Ramiz Mehdiyev vəkilindən imtina etdi
Digərləri 24 Noy 2025 19:39:00 43 0
İttiham olunduğu xüsusilə ağır cinayətlərlə bağlı ev dustaqlığında saxlanılan Ramiz Mehdiyev dövlət hesabına təyin edilmiş vəkildən imtina edib.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, "boz kardinal" bu qərarı şəxsi istəyi ilə verib.
Ramiz Mehdiyev müdafiəsinin özünün seçdiyi vəkillər tərəfindən aparılmasını istəyir. Bu səbəbdən təyinatlı vəkil Zaur Abiyevin xidmətindən imtina edib.
Məsələ ilə bağlı müdafiəçinin özü ilə əlaqə saxladıq. Z.Abiyev Ramiz Mehdiyevin hüquqlarını müdafiə etmədiyini bildirərək, başqa suallara cavab vermək istəmədiyini deyib.
Ramiz Mehdiyevin bu addımı onun istintaq prosesinə daha yaxından müdaxilə etməyə, müdafiə taktikasını formalaşdırmağa başladığını göstərir. Elə bir müddət əvvəl o, ilk addım kimi yeni vəkilləri vasitəsilə apellyasiya şikayətləri vermişdi. Amma Rusiyaya göndərdiyi məktub üzə çıxdıqdan sonra həmin şikayətləri mənasız sayaraq geri çəkib.
Qeyd edək ki, Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə məsuliyyətə cəlb olunub. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət qoyulub. Son.az
"Doğrudur, bədənində qan və zədə izi yox idi, amma..."
Lənkəran şəhərində 24 yaşlı Elnur Cəfərovu bıçaqlayaraq qətlə yeti
KTMT sammiti noyabrın 27-də Bişkekdə keçiriləcək.
Bakıda ağır yol qəzası törətmiş şəxsin məhkəməsi başa çatıb.
Sosial şəbəkələrdə psixoloq Şəfəq Qədirlinin mərhum ilahiyyatçı Hac
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən növbəti nə
Türkiyənin Malatya bölgəsində orta məktəbdə faciəvi hadisə baş verib
"Xiaomi" süni intellekt və üz tanıma ilə işləyən yeni qapı ki
Yasamalda 3 nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı cinayət
Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən "Azə
Ötən həftə Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən 6
Dünyada tərkibində plastik olan bioloji parçalanmayan yaş salfetlərin sat�
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi
Noyabrın 24-də Paris şəhərində Ümumdünya Mədəni və Təbii İrsin Qoru
