Kapitan həbsdən məktub göndərdi Generala ağır ittihamlar


Digərləri 18 Noy 2025 09:22:00 76 0

Kapitan həbsdən məktub göndərdi  Generala ağır ittihamlar

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalov da daxil olmaqla, 9 nəfərin 3 milyon manata yaxın pulunu ələ keçirmə ittihamı ilə həbs edilən kapitan Ayaz Bayramov istintaq təcridxanasından müraciət ünvanlayıb.

Son.az xəbər verir ki, kapitanın 28 vərəqlik yazılı müraciəti "Qafqazinfo"ya göndərilib.

FHN-də xidmət etmiş A.Bayramov böyük dələduzluq cinayəti ilə bağlı mühakimə edilsə də, özünü təqsirli bilmir. O, həbsinə görə general Raul Zeynalovu günahlandırır, ilk gündən ona qarşı ittihamları səngimir.

Ayaz Bayramovun sözlərinə görə, Raul Zeynalov ona bütün pulları faizə verib. Hətta qardaşı Nofəl Zeynalovu da bu işə qoşub. O deyir ki, sonradan aralarında ticarət yönümlü pul münasibətləri pozulub, elə bunun ardınca Raulun təşəbbüsü ilə həbsə atılıb: "Mən bu gün Raul Zeynalova görə həbsdəyəm. Sifarişçi odur. Digər zərərçəkmişlər də məhz onun ssenarisi ilə mənə qarşı ifadə veriblər. Gənc yaşlarımdan xurma alveri ilə məşğul olmuşam. Kasıb oğlan idim, bu alverlə dolanırdım. Raul Zeynalov Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini keçəndən sonra mənim bu işlə məşğul olduğumu öyrəndi. Yanına çağırıb dedi ki, mən alverin üçün sənə böyük məbləğdə pullar verə bilərəm. Amma faizə verdiyi üçün rəsmi müqavilə bağlamadıq. Müxtəlif vaxtlarda ondan böyük məbləğdə pullar götürdüm, faizi ilə geri qaytardım. Dediyim kimi faizi ilə... Bir neçə dəfə də onun qardaşı Nofəldən pul götürüb faizi ilə geri qaytarmışam. Yeri gəlmişkən, Raul mənim verdiyim faiz pulla qardaşına avtomobil də almışdı. Amma şikayətində yazıb ki, mən onu aldatmışam, dələduzluqla 1 milyon manata yaxın pulunu ələ keçirmişəm. Məni ilk dəfə prokurorluğa çağırandan sonra ona zəng etdim, nə baş verdiyini soruşdum. Raul Zeynalov "Sənin başına hələ çox oyunlar açacağam. Gətir gizlətdiyin pulları ver. Yoxsa nə səndən, nə ailəndən əl çəkənəm. Hamısını həbs etdirəcəyəm", - deyərək mənə hədə-qorxu gəldi. Hətta o və yanında gətirdiyi iki "zərərçəkmiş" üstümə hücum çəkib qolumu burdular. Həbs olunduğum gün də mənim pulumla aldığı maşında oturub gülürdü".

Kapitan bildirib ki, 2 il ərzində Raul Zeynalova külli miqdarda pul qazandırıb. Məhz bu pullar hesabına general özünə və yaxınlarına lüks avtomobillər alıb: "Mənim hesabıma qazandığı pulları əyləncəyə xərcləyirdi. Bəzi hallarda xidməti otağına qadınları çağırırdı. Nazirliyin adına xələl gətirən hərəkətlər etdiyinə görə də axırda nazirin əmri ilə vəzifəsindən azad edildi".

"Ferrari" ilə reyddə saxlanıldı, 50 manat cərimə yazıldı  10SY100ün sürücüsü kimdir?  VİDEO like
  • 18 Noy 09:15  
Digərləri "Ferrari" ilə reyddə saxlanıldı, 50 manat cərimə yazıldı 10SY100ün sürücüsü kimdir? VİDEO

Dövlət Yol Polisi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkda�

arrow Ətraflı
Qanun var, cəza isə yoxdur  Qohum nikahları bu gün də davam edir like
  • 18 Noy 09:00  
Digərləri Qanun var, cəza isə yoxdur Qohum nikahları bu gün də davam edir

Azərbaycanda 2025-ci il 1 iyuldan etibarən qüvvəyə minən dəyişikliyə ə

arrow Ətraflı
Əməkdar artist vəfat etdi like
  • 18 Noy 08:50  
Kriminal Əməkdar artist vəfat etdi

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Əməkdar artist Yadigar Mur

arrow Ətraflı
Narın çürük olduğunu baxan kimi anlamağın 4 yolu like
  • 18 Noy 08:43  
Digərləri Narın çürük olduğunu baxan kimi anlamağın 4 yolu

Nar alarkən onun çürük olub-olmadığını müəyyən etmək üçün bir ne�

arrow Ətraflı
Kərə yağını soyuducuya qoyanlar üçün like
  • 18 Noy 08:21  
Digərləri Kərə yağını soyuducuya qoyanlar üçün

Mətbəxin ən əsas qidalarından biri olan kərə yağının soyuducuda saxlan

arrow Ətraflı
İctimai nəqliyyat nəzərə alınır  Bəs, şəxsi avtomobillər? like
  • 18 Noy 08:00  
Digərləri İctimai nəqliyyat nəzərə alınır Bəs, şəxsi avtomobillər?

Son dövrlər şəhər yollarında avtobus zolaqlarının çəkilməsi ictimai n

arrow Ətraflı
Psixoloqlar deyir: “Danışın!” – Özözünə danışmaq dəli olmaq deyil like
  • 18 Noy 07:35  
Kriminal Psixoloqlar deyir: “Danışın!” – Özözünə danışmaq dəli olmaq deyil

Uzun illər boyunca öz-özünə danışmaq cəmiyyətdə qəribə davranış ki

arrow Ətraflı
Şizofrenlərin ən çox istifadə etdiyi söz açıqlandı like
  • 18 Noy 07:08  
Digərləri Şizofrenlərin ən çox istifadə etdiyi söz açıqlandı

"Mən" sözündən daha çox istifadə edənlər əsasən şizofrenlə

arrow Ətraflı
"Yastıq üzlükləri unitazdan daha çox bakteriya yığa bilər" like
  • 18 Noy 06:06  
Digərləri "Yastıq üzlükləri unitazdan daha çox bakteriya yığa bilər"

Aparılan tədqiqatlar yuyulmamış yastıq üzlüklərinin cəmi 7 gün ərzind

arrow Ətraflı
Keçmişdə niyə kişilər maşında sabun gəzdirib? like
  • 18 Noy 04:04  
Digərləri Keçmişdə niyə kişilər maşında sabun gəzdirib?

Keçmişdə bəzi kişilər maşınlarında sabun gəzdirərdi.

arrow Ətraflı
Əhvalımızı formalaşdıran gözəgörünməz ikili: Zaman və Yuxu like
  • 18 Noy 03:03  
Digərləri Əhvalımızı formalaşdıran gözəgörünməz ikili: Zaman və Yuxu

İnsanın zamanı necə qavraması və xronotipi onun əhvalına təsir göstə

arrow Ətraflı
Duz, alkoloq, qəhvəni eyni vaxtda qəbul etmək olmaz  Damarlar dözməyəcək like
  • 18 Noy 02:02  
Digərləri Duz, alkoloq, qəhvəni eyni vaxtda qəbul etmək olmaz Damarlar dözməyəcək

Alkoqol əvvəlcə damarları genişləndirir, sonra isə daraldır. Bu dəyişi

arrow Ətraflı
"Mayalı məhsullar ürəyin "evini yıxır" like
  • 18 Noy 01:01  
Digərləri "Mayalı məhsullar ürəyin "evini yıxır"

Kardioloq ürəyin sağlam qalmasına kömək edən qidaları açıqlayıb.

arrow Ətraflı
Təyyarənin "qara qutu"su nə vaxt oxunacaq? like
  • 18 Noy 00:52  
Digərləri Təyyarənin "qara qutu"su nə vaxt oxunacaq?

Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin "qara qutu

arrow Ətraflı
Yaponiyada güclü zəlzələ oldu like
  • 18 Noy 00:50  
Dünya Yaponiyada güclü zəlzələ oldu

Yaponiyanın Honşu adası sahillərində 5,2 maqnitudalı zəlzələ olub.

arrow Ətraflı