Alzheimerlə mübarizədə yeni ümid
Digərləri 19 Noy 2025 06:06:00 82 0
Alzheimer xəstəliyi zamanı yaddaşı yaxşılaşdırmağın yolu tapılıb.
Bu xəbəri də oxu: Qaranlıqda telefona baxanlara xəbərdarlıq Bu hormonun ifrazı zəifləyir
Son.az xəbər verir ki, bunu Oslо Universitetinin alimləri müəyyən ediblər.
Məlumata görə, NAD⁺ molekulunun səviyyəsinin artırılması Alzheimer xəstəliyinin inkişafında mühüm rol oynayan RNT emalındakı pozuntuları aradan qaldırmağa kömək edir.
Söhbət alternativ splaynsinqin pozulmasından gedir. Yəni, hüceyrələrin bir gendən müxtəlif zülal variantları yaratdığı prosesdən. Alzheimer xəstəliyi zamanı bu mexanizm düzgün işləmir və nəticədə qüsurlu zülal formaları yaranır, neyronların fəaliyyəti pisləşir və toksik tau zülalının yığılması artır.
Eksperiment zamanı alimlər hüceyrələrdə NAD⁺ səviyyəsini yüksəldən əlavələrdən istifadə ediblər. Onlar müəyyən ediblər ki, bu cür terapiya yüzlərlə genin, o cümlədən sinir sistemi üçün vacib olan EVA1C geninin splaynsinqini normallaşdırır.
Siçan modellərində aparılan tədqiqatlar yaddaşın yaxşılaşmasına və patoloji tau zülalının miqdarının azalmasına səbəb olub.
İnsan hüceyrələri və qurdlar üzərində aparılan araşdırmalar göstərib ki, EVA1C geni qeyri-aktiv olduqda təsir tamamilə yox olur. Bu isə həmin genin NAD⁺-un təsir mexanizmində əsas rol oynadığını göstərir.
Tədqiqat müəllifləri bildirirlər ki, NAD⁺, EVA1C geni və alternativ splaynsinqin tənzimlənməsi arasındakı əlaqənin aşkar edilməsi Alzheimer xəstəliyinin yeni müalicə yollarını aça bilər. Əgər bu mexanizm klinik praktikaya tətbiq olunsa, gələcəkdə neyronları xəstəliyin erkən mərhələlərində qoruyan və ağır simptomlar yaranmazdan əvvəl idrak funksiyalarının pisləşməsini ləngidən dərmanların hazırlanması mümkün ola bilər.
Mina Mikayılova Son.az
89 yaşlı, hələ də aktiv işləyən və qida sənayesinə qarşı apardığ�
Psixologiya sahəsində aparılan araşdırmalar göstərir ki, qırmızı, qara
Son dövrlər qiymət artımı və qablaşdırma standartlarının dəyişməsi
Meyxanaçı Vüqar Əbdülov həmkarları ilə bağlı qalmaqallı açıqlama ve
15 yaşlı yeniyetmə bıçaqlanaraq qətlə yetirilib.
Əfsanəvi türk aktyor Cüneyt Arkının oğlu Murat Arkın "Survivor"
Avropanın xəritəsində baxanda bir göz qırpımında gözdən itən, amma zi
Yaponiyanın Fukuoka prefekturasının Yame şəhərində dağlıq ərazidə ba�
Noyabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıç�
Soyuq havaların təsirini artırdığı son günlərdə bir çox evdə eyni pro
Aparıcı Zaur Baxşəliyev anası Dilavər Baxşəliyeva ilə bağlı paylaşı
Noyabrın 18-də "LIBRAFF" kitab mağazaları şəbəkəsinin "Pa
Məlum olduğu kimi, bu gün bir neçə saatlıq yerli saytların işində probl
Son.az 19 Noyabr üçün günün ulduz falını təqdim edir:
