İnternetdən yemək sifariş etməyin SƏBƏB
Digərləri 21 Noy 2025 03:03:00 63 0
Son zamanlar sosial şəbəkələrdə satılan müxtəlif "diyetik hazır qidalar", "fit çərəzlər", "detoks menyular" və "kalorisi az paket qidalar" böyük populyarlıq qazanıb. Satıcılar bu məhsulların qısa müddətdə arıqlamağa kömək etdiyini, maddələr mübadiləsini sürətləndirdiyini və orqanizmi zərərsiz şəkildə təmizlədiyini iddia edirlər.
Son.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu qidaların real effektivliyi və təhlükəsizliyi çox vaxt şübhə altındadır.
Dietoloqlar bildirirlər ki, sosial şəbəkələr üzərindən satılan məhsulların əksəriyyətinin tərkibi tam açıqlanmır və sertifikatlaşdırma prosesi şəffaf deyil. Nəticədə istehlakçı nə qəbul etdiyini dəqiq bilmir. Bəzi hazır "diyetik" qidaların kalorisi isə satıcıların qeyd etdiyindən daha yüksək olur ki, bu da arıqlama prosesinə əks təsir göstərə bilər.
Mütəxəssis dietoterapevtlər qeyd edir ki, insanın çəki problemi yalnız hazır paket qidalarla həll olunmur. Arıqlama prosesində şəxsin sağlamlıq vəziyyəti, hormon balansı, qidalanma tarixi və həyat tərzi nəzərə alınmalıdır. Bu səbəbdən standartlaşdırılmış hazır menyular hər kəs üçün eyni nəticəni vermir.
Mövzu ilə bağlı qida mühəndisləri bildirirlər ki, bəzi satıcılar məhsulları ev şəraitində hazırlayıb "diyetik" adı ilə təqdim edir, lakin onların saxlanma şəraiti və sanitariya tələbləri sual doğurur. Bu isə zəhərlənmə və müxtəlif qida zəncirli xəstəlikləri riski yarada bilər.
Mütəxəssislər tövsiyə edir ki, sosial şəbəkələrdən təsadüfi satıcılardan alınan hazır "diyetik" paketlərə etibar etməkdənsə, qidalanma planını peşəkar dietoloqla birgə hazırlamaq daha sağlam və təhlükəsiz seçimdir. Çünki real nəticə yalnız düzgün qidalanma və həyat tərzi dəyişiklikləri ilə əldə olunur.
Asya Son.az
Vitamin və qida əlavələri bazarı sürətlə böyüsə də, mütəxəssislə
Meyxanaçı Vüqar Əbdülov həmkarı Namiq Qaraçuxurlu və Namiq Məna ilə b
Abşeronun Xırdalan şəhərində yaşayan, iki azyaşlı uşağın anası Rəv
Mütəxəssislər insan orqanizmində qocalma prosesinin bütün yaşlarda eyni
Baş rollarını Sinem Ünsalla Ozan Akbabanın paylaşdığı "Uzak şehir
Çindən gətirilən avtomobillərin daşınma qiymətlərində son bir neçə h
Rəqsanə İsmayılovanın barəsində seçilmiş həbs qətimkan tədbiri ev du
Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üz
Dünəndən bəri Bakıxanov qəsəbəsində Vətən müharibəsi şəhidləri S
"Növbəti sertifikatlaşdırma mərhələsində 35 faiz əmsalından deyil
Dünyada nadir rast gəlinən Cayuga ördəyinin yumurtası həm görünüşü,
Qış aylarında evdəki radiator yalnız istilik mənbəyi deyil, düzgün isti
"Şəhərdə oturanda elə gözəl qızlar görürəm ki... Düşünürəm
"Azərbaycanda 17186 müəllimin ortaaylıq maaşı 1589 manatdır".
