Təyyarə qəzasında şəhid olan türkiyəli hərbçilərin Gəncədə son günü VİDEO


Digərləri 18 Noy 2025 12:55:00 60 0

Təyyarə qəzasında şəhid olan türkiyəli hərbçilərin Gəncədə son günü  VİDEO

Gürcüstanda təyyarə qəzasında şəhid olan Türkiyə Hərbi Hava Qüvvələrinin baş çavuşu Emre Sayın və həmkarları Gəncədə olduqları müddətdə sakinlərlə səmimi söhbətlər edib, dostluq münasibətləri qurublar.

Son.az xəbər verir ki, sakinlər bu barədə "İctimai TV"yə danışıblar.

Sakinlərdən Vüqar Əliyev bildirib ki, Emre Sayın və həmkarları Gəncəni gəzib, övladları üçün hədiyyələr alıbmışlar: "Bizə dedi ki, Türkiyə Hərbi Hava Qüvvələrindən gəlmişik, buranın qonağıyıq. Biz isə ona buranın yox, elə bizim qonağımız olduqlarını dedik. Adam danışdıqca, həqiqətən, pis olur. Axşam saat 8-9 arası idi, görüşdük, söhbətləşdik. Sanki 10 ildir bir-birimizi tanıyırdıq. Maşınla Gəncəni gəzdik. Sonra onları Hacıkəndə, Topalhəsənliyə, Göygölə apardıq. Emre qardaşımız deyirdi ki, onun ikiaylıq körpəsi var. Üç övladı olduğunu söylədi. Bildirdi ki, ikiaylıq körpəsinə maraqlı hədiyyə almaq istəyir. Buradan çanta, Göygölün suvenirlərini, Azərbaycan Bayrağını, Gerbini aldı".

Digər Gəncə sakini Elnur Bağırov isə qeyd edib ki, Emre Sayın ona Türkiyə Ordusu ilə bağlı hədiyyə verib: "Eşidəndə ki, belə hadisə baş verib, inana bilmədim. Söz tapa bilmirəm. Allah Emre qardaşımız, Cem Dolabçı qardaşımız olmaqla, bütün şəhidlərimizə rəhmət eləsin. Ailələrinə səbir diləyirəm. Onların kədəri bizim kədərimizdir".

Qeyd edək ki, noyabrın 11-i Gürcüstanda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan 20 hərbçi şəhid olub.

Ətraflı videomaterialda:


Xəbərə aid video

Türkiyədə həmin ailənin ölümünə səbəb zəhərli maddə olub?  TƏFFƏRÜAT  FOTO like
  • 18 Noy 12:52  
Digərləri Türkiyədə həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? TƏFFƏRÜAT FOTO

Xəbər verdiyimiz kimi, Almaniyadan Türkiyəyə tətilə gələn ailənin büt

arrow Ətraflı
Bir gecədə 6 milyon qazanacaq like
  • 18 Noy 12:45  
Şou-biznes Bir gecədə 6 milyon qazanacaq

Türk musiqisinin "İmperator"u İbrahim Tatlıses "Yeni il"

arrow Ətraflı
Yaddaşlarda “Aşıq Yediyar” kimi qalan əməkdar artist kim idi?  VİDEO  FOTO like
  • 18 Noy 12:40  
Şou-biznes Yaddaşlarda “Aşıq Yediyar” kimi qalan əməkdar artist kim idi? VİDEO FOTO

Xəbər verdiyimiz kimi, tanınmış aktyor, Əməkdar artist və Şuşa Dövlə

arrow Ətraflı
Zelenski Türkiyəyə səfər edəcək like
  • 18 Noy 12:35  
Dünya Zelenski Türkiyəyə səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edəcək.

arrow Ətraflı
Pasportuna baxanda sevgilisinin kişi olduğunu öyrəndi  VİDEO like
  • 18 Noy 12:30  
Digərləri Pasportuna baxanda sevgilisinin kişi olduğunu öyrəndi VİDEO

Rusiyada yaşayan kişi uzun müddət münasibət yaşadığı sevgilisinin pasp

arrow Ətraflı
Yoxa çıxan Hüseyn Həsənov belə görüntüləndi: məşhur "TikTok"çu ilə... like
  • 18 Noy 12:25  
Şou-biznes Yoxa çıxan Hüseyn Həsənov belə görüntüləndi: məşhur "TikTok"çu ilə...

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov uzun müddət s

arrow Ətraflı
Bu tarixdə qısaldılmış iş günüdür like
  • 18 Noy 12:22  
Digərləri Bu tarixdə qısaldılmış iş günüdür

Azərbaycanda 30 dekabr qısaldılmış iş günüdür.

arrow Ətraflı
Böyük millət və kiçik xislət: bu adam nəyin davasını döyür? like
  • 18 Noy 12:15  
Siyasət Böyük millət və kiçik xislət: bu adam nəyin davasını döyür?

Xalqların taleyi bəzən ağrılı, fəlakətli tufandan salamat çıxmış gə

arrow Ətraflı
Sabah Bakıda 22 dərəcə isti olacaq like
  • 18 Noy 12:14  
Digərləri Sabah Bakıda 22 dərəcə isti olacaq

Noyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
"Baku Electronics"ə RƏSMİ XƏBƏRDARLIQ  Baha satılırmış like
  • 18 Noy 12:03  
Digərləri "Baku Electronics"ə RƏSMİ XƏBƏRDARLIQ Baha satılırmış

Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "Baku E

arrow Ətraflı
Günay Pərivinə söz atdı: "İnandırıcı deyil" like
  • 18 Noy 11:57  
Şou-biznes Günay Pərivinə söz atdı: "İnandırıcı deyil"

Model Günay Musayeva aktrisa Pərvin Abıyevanın "Türkiyədən təklif a

arrow Ətraflı
Tanınmış bloqer qaçırılıb?  Özündən açıqlama like
  • 18 Noy 11:30  
Digərləri Tanınmış bloqer qaçırılıb? Özündən açıqlama

Yetişkin məzmunlu kontent tərtibçisi 2021-ci ildə uşaqkən qaçırıldığ

arrow Ətraflı