Azərbaycanlıların ən sevimli içkisi qaynar qəbul ediləndə xərçəng yaradırmış
Digərləri 20 Noy 2025 07:08:00 76 0
Dünyada ən çox içilən içkilərdən biri olan çay səhv formada qəbul edildikdə bağırsaq və qaraciyər sağlamlığına ciddi zərər verə bilər.
Bu xəbəri də oxu: Bakıda IX Beynəlxalq Bankçılıq Forumu keçirilir
Son.az xəbər verir ki, Harvard təhsilli qastroenteroloq Dr Saurabh Sethi milyonlarla insanın hər gün etdiyi çay içmə səhvləri barədə xəbərdarlıq edərək, bu vərdişlərin düşündüyümüzdən daha təhlükəli olduğunu bildirib.
Aq qarnına çay mədəni zəiflədir
Boş mədəyə çay içmək qıcıqlanma yaradır. Çayın tərkibindəki kafein və tanenlər mədə yanması, ürəkbulanma və reflüks kimi problemlərə yol aça bilər. Çayın sidikqovucu təsiri dehidrasiya riskini artırır. Anemiyası olan şəxslərdə isə çay dəmirin mənimsənilməsini azaldır.
Şirin çaylar qaraciyəri yükləyir
Həkim buzlu çay və şirinləşdirilmiş çayların təhlükəsinə də diqqət çəkib. Bu içkilərin bir porsiyasında 30 40 qramadək şəkər ola bilər. Belə içkilərin çox istifadəsi şəkərli diabet və alkoqolsuz yağlı qaraciyər xəstəliyi riskini artırır.
Detoks və arıqlama çayları ciddi təhlükə yaradır
Son illər dəbdə olan detoks və arıqlama çayları barədə sərt xəbərdarlıq edən Dr Sethi bildirib ki, bu məhsulların əksəriyyəti təsirini "yağ yandırmaqdan" deyil, bağırsaq işlədici maddələrdən alır. Bu tip çaylar bədəndə elektrolit pozuntusu, bağırsaq zədəsi və həddindən artıq maye itkisi kimi ciddi fəsadlara səbəb ola bilər.
Yaşıl çay ekstraktı həddən artıq qəbul ediləndə zərərlidir
Yaşıl çay sağlam seçim sayılsa da, yaşıl çay kapsullarının çox qəbulu qaraciyər üçün təhlükə yarada bilər. Həkimin sözlərinə görə, bu əlavələr nadir hallarda da olsa qaraciyər toksikliyinə səbəb ola bilər.
Çox isti çay xərçəng riskini artırır
Dr Sethi çayın 65 dərəcədən isti içilməsinin qəti yolverilməz olduğunu vurğulayıb. Aparılan araşdırmalara görə, yüksək temperaturda içilən çay qida borusu xərçəngi riskini artırır.
Çayda kafein miqdarı qəhvədən az olsa da, gecə içilən qara və ya yaşıl çay yuxu rejimini pozur. Yuxu pozuntusu isə qaranlıqda gedən orqanların özünübərpa prosesinə mane olaraq qaraciyər və bağırsaq sağlamlığına mənfi təsir edir.
İsmayıl Son.az
Son illər adını çox eşitdiyimiz mikrobiota anlayışı bədənimizdə, xü
Son günlər sosial şəbəkələrdə xüsusilə "TikTok"da çiy kart
Alkoqol qəbulundan 12-48 saat sonra yaranan görmənin dumanlanması, göz qar�
Bəzi qidaların təkrar qızdırılması sağlamlıq üçün ciddi risk yarada
"Rusiya Ukraynadakı vəziyyəti həll etmək üçün danışıqları davam
Ukrayna anlamlı formatlarda sülhün bərqərar olması üçün işləməyə ha
Soyuq aylarda seksual istəkdə azalma bir neçə amillə bağlıdır.
Evdə ən vacib məişət texnikalarından biri olan soyuducunun zaman keçdikc
Məşhur türkiyəli aktrisa Demet Özdemir ilə Beşiktaşın gənc futbolçusu
Müğənni Rəqsanə İsmayılovanın borclu olduğu Gündüz Məmmədov açıq
Prezident İlham Əliyev sosial şəbəkə hesablarında Ağdamın işğaldan az
Son.az 20 noyabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
