Banda yaradaraq silsilə qətllər törətmişdi, 30 il sonra cəzalandırıldı...


Kriminal 15 Noy 2025 12:00:00 97 0

Banda yaradaraq silsilə qətllər törətmişdi, 30 il sonra cəzalandırıldı...

Bakıda ötən əsrin sonlarında cinayətkar birlik (banda) yaradaraq silsilə qətllər və digər ağır cinayətlər törədən Xaliq Tağıyev 30 ildən sonra cəzalandırılıb.

Son.az qafqazinfo-ya istinadla xəbər verir ki, o, gənclik illərində törətdiyi cinayətlərə görə 60 yaşında qanun qarşısında cavab verib.

Tağıyev 1995-1999-cu illərdə digər şəxslərlə əlbir şəkildə iki nəfəri tamah niyyəti, bir nəfəri isə cinayətlərinin üstünün açılmaması məqsədilə xüsusi amansızlıqla qətlə yetirib. Pula görə amansızlıqla öldürülənlərdən birinin 70 yaşı olub. Tapança ilə qətlə yetirilən ikinci zərərçəkmiş bank əməkdaşı, üçüncüsü isə elə öz əlbir olduqları şəxslərdən biri imiş. Dəstə üzvləri sonuncunun istintaqa ifadə verə biləcəyini öyrəndikləri üçün onu öldürərək meyitini bağ evinin həyətində basdırıblar. Banda üzvləri basqınlar zamanı tanınmamaları üçün həmişə başlarına qadın corabları keçirirmişlər.  

Taksi sürücüsündən qatilə çevrilən gənc Xaliq oğurluq, quldurluq, nəqliyyat vasitələrini qaçırma, rəsmi sənədləri və möhürləri oğurlama, icazəsiz odlu silah-sursat əldə etmə kimi digər cinayətlərdə də iştirak edib.

Həmin dövrdə keçirilən əməliyyatlar zamanı dəstənin Xaliqdən başqa bütün üzvləri tutulub. Onların bir neçəsinə ömürlük həbs cəzası verilib. Xaliq isə ölkədən qaçaraq Ukraynada 30 il gizlənə bilib. Lakin o da törətdiyi cinayətlərin cəzasından yaxa qurtara bilməyib.

Hadisədən uzun illər keçdiyi üçün hər şeyin yaddan çıxacağını düşünən Xaliq Tağıyev 60 yaşında Azərbaycana qayıtmaq qərarına gəlib. Amma bu dəfə də qanunsuz yola əl atıb. Belə ki, o, öz fotosunu qardaşının anket məlumatlarına tərtib olunmuş saxta pasporta yerləşdirərək Azərbaycana yola düşüb. O, Ukraynadan çıxmağa nail olsa da, Azərbaycan sərhədini keçə bilməyib. Sərhədçilər sənədin saxta olduğunu müəyyənləşdirərək onu saxlayıblar. Bundan sonra onun əsl kimliyi məlum olub. Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan istintaqla Xaliq Tağıyev təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Onun işini Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi məhkəmə kollegiyası araşdırıb. Ahıl müttəhim hakim qarşısında gənclikdə törətdiyi əməllərə görə özünü təqsirli bildiyini etiraf edib. Verilmiş ittiham şahid ifadələri və digər sübutlarla da təsdiqini tapıb.

Təqsirləndirilən şəxs o vaxt tutulsaydı, ömürlük məhkum ediləcəkdi. Lakin indi müddətin keçməsi səbəbindən bəzi maddələr üzrə ona cəza təyin edilməyib. Cinayət Məcəlləsinin 2000-ci ilə qədər qüvvədə olmuş maddələrinin tələblərinə əsasən, Xaliq Tağıyevə yekun olaraq 15 il həbs cəzası verilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkəcək. Bununla 30 il sonra olsa da, ədalət öz yerini tapmış olub...

Şəhid dəfnində ön sırada dayanmaq üçün deputatlar dava etdi  VİDEO like
  • 15 Noy 11:52  
Digərləri Şəhid dəfnində ön sırada dayanmaq üçün deputatlar dava etdi VİDEO

Gürcüstanda baş verən təyyarə qəzasında həlak olan Hərbi Hava Qüvvəl

arrow Ətraflı
Bakıda sevgilisi ilə hotelə gedən kişi yeməyə görə həbs olundu like
  • 15 Noy 11:32  
Kriminal Bakıda sevgilisi ilə hotelə gedən kişi yeməyə görə həbs olundu

Bakıda 33 yaşlı kişi 210 manatlıq yemək sifariş verdiyi üçün məhkəm�

arrow Ətraflı
"WhatsApp" mesajlaşma tarixində yeni dövr like
  • 15 Noy 11:31  
Digərləri "WhatsApp" mesajlaşma tarixində yeni dövr

"Meta" Avropada "WhatsApp" istifadəçiləri üçün üçün

arrow Ətraflı
Koreyalılar niyə yatarkən ağızlarını yapışdırır? like
  • 15 Noy 11:20  
Dünya Koreyalılar niyə yatarkən ağızlarını yapışdırır?

Son illərdə sosial mediada məşhurlaşan "yatarkən ağzı yapışdırma

arrow Ətraflı
17 yaşlı qızın təxirə salınan toyu yenidən keçiriləcək: hazırlıqlar başladı  Bu tarixdə... like
  • 15 Noy 11:12  
Digərləri 17 yaşlı qızın təxirə salınan toyu yenidən keçiriləcək: hazırlıqlar başladı Bu tarixdə...

Sabirabadda nikah yaşına çatmayan qızın toy mərasiminin keçiriləcəyi bi

arrow Ətraflı
İlham Əliyev Mahmud Abbası təbrik edib like
  • 15 Noy 11:07  
Siyasət İlham Əliyev Mahmud Abbası təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin

arrow Ətraflı
"008"in sürücüsü həbs edildi, vəsiqəsi əlindən alındı like
  • 15 Noy 10:58  
Digərləri "008"in sürücüsü həbs edildi, vəsiqəsi əlindən alındı

Bakıda narkotik maddənin təsiri altında avtomobil idarə edən sürücü hü

arrow Ətraflı
Argentinada güclü partlayış baş verib, 22 yaralı var like
  • 15 Noy 10:44  
Dünya Argentinada güclü partlayış baş verib, 22 yaralı var

Argentinanın paytaxtı Buenos-Ayresdəki sənaye parkında güclü partlayış

arrow Ətraflı
Rusiyanın ən böyük neft emalı zavodlarından biri vuruldu like
  • 15 Noy 10:36  
Digərləri Rusiyanın ən böyük neft emalı zavodlarından biri vuruldu

Ukrayna dronları Ryazandakı neft emalı zavoduna hücum edib.

arrow Ətraflı
Eyni anda 9 uşağa hamilə qaldı like
  • 15 Noy 10:25  
Digərləri Eyni anda 9 uşağa hamilə qaldı

Qadın eyni anda 9 uşağa hamilə qalıb.

arrow Ətraflı
Bakıda ana qızının bədəni yandırdı, kəmərlə döydü  TƏFƏRRÜAT like
  • 15 Noy 10:11  
Digərləri Bakıda ana qızının bədəni yandırdı, kəmərlə döydü TƏFƏRRÜAT

Bakıda azyaşlı qızına qarşı dəfələrlə zorakılıq tətbiq etməkdə i

arrow Ətraflı
"İndiyə qədər dilimə içki dəyməyib" like
  • 15 Noy 10:08  
Dünya "İndiyə qədər dilimə içki dəyməyib"

"İndiyə qədər dilimə içki dəyməyib".

arrow Ətraflı
Maksim Qalkin bu hərəkətinə görə həbs edilə bilər  VİDEO like
  • 15 Noy 09:57  
Şou-biznes Maksim Qalkin bu hərəkətinə görə həbs edilə bilər VİDEO

Rusiyalı şoumen Maksim Qalkinlə bağlı araşdırma başladılıb. 

arrow Ətraflı
Qəzza  qlobal qayda böhranının laboratoriyası like
  • 15 Noy 09:46  
Siyasət Qəzza qlobal qayda böhranının laboratoriyası

Yaxın Şərqin tarixində elə məqamlar olur ki, bütün beynəlxalq sistemin

arrow Ətraflı