Bakıda “Çin Ziyarətçiləri Sammiti” təşkil edilib FOTO
Digərləri 17 Noy 2025 11:25:00 66 0
Noyabrın 17-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq Çin və Azərbaycan turizm sənayesi nümayəndələrini bir araya gətirən "Çin Ziyarətçiləri Sammiti" (China Visitors Summit) keçirilib.
Bu xəbəri də oxu: Bu il Bakıya qar yağacaq?
Son.az xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev cənab Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində əldə olunan razılaşmaların iki ölkə arasında turizm sahəsində əməkdaşlıq üçün yeni mərhələ açdığını bildirib.
O qeyd edib ki, hazırda Çinlə turizm əlaqələrində iki əsas istiqamətə - ölkəmizdə "China Ready" konsepsiyasının tətbiqinə və Çində marketinq fəaliyyətlərinin genişləndirilməsinə xüsusi diqqət verilir.
Fuad Nağıyev bu kimi tədbir və təşəbbüslərin Azərbaycan və Çin arasında qarşılıqlı turist axınının artmasına, iqtisadi və mədəni əməkdaşlığın daha da güclənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Çin Xalq Respublikasının səfiri Lu Mey bildirib ki, 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından etibarən Çin-Azərbaycan münasibətləri daim dinamik və sabit xətlə inkişaf edib. Çin və Azərbaycan arasında dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər son illərdə daha da möhkəmlənib və turizm bu əlaqələrin mühüm sahələrindən birinə çevrilib.
O qeyd edib ki, bugünkü tədbir dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmaların praktik icrasına yönəlmiş vacib təşəbbüsdür. Səfir vurğulayıb ki, bu kimi tədbirlər Çin və Azərbaycan turizm sənayeləri arasında körpü rolunu oynayaraq yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır.
"China Visitors Summit" Çin turizm şirkətlərinin iştirakı ilə hər il dünyanın müxtəlif ölkələrində keçirilərək ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə təşkil edilən beynəlxalq platforma kimi çıxış edir.
Bakıda ilk dəfə təşkil olunan tədbirdə Çinin 50-dən çox turizm şirkətinin nümayəndələri ilə yerli turizm sənayesi nümayəndələri arasında B2B formatlı görüşlərin keçirilməsi və əməkdaşlıq perspektivlərinin müzakirəsi nəzərdə tutulur.
Azərbaycan bu gün 100 faizlik genişzolaqlı internet əhatə dairəsi ilə re
İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası Azərbayc
Dövlət Sərhəd Xidmətinin (DSX) baş çavuşu Pərviz Məmmədzadənin ölü
Kommunikasiya texnologiyaları sahəsi Azərbaycanın qeyri-neft iqtisadiyyatın
Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Üm
17-21 noyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə
Beynəlxalq münasibətlər tarixində elə anlar olur ki, bir-birindən ayrı g
Abşeronda şirniyyat sexində bədbəxt hadisə baş verib.
Gələn ildən bütün maşınların qiymətində artım olacaq. Bahalaşma yanv
Sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar R
Gədəbəy rayonunda aktiv hasilat fəaliyyəti aparan Azərbaycan İnterneyşnl
Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə təmir-təftiş işləri
Prezident İlham Əliyev sosial şəbəkə hesablarında 17 Noyabr - Milli Dirç
Son illərdə xəstəliklərin artması ilə sağlam qidalanmaya maraq da yüks�
"İş təklifi" adı altında bank kartlarının icarəyə götürülm
