Niyə Azərbaycanda saytlar birdənbirə çökdü?
Digərləri 19 Noy 2025 00:12:00 85 0
Məlum olduğu kimi, bu gün bir neçə saatlıq yerli saytların işində problemlər yaranıb.
Bu xəbəri də oxu: Tiktokda söyüş söydüyünə görə 70 manat cərimələndi
Son.az xəbər verir ki, tanınmış İT mütəxəssisi Fərid Pərdəşünas öz sosial media hesabında saytların birdən-birə çökməsinin səbəblərini aydınlaşdırıb:
"Problem qlobal xarakterlidir. "Cloudflare" servisini istifadə edən saytlar trafiki bu platforma üzərindən yönləndirdiyi üçün çökmələr baş verib".
Onun sözlərinə görə, bu platforma beynəlxalq miqyasda etibarlı, güclü, DDOS hücumlarına qarşı qoruma təklif edən, "content delivery network" və DNS təminatçısı kimi tanınır:
"Bu çöküşdən əsasən saytlarını DDOS hücumlarından qorumaq və sürət, təhlükəsizlik qazanmaq üçün "Cloudflare" istifadə edən resurslar təsirlənib.
Dövlət saytları (gov .az) təsirlənmədi. Çünki bu domen zonasında yerləşən kritik informasiya sistemləri lokal qoruma mexanizmlərindən istifadə edir və trafiki xaricə ötürmədikləri üçün bu tip qlobal nasazlıqlardan təsirlənmirlər.
"Cloudflare" ona görə çökdü ki, servisində "gözlənilməz trafik artımı" qeydə alınıb. Şirkət bunu "spike in unusual traffic" - yəni anormal trafik sıçrayışı kimi təsvir edib. Bu, şəbəkə daxilində yükün balanssızlaşmasına və trafikdə genişmiqyaslı xətalara səbəb olub.
"Cloudflare" qlobal internet infrastrukturunda əsas rollardan birini oynayır və internet trafikinin təxminən 20 %-i onun üzərindən keçir. Buna görə də yaranan nasazlıq dünyanın bir çox saytında eyni anda problemə gətirib çıxarıb". Son.az
Son.az 19 Noyabr üçün günün ulduz falını təqdim edir:
Yeşilçam filmlərinin tanınmış aktyorlarından Necati Bilgiçə şizofreniy
Şəhər yollarında avtobus zolağına qaydalardan kənar daxil olan nəqliyyat
"WhatsApp" iOS istifadəçiləri üçün təqdim etdiyi beta versiyada
Xəbər verdiyimiz kimi, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Ə
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd
Ötən axşam Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində 2010-cu il
"Musiqiyə, səsə, sənətə dəyər verən Azərbaycan xalqına minnətda
Yaşlı insanlarda vitamin D çatışmazlığı varsa, yağlı formasından deyi
Almaniyadan tətil üçün gəldikləri İstanbulda zəhərlənmə şübhəsi il
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliy
Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Axşam saatlarında serial izləmək, sosial şəbəkələrdə vaxt keçirmək v
Binəqədi və Səbail rayonlarının bəzi ərazilərinin qaz təchizatı müv�
