Uşağın xatirinə boşanmamaq... Seçim doğru, yoxsa?
Digərləri 24 Noy 2025 02:02:00 74 0
Azərbaycanda ailədaxili münasibətlərin vəziyyətini göstərən son statistika həm zorakılıq halları, həm də boşanma prosesləri ilə bağlı ciddi tendensiyalara işarə edir. Belə ki, bu ilin ilk 9 ayında məişət zorakılığından zərər çəkmiş 68 nəfər, o cümlədən 45 uşaq sosial reabilitasiya xidmətlərinə cəlb olunub. Bu həm də ailə içində yaşanan gərginliyin, psixoloji təzyiqlərin və səssiz qalan zorakılıq formalarının artdığını göstərən mühüm siqnaldır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Sosial Xidmətlər Agentliyi tərəfindən zorakılığa məruz qalan şəxslərə sosial-psixoloji, tibbi-sosial və digər dəstək xidmətləri göstərilib. Bu xidmətlər zərərçəkmişlərin psixoloji sabitliyinin bərpasına, özünəinamın formalaşdırılmasına və gələcək həyatın sağlam şəkildə qurulmasına yönəlib. O da məlumdur ki, məişət zorakılığının böyük hissəsi yalnız fiziki təzyiqdən ibarət deyil. Daha təhlükəlisi və uzunmüddətli təsiri olan emosional zorakılıq, təhdid, şantaj, daimi alçaldılma, sözlü təhqir və iqtisadi asılılıq formalarıdır.
Ən çox zərər isə məhz bu mühitdə böyüyən uşaqlara dəyir. Ona görə də uşaq psixoloqları xəbərdarlıq edir: ailədə daimi qışqırıq, gərginlik və münaqişə, valideynlər arasında hörmətsizlik, susqun, amma ağır psixoloji atmosfer uşağın xarakterini, özünəinamını, gələcək münasibətlərini və emosional sabitliyini dərin şəkildə zədələyir.
Cəmiyyətdə geniş yayılmış düşüncə belədir ki, valideynlər uşağın xatirinə münasibəti davam etdirməlidir. Bəs "uşağa görə ayrılmırıq" fikri doğru seçim, yoxsa yanlış yanaşmadır?
Psixoloqlar qeyd edir ki, davamlı gərginlik və münaqişə içində böyüyən uşaqlar gələcəkdə daha çox aqressiyaya, depressiyaya, intihar düşüncələrinə, zorakılıq davranışlarına meyilli olurlar. Sakit şəkildə ayrılıb, amma uşağa birgə qayğı göstərən valideyn modeli, yəni mədəni şəkildə boşanmış, amma övladla bağlı əməkdaşlıq edən ailə forması uşağın psixoloji inkişafına daha sağlam təsir edir. Əlbəttə ki, bu, heç də boşanmanın təşviqi deyil. Sadəcə olaraq, zəhərli mühitdə ailəni süni şəkildə saxlamaq uşağın inkişafına sağlam ailə modelindən daha çox ziyan vurur.
Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələrinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında 31 403 nikah, 13 869 boşanma qeydə alınıb. Beləliklə, nikahların payı əhalinin hər min nəfərinə 4,5-dən 4,6-ya yüksəlib. Boşanma göstəricisi isə 2,1-dən 2-yə düşüb. Bu, nikahların nisbətən artdığını, boşanma hallarının isə azaldığını göstərir. Bununla belə, boşanan ailələrin strukturuna nəzər saldıqda daha ciddi məqamlar üzə çıxır.
Statistika onu göstərir ki, artıq uşaqlı ailələrdə boşanma sayında azalma var. Ötən il 18 yaşadək uşağı olan ailələrdə qeydə alınan boşanmaların sayı 21 384, 2023-cü ildə isə 21 688 olub. Bu, cüzi də olsa, azalma deməkdir.
Ötənilki boşananların təsnifatı belədir: Uşağı olmayan ailələr 10 364, bir uşaqlı boşanmalar 4 368, iki və daha çox uşaqlı ailələrdə boşanma 6 652 sayda olub. Boşanmadan sonra valideynlərindən biri ilə qalan uşaqların ümumi sayı isə 19 632 olub. Hər 100 boşanmaya düşən uşaq sayı 178 olaraq qalıb.
Bu statistika, ailələrin uşaqların varlığına baxmayaraq, münasibətlərin davam etdirilməsinin həmişə mümkün olmadığını göstərir.
Yatmazdan əvvəl nəyi və nə vaxt yemək orqanizmin sağlamlığı və yuxunu
Bakının Yasamal rayonunda yanan binada tüstüdən zəhərlənərək ölən Mi
Dünya kakao bazarında qiymətlər yenidən yüksəlib. Mütəxəssislər xəb
Çin təqviminə görə 2026-cı il fevralın 17-dən "At ili" başlay
Noyabrın 21-də Yasamalda baş verən güclü yanğın zamanı təxliyə qapıs
Güney Azərbaycan aşıq məktəbinin tanınmış nümayəndəsi, "canlı
Məşhur türk serialı Kral Kaybederse barədə gözlənilən qərar rəsmən
Mütəxəssislər soyuqdəymə və qrip mövsümündə itburnu çayının faydal
Elektrik xərclərini gizlicə artıran 8 cihaz müəyyən edilib. Mütəxəssis
Avropa İttifaqı Ukrayna münaqişəsinin tənzimlənməsinə dair 24 bəndlik
Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak görüşdən son
Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə yayımladığı növb
ABŞ Dövlət katibi Marko Rubio Cenevrədə jurnalistlərə davam edən danış
ABŞ Prezidenti Donald Tramp Cenevrədə davam edən sülh danışıqları zaman
