Vanqanın 2026cı il üçün proqnozları: UFO, süni orqan, zəlzələ...
Dünya 23 Noy 2025 08:24:00 53 0
"Balkanların Nostradamusu" kimi tanınan məşhur kahin Vanqa ölümündən illər keçməsinə baxmayaraq hələ də adı çəkilir. Xüsusilə 2026-cı ilə dair ona aid edilən iddialar, həm fövqəladə hadisələr, həm də insanlıq üçün dönüş nöqtələri ehtiva etdiyi üçün böyük maraq doğurur. Proqnozlara görə 2026-cı il dünya xaricindən ilk təmasdan tutmuş təbii fəlakətlərə, siyasi gərginliklərə və texnoloji sıçrayışlara qədər çoxsaylı sarsıdıcı hadisələrlə yadda qala bilər.
Bu xəbəri də oxu: “Belə istedadsız aparıcını niyə saxlamısınız?”
Son.az xəbər verir ki, Vanqaya aid edilən ən çox diqqət çəkən iddialardan biri insanlığın 2026-cı ildə ilk dəfə başqa bir mədəniyyətlə qarşılaşacağıdır. İddiaya görə, noyabr ayında nəhəng bir kosmik obyekt Yer atmosferinə daxil olacaq və bu hadisə insanlıq tarixində yeni bir dövrün başlanğıcı olacaq. Bu fikri müdafiə edənlər 2025-ci ildə Yerə yaxın keçən 3I/ATLAS adlı ulduzlararası cismi və artan UFO hesabatlarını mümkün işarələr kimi göstərirlər.
Kahin 2026-cı il üçün ciddi təbii hadisələrdən də xəbər verir. İddialara əsasən, bu dövrdə güclü zəlzələlər, vulkan püskürmələri və ekstremal hava hadisələri dünya üzrə daha da artacaq. Proqnozlara görə Yer səthinin təxminən 8%-i bu fəlakətlərdən əhəmiyyətli şəkildə zərər görə bilər. Avropada qırılan istilik rekordları, Kanada və Avstraliyadakı meşə yanğınları və Asiyada baş verən güclü zəlzələlər bu iddialara "misal" kimi göstərilir.
Vanqanın iddiaları təbii hadisələrlə məhdudlaşmır. Onun proqnozlarında 2026-cı ilin beynəlxalq siyasətdə gərginliyin kəskin artacağı bir dövr olacağı deyilir. Qərb-Şərq xəttində yaşanacaq gərginliklərin genişmiqyaslı qarşıdurmalara çevrilə biləcəyi ehtimal olunur. Vanqaya aid edilən "insanlığın çöküşünün 2025 ətrafında başlayacağı" fikri də bu ssenarilərlə əlaqələndirilir. Bununla belə, bəzi mənbələrə görə dünyanın sonu 5079-cu ildən əvvəl gözlənilmir.
Kahin 2026-cı ildə texnologiya sahəsində böyük dəyişikliklərin baş verəcəyini də qeyd edir. İddialara görə bu ildən etibarən süni intellekt qlobal miqyasda əsas güclərdən birinə çevriləcək və yeni innovasiya dövrünü başlatacaq. Lakin bu inkişafın iş yerlərinin avtomatlaşdırılması, məlumat təhlükəsizliyi və etik problemlər kimi çətinliklər yaradacağı da vurğulanır.
Ev təmizliyində istifadə olunan vasitələrin üzərindəki təhlükəsizlik
Beynəlxalq alimlər qrupu müəyyən edib ki insanlar özlərini və tərəfda�
Niderlandın Maastrixt Universitetinin alimləri mütəmadi olaraq qızardılmı
Rusiyalı səyyah Yelena Liseykina xarici ölkələrdə təhlükəli qida seçim
Pişiklər aləmi həqiqətən də heyrətamizdir. Burada elə unikal cinslər v
"Qarnın şişməsi, gəyirmə və nəfəs almaqda çətinlik həzm sistem
Braziliyada keçirilən COP30 sammitində danışıqlara rəhbərlik edən Türk
Bir vaxtlar təmir edilmiş Ağdaş-Zərdab yolu indi bərbad vəziyyətdədir.
Paltaryuyana yerləşməyən iri və həcimli yorğanların necə təmizlənəc�
Kəklikotu həm təbii müalicə vasitəsi, həm də ədviyyat kimi geniş istif
Naibə Allahverdiyeva keçmiş ərinin ona tətbiq etdiyi psixoloji təzyiqlərd
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli b�
Türkiyədə dənizə düşən mikroavtobus sürücüsü qəzadan xəsarət alma
Paytaxtda hər addımbaşı nar şirəsinin sıxılaraq satılmasına rast gəli
