Trampdan Zelenskini qəzəbləndirəcək Ukrayna açıqlaması
Digərləri 23 Noy 2025 21:44:00 73 0
ABŞ Prezidenti Donald Tramp Cenevrədə davam edən sülh danışıqları zamanı Ukrayna rəhbərliyini tənqid edərək, "Səylərimizə minnətdarlıq göstərmədilər" deyib. Tramp, müharibənin özünə "miras qaldığını" və əslində Bayden dövründə başladığını vurğulayıb.
Bu xəbəri də oxu: Romalılar keltləri belə qorxudurdu 2 min illik kəllə tapıldı
Son.az xəbər verir ki, Cenevrədə ABŞ, Ukrayna və Avropa nümayəndə heyətləri arasında ABŞ-nin təqdim etdiyi 28 maddəlik sülh planına dair görüşlər davam etdiyi vaxtda, Tramp sosial media hesabından paylaşdığı açıqlamasında Ukrayna rəhbərliyini sərt tənqid edib.
Tramp Rusiya-Ukrayna müharibəsini "şiddətli və dəhşətli" sözləri ilə təsvir edərək bildirib: "ABŞ və Ukrayna daha güclü, daha doğru rəhbərliyə sahib olsaydı, bu müharibə heç vaxt baş verməzdi."
Tramp müharibənin keçmiş prezident Co Bayden dövründə başladığını və vəziyyətin getdikcə daha da ağırlaşdığını qeyd edib. O, özünün hakimiyyətdə olduğu təqdirdə belə bir qarşıdurmanın baş verməyəcəyini iddia edib: "Əgər 2020 seçkiləri radikal sol demokratların bacardığı tək şey olan hiylə və oğurluqla nəticələnməsəydi, Ukrayna-Rusiya müharibəsi olmazdı. Mənim ilk prezidentliyim dövründə belə bir hücumdan söhbət belə getmirdi. Putin əsla hücum etməzdi."
Əməkdar artist Ruhəngiz Allahverdiyeva ad günü üçün böyük məclis tə�
Noyabrın 21-də Yasamalda baş verən güclü yanğın zamanı həlak olan Sami
"X" sosial media platforması istifadəçilərin yerləşdiyi ölkəni
Hazırda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zı�
Bakı-Qazax yolunda yaranan sıxlığın aradan qaldırılması üçün YPX əm�
Ukrayna qüvvələri Pokrovskun mərkəzi rayonlarını təmizləyib və rus hə
"Bəzi səhifələrə və özünü "media" kimi təqdim edən pro
Xarici düşmənlər İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneiyə qar
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında dü
Hizbullah Hərəkatının Baş Qərargah rəisi Abu Əli Tabtabaui İsrail pilot
Xəbər verdiyimiz kimi, Yasamalda 3 nəfərin ölümü, 27 nəfərin xəsarət
Gəncədə Zəfər Gününə həsr olunmuş tədbirin əsas mərhələsi Gəncə
Fransanın qərb sahilləri yaxınlığında yerləşən və Azərbaycan tamaşa
Azərbaycanın Xalq artisti Təranə Muradova yaxın günlərdə Moskvada çoxqa
