Ən nadir 5 pişik cinsi
Digərləri 23 Noy 2025 03:03:00 80 0
Pişiklər aləmi həqiqətən də heyrətamizdir. Burada elə unikal cinslər var ki, onların mövcudluğundan bir çoxları xəbərsizdir.
Bu xəbəri də oxu: Arif Buzovnalı kimdir? Təhsili atıb döyüşə gedən qəzəlxan
Son.az həmin nadir cinslər barədə xəbər veirr.
Layko (Lykoi)
Bu pişiklər cəmi bir baxışla tanınır. Qıvrılmış qulaqları və canavarabənzər sifətləri onlara "pişik-canavar", hətta "oboroten pişik" ləqəbini qazandırıb. Xarici görünüşləri hırçın olsa da, laykolar sahiblərinə dərindən bağlanır və çox sadiqdirlər.
Çauzi (Chausie)
Çauzi yabanı qamış pişiyi ilə abissin pişiyinin hibrididir. Nəticədə balaca risi xatırladan iri, enerjili və həddindən artıq maraqlı pişik cinsi yaranıb. Onlar aktiv həyat tərzini sevir və çox diqqət tələb edir.
Toyger
Toygərin üzünə baxanda sanki miniatür bir pələng görürsünüz. Xüsusi zolaqlı rəng, güclü bədən quruluşu, dostcanlı xarakter və uşaqlara sevgi bu cinsin əsas xüsusiyyətləridir. Həm xarakter, həm də görünüş baxımından çox təsirli pişiklərdir.
OciCat (Oçiket) Oçiket tamamilə ev pişiyidir, lakin ləkəli kürkü səbəbindən yabanı pişikləri xatırladır. Çox ağıllıdır, komandaları asanlıqla öyrənir və oyunları xoşlayır. Aktiv ailələr üçün əla ev heyvanıdır.
Peterbald
Peterbald Sankt-Peterburq mənşəli zərif və zövqlü görünüşlü pişikdir. Tam tüksüz ola bilər və ya qısa, məxməri tüklərə sahib ola bilər. Bu cins yüksək intellekti, mehriban və insansevər davranışı ilə seçilir sahiblərini tək buraxmağı sevmirlər. /Lent.az
"Qarnın şişməsi, gəyirmə və nəfəs almaqda çətinlik həzm sistem
Braziliyada keçirilən COP30 sammitində danışıqlara rəhbərlik edən Türk
Bir vaxtlar təmir edilmiş Ağdaş-Zərdab yolu indi bərbad vəziyyətdədir.
Paltaryuyana yerləşməyən iri və həcimli yorğanların necə təmizlənəc�
Kəklikotu həm təbii müalicə vasitəsi, həm də ədviyyat kimi geniş istif
Naibə Allahverdiyeva keçmiş ərinin ona tətbiq etdiyi psixoloji təzyiqlərd
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli b�
Türkiyədə dənizə düşən mikroavtobus sürücüsü qəzadan xəsarət alma
Paytaxtda hər addımbaşı nar şirəsinin sıxılaraq satılmasına rast gəli
Sosial şəbəkələrdə, xüsusilə "TikTok"da süni intellekt vasit�
Xalq artisti Səidə Quliyevanın oğlu Fərhaddan danışıb.
Türkiyənin Adıyaman bölgəsində tələbələrin qaldığı KYK (Kredit və
Xətai rayonunda 63 yaşlı kişi evdən iş adı ilə çıxıb geri qayıtmayı
Astanada təşkil olunan beynəlxalq musiqi müsabiqəsinin final mərhələsi g
Son.az 23 noyabr üçün günün ulduz falını təqdim edir:
