NəzrinE” MMCdə ciddi nöqsanlar aşkarlanıb like
  • 24 Noy 19:08  
Digərləri “NəzrinE” MMCdə ciddi nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən növbəti nə

arrow Ətraflı