Kərə yağını soyuducuya qoyanlar üçün
Digərləri 18 Noy 2025 08:21:00 76 0
Mətbəxin ən əsas qidalarından biri olan kərə yağının soyuducuda saxlanması çoxlarının gündəlik vərdişidir. Lakin qida mütəxəssisləri bu alışqanlıqla bağlı vacib xəbərdarlıq edirlər.
Bu xəbəri də oxu: Bu ərazilərdə qaz olmayacaq
Son.az xəbər verir ki, mütəxəssislərin fikrincə, kərə yağı əslində otaq temperaturunda istifadəyə daha çox uyğun olur və doğru qabda saxlanıldığı halda iki həftədən artıq təzə qala bilir. Bu üsul həm də qida israfının qarşısını alır.
Wheeldon Brothers şirkətinin mütəxəssisləri bildirir ki, xüsusilə duzlu kərə yağı düşündüyümüzdən daha davamlıdır. İnsanlar çox vaxt yağın yumuşalmasını xarab olma ilə səhv salaraq onu zibilə atır. Halbuki kərə yağı aşağı rütubətə və az miqdarda protein-karbohidrat tərkibinə malik olduğundan bakteriya və kif üçün əlverişli mühit yaratmır.
Mütəxəssislər kərə yağını açıqda və yalnız orijinal kağız qablaşdırmada saxlamağın bakteriya yaranmasına səbəb ola biləcəyini bildirir. Buna görə mütləq qapaqlı yağ qabından istifadə olunması tövsiyə edilir.
Günəş alan yerlər və soba ətrafı kimi isti nöqtələrdə saxlanması isə qətiyyən məsləhət görülmür.
Kərə yağını soyuducuda saxlamağı üstün tutanlar üçün isə mütəxəssislər bildirir:
Duzlu kərə yağı soyuducuda 1-2 ay, Dondurucuda isə 9 aya qədər saxlamaq olar.Lakin soyuducuda saxlanılan yağın çox bərkiməsi bir çox insanın ehtiyacından artıq kəsməsinə və nəticədə israf olmasına səbəb olur. Tez-tez masada yumşalması da əlavə itki yaradır.
Bu səbəbdən mütəxəssislər sadə saxlanma qaydaları ilə həm israfın qarşısını almağın, həm də yemək hazırlığını daha rahat etməyin mümkün olduğunu deyirlər.
Kərə yağını soyuducuda saxlamanın zərərləri
Digər qidaların qoxusunu tez çəkir və dadı dəyişir. Bərkidiyi üçün sürtmək çətinləşir. Teksturası korlana bilər, kristallaşma yarana bilər. Yağ-su ayrımı nəticəsində keyfiyyəti aşağı düşür.Lalə Qüdrətova Son.az
Son dövrlər şəhər yollarında avtobus zolaqlarının çəkilməsi ictimai n
Uzun illər boyunca öz-özünə danışmaq cəmiyyətdə qəribə davranış ki
"Mən" sözündən daha çox istifadə edənlər əsasən şizofrenlə
Aparılan tədqiqatlar yuyulmamış yastıq üzlüklərinin cəmi 7 gün ərzind
Keçmişdə bəzi kişilər maşınlarında sabun gəzdirərdi.
İnsanın zamanı necə qavraması və xronotipi onun əhvalına təsir göstə
Alkoqol əvvəlcə damarları genişləndirir, sonra isə daraldır. Bu dəyişi
Kardioloq ürəyin sağlam qalmasına kömək edən qidaları açıqlayıb.
Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin "qara qutu
Yaponiyanın Honşu adası sahillərində 5,2 maqnitudalı zəlzələ olub.
Təcili yardım stansiyasının müdirinin işçilərdən rüşvət aldığı id
Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində y
Moskvadakı Troekurovskoye qəbiristanlığında Rusiya Təhlükəsizlik Şuras�
Yaponiyada əsrlərdir davam edən maraqlı bir ənənəyə görə yatmazdan əv
Gürcüstan ABŞ ilə münasibətlərdə strateji dözüm rejimindədir.
