Bakıda ana qızının bədəni yandırdı, kəmərlə döydü TƏFƏRRÜAT


Digərləri 15 Noy 2025 10:11:00 76 0

Bakıda ana qızının bədəni yandırdı, kəmərlə döydü  TƏFƏRRÜAT

Bakıda azyaşlı qızına qarşı dəfələrlə zorakılıq tətbiq etməkdə ittiham olunan 23 yaşlı Fatimə Ramazanovanın məhkəmə işi yekunlaşıb.

Son.az xəbər verir ki, cinayət materiallarında Ramazanovanın 2021-ci il təvəllüdlü qızına uzun müddət ağır fiziki və psixoloji işgəncələr verdiyi təsdiqlənib. Məlum olub ki, azyaşlı müxtəlif alətlərlə döyülüb, yandırılıb və təhqiramiz davranışlara məruz qalıb.

Qeyd olunur ki, Fatimə uşağına səbəbsiz yerə oxlov, elektrik naqili və dəri kəmər kimi əşyalarla zərbələr endirib. Həmçinin sobada qızdırılmış kəfkirin uşağın ovucuna və qoluna basdırılması ilə termiki xəsarətlər yaranıb.

Son hadisə 2 mart 2025 tarixində baş verib. Uşağın yemək yeməməsi bəhanəsi ilə Ramazanova onu kəmərlə döyüb və nəticədə qızın bədənində çoxsaylı xəsarətlər yaranıb.

İfadəsində Fatimə bildirib ki, özü də uşaqlıqdan zorakılığa məruz qalıb, 13 yaşında atasını itirib və çətin həyat şəraiti yaşayıb. Son illər müxtəlif yerlərdə işlədiyini, şəxsi münasibətlərində də zorakılıq olduğunu deyib.

Qızı Mələk bir müddət dayələrin evində qalıb və Fatimə iddia edir ki, uşağın yemək problemi həmin dövrdən başlayıb. O, dayə Samirənin qızı övladlığa götürmək istədiyini və uşağı yemək yeməməyə məcbur etdiyini iddia edib. Lakin iş materialları bu iddiaları təsdiqləmir.

Azyaşlının ifadəsində məlum olub ki, anası onu kəmər, dəmir dabankeş və kəfkir ilə döyüb, isti su töküb və gecələr bir ayaq üstə saxlayıb. Siqaret yanığı izlərinin isə anası ilə yaşayan Roma adlı şəxs tərəfindən törədildiyi bildirilir.

İşgəncələri əks etdirən video sosial şəbəkələrə Ramazovanın özü tərəfindən dayə Samirəyə göndərildikdən sonra yayılıb. Fatimə videoda baş verənlərə görə Samirəni günahlandırmağa çalışıb.

Azyaşlı sığınacağa yerləşdiriləndən sonra ilk günlər danışmaqdan imtina edib. Sığınacaq rəhbəri Kəmalə Ağazadənin sözlərinə görə, uşağın bədənindəki xəsarətlər o qədər ağır olub ki, ona toxunmaq belə mümkün olmayıb. Uşaq uzun müddət qorxu içində yaşayıb və gecələr qışqıraraq ayılıb.

Fatimənin analıq hüququnun alınması üçün məhkəməyə müraciət edildiyi bildirilib. Suraxanı Rayon Məhkəməsində bu məsələ ilə bağlı proses davam edir.

Məhkəmənin hökmü ilə Fatimə Ramazanova 2 il 6 ay həbs cəzası alıb.

Sığınacağa yerləşdirildiyi ilk gün çəkilmiş fotolarda azyaşlının bədənində çoxsaylı ağır xəsarətlər aydın görünür./Teleqraf


Xəbərə aid fotolar

"İndiyə qədər dilimə içki dəyməyib" like
  • 15 Noy 10:08  
Dünya "İndiyə qədər dilimə içki dəyməyib"

"İndiyə qədər dilimə içki dəyməyib".

arrow Ətraflı
Maksim Qalkin bu hərəkətinə görə həbs edilə bilər  VİDEO like
  • 15 Noy 09:57  
Şou-biznes Maksim Qalkin bu hərəkətinə görə həbs edilə bilər VİDEO

Rusiyalı şoumen Maksim Qalkinlə bağlı araşdırma başladılıb. 

arrow Ətraflı
Qəzza  qlobal qayda böhranının laboratoriyası like
  • 15 Noy 09:46  
Siyasət Qəzza qlobal qayda böhranının laboratoriyası

Yaxın Şərqin tarixində elə məqamlar olur ki, bütün beynəlxalq sistemin

arrow Ətraflı
İranla sərhəddə 90 milyon dollarlıq heroin ələ keçirildi  FOTO like
  • 15 Noy 09:26  
Digərləri İranla sərhəddə 90 milyon dollarlıq heroin ələ keçirildi FOTO

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən k

arrow Ətraflı
Daşan yeməklərə son  Aşpazların istifadə etdiyi 8 təsirli üsul like
  • 15 Noy 08:42  
Digərləri Daşan yeməklərə son Aşpazların istifadə etdiyi 8 təsirli üsul

Südün, makaron suyunun və ya şorbanın daşması mətbəxdə ən çox əsəb

arrow Ətraflı
USB kabellərində hər rəng ayrı funksiyanı göstərirmiş like
  • 15 Noy 08:20  
Digərləri USB kabellərində hər rəng ayrı funksiyanı göstərirmiş

Kompüter və telefon kimi cihazlara qoşduğumuz USB kabellərindəki fərqli r

arrow Ətraflı
"Bunu da bir ana doğub, bir kişidən əmələ gəlib" like
  • 15 Noy 08:08  
Şou-biznes "Bunu da bir ana doğub, bir kişidən əmələ gəlib"

Müğənni Manaf Ağayev şou-biznesdə olan dostları ilə münasibəti bitirdi

arrow Ətraflı
Almanlar buna görə kredit kartından istifadə etmir like
  • 15 Noy 07:35  
Digərləri Almanlar buna görə kredit kartından istifadə etmir

Berlində bir kafeyə girirsiniz. Qəhvəniz gəlir, hesabı istəyirsiniz. Cibi

arrow Ətraflı
Bu xəstəliklər kişiləri gücdən salır like
  • 15 Noy 07:08  
Digərləri Bu xəstəliklər kişiləri gücdən salır

ABŞ-lı uroloq Castin Hauman kişilərdə erektil disfunksiyanın əsas səbəb

arrow Ətraflı
47 min insanın "ChatGPT" söhbəti yoxlanıldı  Süni intellektə verilən suallar like
  • 15 Noy 06:06  
Digərləri 47 min insanın "ChatGPT" söhbəti yoxlanıldı Süni intellektə verilən suallar

"ChatGPT" istifadəçilərinin niyə süni intellektə üstünlük ver

arrow Ətraflı
Ən sağlam süd növü açıqlandı– İnək südü siyahıda deyil like
  • 15 Noy 05:05  
Digərləri Ən sağlam süd növü açıqlandı– İnək südü siyahıda deyil

Son araşdırmalar südlərin qida dəyərini müqayisə edərək ən faydalı n

arrow Ətraflı
Evdə qadını yaşlandıran 5 amil: Bunları etməyin! like
  • 15 Noy 04:04  
Digərləri Evdə qadını yaşlandıran 5 amil: Bunları etməyin!

Mütəxəssislər bildirirlər ki, qadınların gündəlik həyatında fərq etm

arrow Ətraflı
Xarakterli qadınlar: kişiləri uzaqlaşdıran 6 xüsusiyyət like
  • 15 Noy 03:03  
Digərləri Xarakterli qadınlar: kişiləri uzaqlaşdıran 6 xüsusiyyət

Bir çox qadın münasibətlərdə yaxınlıq və əsl dəstək arzulayır, amma

arrow Ətraflı
408 dollara yığıb, 1200ə SATIRLAR                                                                                                                                                                             , 1200ə satılır like
  • 15 Noy 02:02  
Digərləri 408 dollara yığıb, 1200ə SATIRLAR

iPhone 17 Pro Max-ın satış qiyməti istehsal dəyərini dəfələrlə üstəl

arrow Ətraflı
Qoz qabığını atmayın: Məişətdə 6 effektiv istifadə üsulu like
  • 15 Noy 01:01  
Digərləri Qoz qabığını atmayın: Məişətdə 6 effektiv istifadə üsulu

Qoz yalnız sağlamlıq üçün faydalı qida deyil, onun qabığı da gündəli

arrow Ətraflı