Tiftikləri asanlıqla təmizləyən üsul yeni kimi görünəcək
Digərləri 09 Noy 2025 08:41:00 66 0
Soyuq havalarda tez-tez geyinilən yun sviterlər sürtünmə nəticəsində qısa müddətdə tiftiklənə bilir. Əsasən qolaltı, yan hissələr və kürək bölgəsində yaranan bu tiftiklər həm paltarın görünüşünü korlayır, həm də keyfiyyətini aşağı salır.
Bu xəbəri də oxu: Biləsuvarda iki maşın toqquşdu Xəsarət alanlar var
Son.az xəbər verir ki, düzgün üsullarla paltarları yenidən ilk günkü kimi etmək mümkündür.
Ülgüc üsulu
Tiftikləri təmizləməyin ən çox istifadə edilən və təsirli yollarından biri təraş bıçağıdır. Quru sviterin üzərində yüngül hərəkətlərlə ülgüc keçirmək, səthdəki artıq tükləri toplamağa kömək edir. Burada əsas diqqət edilməli məqam bıçağı güclə basmamaqdır, əks halda parça zədələnə bilər.
Bundan başqa, xüsusi tiftik təmizləyici cihazlar da çox effektiv nəticə verir. Elektrikli modellər, xüsusilə qalın toxunmuş sviterlərdə qısa zamanda paltarı səliqəyə salır.
Yapışqan rulon və banddan istifadə
Ev şəraitində cihaz yoxdursa, yapışqanlı rulon və ya sadə yapışqan band da kömək edə bilər. Paltar üzərinə yumşaq şəkildə yapışdırılıb qaldırıldıqda, tiftiklər dərhal toplana bilir.
Daha təbii üsul istəyənlər üçün isə sirkə və yumşaldıcı qarışığı ilə yuma məsləhət görülür. Bu üsul lifləri yumşaldır və yeni tiftik yaranmasının qarşısını alır.
yun paltarları yuyarkən onları tərsinə çevirib yumaq, həmçinin aşağı dövrədə qurulamaq tiftiklənməni xeyli azaldır. Paltarların dolabda sıx şəkildə saxlanmaması da sürtünməni azaltaraq materialın formasını qoruyur. Lalə Qüdrətova Son.az
"Görürdüm ki, anamın yaşı getdikcə artır, xəstələnir. O qədər
Zəka təkcə məntiqli davranma və problem həll etmə deyil, həm də düşü
Baş və boyun nahiyəsində yaranan xərçənglər çox zaman gec mərhələdə
Mayamidən olan alimlərin apardığı yeni araşdırma müntəzəm spirtli içk
İşləyən insanların əksəriyyəti azı bir dəfə istirahət gününün ilk
Həqiqətən xoşbəxt insanlar çoxdan anlayıblar ki, sevinc pulla alınmır.
Uğurlu insanların ortaq xüsusiyyəti təkcə istedad deyil, onların zirvəy
Yuxu zamanı bədənin aldığı duruşlar sadəcə təsadüfi deyil, onlar sini
Mətbəxdə ən əsəbi vəziyyətlərdən biri diqqətlə hazırlanan yeməyin
Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında Vətən m�
Gürcüstan polisi Marneuli şəhərində iş adamından pul tələb edən iki �
Xalq artisti Röya Ayxan bu ilin avqustunda vəfat edən atası Yaqub Nəcəfovd
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
