Orqan qədər vacibdir Balans pozulanda xəstəliklər ağır yaranır
Digərləri 20 Noy 2025 06:06:00 63 0
Son illər adını çox eşitdiyimiz mikrobiota anlayışı bədənimizdə, xüsusilə bağırsaqlarda yaşayan trilyonlarla mikroorqanizmi bildirir.
Bu xəbəri də oxu: Sönülü halda bu 3 cihazı "tok"dan çıxarmayın
Son.az xəbər verir ki, sözügedən mikroorqanizmlər həzm prosesindən immun sisteminə, hormon tarazlığından psixoloji halımıza qədər bir çox sistemə təsir göstərir.
Probiyotiklər mikrobiotadakı yararlı canlı bakteriyalardır. Prebiyotiklər həmin bakteriyaların qida mənbəyidir. Postbiyotiklər isə bu canlıların yaratdığı yararlı maddələrdir.
Dr. Gülçin Alp Avcı bildirir ki, mikrobiota tarazlığının qorunması sağlamlığın təməlidir. Bu tarazlıq pozulduqda müxtəlif xəstəliklərin yaranması üçün zəmin yaranır.
"Hər kəs eyni probiotiki qəbul etməməlidir. Çünki hər bir insanın bağırsaq mikrobiota strukturu fərqlidir. Analiz aparılmadan istifadə olunan probiotiklər bəzi hallarda heç bir təsir göstərmir və hətta mənfi nəticələrə səbəb ola bilər".
Probiyotiklər həzmi tənzimləyir və immun sistemini gücləndirir. Onlar bədəni infeksiyalara qarşı daha davamlı edir. Təbii probiotik mənbələrinə qatıq, kefir, tarhana, turşu, boza və fermentasiya olunmuş pendirlər daxildir.
Lakin, Dr Avcının sözlərinə görə qidalar vasitəsilə qəbul edilən probiotik miqdarı hər kəs üçün kifayət etmir. Çünki bakteriyaların canlı qalması, mədə turşusuna davamlılığı və bədəndə tutunma qabiliyyəti müxtəlifdir.
Doğru seçilmiş probiyotiklər immun sistemini gücləndirir. Bağırsaq tarazlığını qoruyur. Bədəndə iltihabı azaldır. Mikrobiyota və beyin arasındakı əlaqə sayəsində psixoloji vəziyyəti yaxşılaşdırır. Həmçinin diabet, piylənmə və allergik xəstəliklərin riskini azaldır.
Son illərdə aparılan araşdırmalar göstərir ki probiotiklərin təsiri yalnız həzm sistemi ilə məhdudlaşmır. Onlar metabolik sindrom, depressiya, otoimmün xəstəliklər, bəzi xərçəng növləri, dəri, sinir və həzm sistemi xəstəliklərində də dəstəkləyici rol oynayır.
Dr Avcı bildirir ki mikrobiyota artıq tibb elminin bütün sahələrində nəzərə alınır. Xüsusilə mikrobiyota və beyin əlaqəsi ilə bağlı araşdırmalar yeni dövr açır.
Probiyotiklər müxtəlif bakteriya suşlarından ibarətdir. Lactobacillus, Bifidobacterium və Saccharomyces boulardii bunlara nümunədir. Dr Avcı qeyd edir ki probiotikin təsiri içindəki bakteriya növündən asılıdır. Bu fərq nəzərə alınmadıqda istifadə nəticə vermir.
Dr Avcı bildirir ki hər bir insanın mikrobiyomu genetika, qidalanma, stress və ətraf mühitə görə dəyişir. Bu səbəbdən standart probiotik hər kəs üçün uyğun deyil.
Dünyada aparılan araşdırmalara görə fərdiləşdirilmiş probiotik istifadəsi antibiotikdən sonra bağırsaq florasının bərpasını üç dəfə sürətləndirir. Yaponiyada müəyyən suşların depressiya və narahatlıq halında müsbət təsir göstərdiyi müəyyən edilib.
Dr Avcı vurğulayır ki bağırsaq mikrobiyotası ikinci beyin kimi işləyir. Onun tarazlığının pozulması diabet, depressiya, piylənmə və otoimmün xəstəliklərə qədər geniş problemlərə yol açır.
İsmayıl Son.az
Son günlər sosial şəbəkələrdə xüsusilə "TikTok"da çiy kart
Alkoqol qəbulundan 12-48 saat sonra yaranan görmənin dumanlanması, göz qar�
Bəzi qidaların təkrar qızdırılması sağlamlıq üçün ciddi risk yarada
"Rusiya Ukraynadakı vəziyyəti həll etmək üçün danışıqları davam
Ukrayna anlamlı formatlarda sülhün bərqərar olması üçün işləməyə ha
Soyuq aylarda seksual istəkdə azalma bir neçə amillə bağlıdır.
Evdə ən vacib məişət texnikalarından biri olan soyuducunun zaman keçdikc
Məşhur türkiyəli aktrisa Demet Özdemir ilə Beşiktaşın gənc futbolçusu
Müğənni Rəqsanə İsmayılovanın borclu olduğu Gündüz Məmmədov açıq
Prezident İlham Əliyev sosial şəbəkə hesablarında Ağdamın işğaldan az
Son.az 20 noyabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Ötən ilin yayında Şabranda evə basqın edən şəxslərin ər-arvad Arif H�
