İlham Əliyev: Həmin məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər


Siyasət 12 Noy 2025 14:54:09 72 0

İlham Əliyev: Həmin məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər

Qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər. 

Son.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən bildirib.

Dövlət başçısı bildirib:

"Yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapsın. Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib. Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir.

Ancaq mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər. Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub. Amma yenə də deyirəm, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və o adamlar haqqında ciddi ölçülər götürüləcək".

Keçmiş "C130" təyyarəsinin pilotu qəzanın səbəbini AÇIQLADI  FOTO like
  • 12 Noy 14:44  
Digərləri Keçmiş "C130" təyyarəsinin pilotu qəzanın səbəbini AÇIQLADI FOTO

Azərbaycan hərbi hava limanından havalanan və Türkiyəyə istiqamətlənən

arrow Ətraflı
"Bu gün hələ də bölgələrdən Bakıya miqrasiya meyilləri mövcuddur"  Prezident like
  • 12 Noy 14:37  
Siyasət "Bu gün hələ də bölgələrdən Bakıya miqrasiya meyilləri mövcuddur" Prezident

Bölgələrdə əlbəttə ki, məşğulluqla bağlı məsələlər əsas priorit

arrow Ətraflı
Bugün yeri dəyişdirilən icra başçıları  TAM SİYAHI like
  • 12 Noy 14:37  
Digərləri Bugün yeri dəyişdirilən icra başçıları TAM SİYAHI

Prezident İlham Əliyev bəzi icra başçıları ilə bağlı sərəncamlar imz

arrow Ətraflı
Həmin estetik mərkəzdə yol verilən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb like
  • 12 Noy 14:35  
Digərləri Həmin estetik mərkəzdə yol verilən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Baş Prokurorluq "UĞUR 777 estetik mərkəz"də yol verilən qanunsuz

arrow Ətraflı
Prezident: Bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb like
  • 12 Noy 14:34  
Siyasət Prezident: Bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb

Bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa

arrow Ətraflı
Prezident yeni icra başçılarını qəbul etdi  FOTO like
  • 12 Noy 14:30  
Siyasət Prezident yeni icra başçılarını qəbul etdi FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Ceyhun

arrow Ətraflı
"Zaur Kamal toya 100, uzağı 200 manat yazdırır” like
  • 12 Noy 14:30  
Şou-biznes "Zaur Kamal toya 100, uzağı 200 manat yazdırır”

Tanınmış aparıcı Zaur Nəbioğlu həmkarı Zaur Kamal haqqında verdiyi aç

arrow Ətraflı
Təyyarə qəzasında həlak olan hərbçilərdən 19nun nəşi tapıldı like
  • 12 Noy 14:24  
Digərləri Təyyarə qəzasında həlak olan hərbçilərdən 19nun nəşi tapıldı

Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olan hərbçilərdən 19-nu

arrow Ətraflı
Türkiyədə güclü zəlzələ oldu like
  • 12 Noy 14:21  
Digərləri Türkiyədə güclü zəlzələ oldu

Aralıq dənizində 5,2 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
"Şamaxinka"dan Biləcəriyə qədər avtobus zolağı çəkildi like
  • 12 Noy 14:20  
Digərləri "Şamaxinka"dan Biləcəriyə qədər avtobus zolağı çəkildi

Bakının Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm A

arrow Ətraflı
Yeni icra başçısı DTXnin polkovniki imiş like
  • 12 Noy 13:48  
Digərləri Yeni icra başçısı DTXnin polkovniki imiş

Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı v

arrow Ətraflı
Göyçayın yeni icra başçısı kimdir? like
  • 12 Noy 13:48  
Digərləri Göyçayın yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara

arrow Ətraflı
İlham Əliyev Lü Cünün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  FOTO like
  • 12 Noy 13:43  
Siyasət İlham Əliyev Lü Cünün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Çinin

arrow Ətraflı
Anasının "Range Rover"ini qaçırıb 12 yaşlı sevgilisini gəzdirdi like
  • 12 Noy 13:25  
Digərləri Anasının "Range Rover"ini qaçırıb 12 yaşlı sevgilisini gəzdirdi

Rusiyada 15 yaşlı yeniyetmə anasının "Range Rover"ini oğurlayıb

arrow Ətraflı