Pensiyalar ARTACAQ: Yanvardan belə hesablanacaq
Digərləri 19 Noy 2025 09:33:00 78 0
2026-cı ildən əmək pensiyalarında 10%-ə yaxın artım gözlənilir.
Bu xəbəri də oxu: Bakıda marşrut avtobusunda sərnişin öldü
Son.az xəbər verir ki, 2026-cı ilin yanvar ayından etibarən 1,1 milyon nəfəri əhatə edən bütün növ əmək pensiyalarının təxminən 10% artırılması planlaşdırılır.
İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, pensiya artımı orta aylıq nominal əməkhaqqının əvvəlki ilə nisbətən yüksəlməsi ilə bağlıdır. Hazırda orta aylıq əməkhaqqı 9,7% artaraq 1093 manata çatıb.
E.Əmirovun fikrincə minimum əməkhaqqının 2027-ci ildə 15%-ə qədər artırılaraq 450-460 manat səviyyəsinə çatacaq.
Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üzrə büdcəsi də bu artımı əks etdirir. Fondun gələn il üçün gəlirləri 8,32 milyard manat, xərcləri isə 8,48 milyard manat proqnozlaşdırılır. Əhaliyə ödənişlərin həcmi isə bu illə müqayisədə 787,5 milyon manat artaraq 10,63% yüksələcək.
Millət vəkili Azər Badamov bildirib ki, orta pensiyanın məbləği 537 manatdan 589,2 manata yüksələcək. Əmək pensiyalarında isə 9,2% artım nəzərdə tutulur.
Qeyd edək ki, minimum pensiya məbləği bu il olduğu kimi, gələn il də 320 manat, minimum əməkhaqqı isə 400 manat səviyyəsində qalacaq.
Mina Mikayılova Son.az
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid İlham Dadaşovun ana
Bu gün Astarada təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişin
Evində enerji sərfiyyatını azaltmaq istəyən bir çox insan istifadə etmə
Pişiklər hər insana asanlıqla etibar etməsə də, bəzi şəxslərin yanın
Müğənni Aysun İsmayılova şəxsi həyatı ilə bağlı açıqlama verib.
Son illərdə prostat vəzi xərçəngi diaqnozu qoyulan kişilərin sayı artı
Alzheimer xəstəliyi zamanı yaddaşı yaxşılaşdırmağın yolu tapılıb.
89 yaşlı, hələ də aktiv işləyən və qida sənayesinə qarşı apardığ�
Psixologiya sahəsində aparılan araşdırmalar göstərir ki, qırmızı, qara
Son dövrlər qiymət artımı və qablaşdırma standartlarının dəyişməsi
Meyxanaçı Vüqar Əbdülov həmkarları ilə bağlı qalmaqallı açıqlama ve
15 yaşlı yeniyetmə bıçaqlanaraq qətlə yetirilib.
Əfsanəvi türk aktyor Cüneyt Arkının oğlu Murat Arkın "Survivor"
Avropanın xəritəsində baxanda bir göz qırpımında gözdən itən, amma zi
