İstanbul metrosundan alınacaq yarım milyonluq məsləhət nədən ibarətdir?
Digərləri 14 Noy 2025 21:13:00 58 0
AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC ilə "Metro İstanbul" arasında satınalma müqaviləsi imzalanıb. Müqavilə 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramı üzrə metropolitenin genişləndirilməsi layihələri üzrə mühəndislik sahəsində məsləhət və ekspertiza xidmətlərinin göstərilməsini nəzərdə tutur və dəyəri 586 500 AZN-dir.
Son.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, müqavilə çərçivəsində "Metro İstanbul" mühəndislik və texnoloji həllərin qiymətləndirilməsi, istismar modellərinin təhlili, ətraf mühit və sosial təsirlərin qiymətləndirilməsi, həmçinin beynəlxalq maliyyə təşkilatları üçün nəzərdə tutulan maliyyə və kommersiya şərtlərinin nəzərdən keçirilməsi üzrə məsləhət xidmətləri göstərəcək. Bu istiqamətlər üzrə qurum tərəfindən ətraflı rəy və tövsiyələr təqdim ediləcək.
Qeyd edək ki, beynəlxalq maliyyə institutlarının tələblərinə uyğun olaraq, layihə sənədlərinin istismar üzrə təcrübəli müstəqil ekspert tərəfindən qiymətləndirilməsi zəruridir. Dövlət Proqramı çərçivəsində genişləndirmə tədbirlərinin Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Asiya İnkişaf Bankı (ADB) tərəfindən maliyyələşdiriləcəyi nəzərə alınaraq, layihələrin beynəlxalq standartlara uyğun hazırlanması məqsədilə bu yanaşma xüsusi əhəmiyyət daşıyır.
Bakı Metropoliteni artıq bir neçə ildir ki, dünyanın modern texnologiyaları tətbiq edən metro sistemlərini araşdırır, qabaqcıl təcrübələri öyrənir və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirir. Hazırda "Metro İstanbul" ümumi uzunluğu 241 km olan 18 xətt üzrə 236 stansiya ilə fəaliyyət göstərir. Tətbiq etdiyi innovativ həllər, idarəetmə səmərəliliyi və sistemin miqyası bu qurumu dünyanın aparıcı metro operatorlarından birinə çevirir. "Metro İstanbul" ilə əməkdaşlığın genişləndirilməsi Bakı Metropoliteninin inkişaf strategiyasına uyğun olmaqla yanaşı, yeni metro xətlərinin və stansiyalarının layihələndirilməsi və həyata keçirilməsində yüksək mühəndislik keyfiyyətinin təmin olunmasına mühüm töhfə verəcək. Son.az
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı
Kamran Yunis sənət aləmindəki ciddi problemi gündəmə gətirib.
"ARB" telekanalı öz fəaliyyətini davam etdirəcək".
Qubada toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozan 8 n�
Atamın vəziyyəti yaxşı deyil. Bir neçə gündür Milli Onkologiya Mərkəz
Britaniyalı həkim bağırsaq xərçənginə qarşı qoruyucu məhsulları aç�
Noyabrın 28-də saat 10:00-da Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbul
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Ermənistanın xarici işlər naziri
Gürcüstanda qəzaya düşən hərbi nəqliyyat təyyarəsində şəhid olan t�
Müğənni Rəqsanənin qızı Yağmur (Yana) sosial şəbəkədə yeni paylaş�
Bu gün ürək sağlamlığı üçün tez-tez tövsiyə olunan bir qida əslind�
