Vəkillər Kollegiyasının nümayəndə heyəti Gürcüstanda beynəlxalq konfransda iştirak edib FOTO
Digərləri 12 Noy 2025 09:41:00 77 0
Anar Bağırov "Gürcüstan Vəkillər Kollegiyasının 20 illiyi" yubiley medalı ilə təltif edilib.
Bu xəbəri də oxu: Gündə nə qədər zeytun yemək lazımdır? –
8-9 noyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Vəkillər Kollegiyasının (GVK) dəvəti ilə GVK-nın 20 illik yubileyinə həsr edilmiş "Hüquqşünasların (Vəkillərin) Müdafiəsi haqqında Konvensiya - Hüququn aliliyinin qorunması üçün səmərəli vasitə" mövzusunda keçirilən beynəlxalq konfransda və digər yubiley tədbirlərində iştirak etmək üçün Tbilisi şəhərində rəsmi səfərdə olub.
Səfərdə VK-nın sədr müavini Pərviz Ələkbərov və Kollegiyanın Beynəlxalq Əməkdaşlıq əlaqələndiricisi Gözəl Hüseynzadə də iştirak ediblər.
Konfransda Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası (CCBE), Asiya və Sakit Okean Hüquq Assosiasiyası (LAWASIA), Avropa Şurası, eləcə də dünyanın müxtəlif ölkələrinin Vəkillər kollegiyalarının, hüquq cəmiyyətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, dövlət rəsmiləri və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən GVK-nın sədri David Asitiani konfrans iştirakçılarını və qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən bəhs edib.
Konfransda VK-nın sədri Anar Bağırov "Vəkillik peşəsinin müstəqilliyinin və keyfiyyətli ədalət mühakiməsinin təmin edilməsində özünüidarə edən Vəkillər kollegiyalarının rolu" mövzusunda çıxış edərək son illərdə Azərbaycanda vəkilliyin müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən islahatlardan, görülən mühüm işlərdən danışıb.
Sədr bildirib ki, bu islahatların nəticəsi olaraq vəkillərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunur, həmçinin vətəndaşlara göstərilən hüquqi yardımın əlçatanlığının, dövlət hesabına həyata keçirilən hüquqi yardıma dair ayrılan büdcə və göstərilən dəstəyin keyfiyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır.
Eyni zamanda Anar Bağırov qeyd edib ki, VK bu gün Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasında, Hakimlərin Seçki Komitəsində və digər aidiyyəti dövlət qurumlarında öz nümayəndələri ilə təmsil olunur. Sədr söyləyib ki, bu, vəkillik institutunun hüquq sistemində yalnız müdafiə funksiyası ilə deyil, həm də məhkəmə hakimiyyətinin səmərəli fəaliyyətinə töhfə verən tərəf kimi tanınmasının göstəricisidir.
Noyabrın 12-si saat 8:00-a olan faktiki hava açıqlanıb.
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstanda C-130 nəqliyyat təyyarəsini
Axşam saat 18:00-dan sonra yemək sağlamlığa zərər verir fikri elmi baxı
Haluk Bilginər kimdir?
Meyxanaçı Samirə Yusifqızı efirdə ağlayıb.
"Travel+Leisure" səyahət portalı dünyada Yeni il istirahəti üç�
Parmezan dünyanın ən məşhur pendirlərindən biridir, lakin bütün istehl
Alimlər müəyyən ediblər ki, yoqa nəfəs meditasiyası beyin ritmlərini d�
Zeytun həm qədim dövrlərdən bəri "sağlamlığın simvolu" sayı
Gürcüstanın Siqnaxi rayonunda Türkiyəyə məxsus təyyarə qəzasının ba�
Rusiya Vergi Xidməti bloger və pranker Sübhan Məmmədova ("Subo")
Yalnızlıq sağlamlıq üçün siqaretdən heç də az təhlükəli deyil.
Dünyaca məşhur avstraliyalı aktyor Rassel Krou "Nyurnberq" filmi
