Türkiyədə həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? TƏFFƏRÜAT FOTO
Digərləri 18 Noy 2025 12:52:00 76 0
Xəbər verdiyimiz kimi, Almaniyadan Türkiyəyə tətilə gələn ailənin bütün üzvləri zəhərlənərək ölüb. Ana Çiğdem Böcek və iki övladının həyatını itirdiyi hadisədə ağır vəziyyətdə olan ata Servet Böcek də müalicə aldığı reanimasiyada vəfat edib.
Bu xəbəri də oxu: 14 yaşlı oğlan dəm qazından boğularaq öldü
Son.az xəbər verir ki, ilkin ehtimallar qida zəhərlənməsi ilə bağlı olsa da, ailənin qaldığı oteldən daha iki turistin xəstəxanaya aparılması araşdırmanın istiqamətini dəyişib. Məlum olub ki, ailə zəhərlənmədən bir neçə saat əvvəl otelin birinci mərtəbəsində taxtabitilərlə mübarizə üçün dərmanlama aparılıb. T24-ün məlumatına görə, istifadə edilən dərmanın tərkibində alüminium fosfid olub və onun buraxdığı fosfin qazı ailənin otağına yayıla bilər.
Servet Böcekin müalicəsi də alüminium fosfid zəhərlənməsi ehtimalı səbəbilə yenidən qiymətləndirilib.
Alüminium fosfid nədir?
AlP - rəngcə tünd sarı və ya boz olan bərk maddədir. Su və ya nəmlə təmasda olduqda son dərəcə zəhərli fosfin qazı ifraz edir. Bu qaz hüceyrələrin oksigen istifadə qabiliyyətini pozur; ürək çatışmazlığına, şoka; çoxsaylı orqan sıradan çıxmasına; sürətli ölümə səbəb ola bilər.
Əsasən taxıl və kənd təsərrüfatı məhsullarının zərərvericilərdən qorunması üçün istifadə olunur və yalnız peşəkar mütəxəssislər tərəfindən tətbiq edilməlidir.
Hadisə ilə bağlı istintaq davam edir. Ailənin ölümünə səbəb olan maddənin alüminium fosfid olub-olmadığı laborator analizlərdən sonra dəqiqləşdiriləcək.
Qeyd edək ki, 4 nəfərlik Böcek ailəsinin ölümü ilə bağlı aparılan istintaqda ilk həbs qərarı verilib.Hadisə ilə əlaqədar midye, lokum, kokoreç satıcıları və kafe sahibi həbs olunub.
Fidan Son.az
Xəbərə aid video
Türk musiqisinin "İmperator"u İbrahim Tatlıses "Yeni il"
Xəbər verdiyimiz kimi, tanınmış aktyor, Əməkdar artist və Şuşa Dövlə
Rusiyada yaşayan kişi uzun müddət münasibət yaşadığı sevgilisinin pasp
Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov uzun müddət s
Hövsan Yaşayış Kompleksinin I və II mərhələlərində, Sumqayıt, Lənkə
Xalqların taleyi bəzən ağrılı, fəlakətli tufandan salamat çıxmış gə
Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "Baku E
Model Günay Musayeva aktrisa Pərvin Abıyevanın "Türkiyədən təklif a
Ölkə üzrə epizootik sabitliyin təmin edilməsi məqsədilə peyvəndləmə
Yetişkin məzmunlu kontent tərtibçisi 2021-ci ildə uşaqkən qaçırıldığ
2025-ci ilin bitməyinə 1 ay qalıb. Çoxlarını 2026-cı ilin nə ili olacağ
