Azərbaycan UNESCOnun Ümumdünya İrs Komitəsinin üzvü seçilib
Siyasət 24 Noy 2025 18:21:00 69 0
Noyabrın 24-də Paris şəhərində Ümumdünya Mədəni və Təbii İrsin Qorunması üzrə 1972-ci il Konvensiyasına Tərəf Ölkələrin Baş Assambleyasının 25-ci sessiyası çərçivəsində UNESCO-nun Ümumdünya İrs Komitəsinin (ÜİK) 2025-2029-cu illər üzrə üzvlüyünə keçirilmiş seçkilərdə Azərbaycan Respublikası Komitənin üzvü seçilib.
Bu xəbəri də oxu: Almaniya uçurumun kənarında: Gələcəkdən qorxan sənaye nəhəngi
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Son.az-a bildirilib ki, ciddi rəqabət şəraitində baş tutmuş seçkilərdə Şərqi Avropa regionu üçün ayrılmış 1 yer uğrunda ölkəmizlə birgə 5 ölkə mübarizə aparıb. Azərbaycan səsvermənin ilk mərhələsində 161 ölkədən 92-nin dəstəyini təmin edərək Komitəyə üzv seçilib.
21 üzv ölkədən ibarət olan Komitə UNESCO-nun Ümumdünya İrs Konvensiyasının həyata keçirilməsinə nəzarəti həyata keçirən əsas icra orqanıdır. Komitənin başlıca vəzifəsi UNESCO Ümumdünya İrs Siyahısının formalaşdırılması, dünya əhəmiyyətli mədəni və təbii irsin tanınması, qorunması və gələcək nəsillərə ötürülməsi üzrə fəaliyyətləri tənzimləməkdir. Komitə, həmçinin Ümumdünya İrs Fondunun vəsaitlərinin istifadə istiqamətlərini müəyyən edir və tərəflərin müraciəti əsasında layihələrə maliyyə dəstəyi ayırır.
Bu dəstək konservasiya işlərindən tutmuş idarəetmə planlarının hazırlanmasına, fövqəladə hallarda yardım və müvafiq strukturların potensialının gücləndirilməsi kimi önəmli sahələri əhatə edir.
Azərbaycan 2015-2019-cu illərdə də Komitənin üzvü olub və onun fəaliyyətlərinə əhəmiyyətli töhfələr verib. 2019-cu ilin iyul ayında Komitənin 43-cü sessiyasına ölkəmiz ev sahibliyi edib. Azərbaycanın UNESCO Komitəsinə seçkilərdə qalibiyyəti ölkəmizin regional və beynəlxalq miqyasda artan nüfuzunun bariz nümunəsidir.
Yasamaldakı çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə n�
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında XX əsr düny
Son günlər ailə məsələləri ilə bağlı yayılan xəbərlərlə diqqət m
Qadın sevgilisini saxta hamiləlik bəhanəsi ilə aldadılıb.
Noyabrın 25-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Xarici ölkələrdən birində elektrikli avtomobilin şarj edərkən yanması i
Ermənistan Baş Naziri Nikol Paşinyan son günlər işə ictimai nəqliyyatla
25 noyabr 2025-ci il tarixində saat 16:00-da Azərbaycan Milli İncəsənət Mu
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Bloger Fatimə Əhmədova televiziya proqramında həyat yoldaşı Ülvi N
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökumə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyaman şəhərində 350 000-ci
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında məşhur "Bu şə
Həkim qızlarda və qadınlarda üz tüklərinin əsas səbəbini açıqlayıb.
