Ceyhun Bayramov: Gələn il Ermənistanla sülh perspektivinə inanıram
Siyasət 08 Noy 2025 23:43:00 66 0
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gələn il Ermənistanla sülh perspektivinə inandığını bəyan edib.
Son.az xəbər verir ki, nazir İTV-yə müsahibəsində Ermənistanla münasibətlərin normallaşması ilə bağlı son iki ili nəzərə almalı olduqlarını deyib.
"2020-2023-cü ildə Ermənistan tərəfindən heç bir səmimi addım yox idi. Biz də suverenliyimizin bərpası üçün addım-addım gedirdik və 2023-cü ildə bunu tam olaraq bitirdik. Bu yeni reallıqları başa düşən Ermənistan sülh sazişi üçün həqiqi addımlar atmağa başladı. Ona görə də iki il müddətini götürməliyik".
O, hesab edir ki, son iki ildə proqres və son olaraq Vaşinqton razılaşmalarının əldə olunması tarixi dövr baxımından çox kiçik müddətdir:
"Belə bir qısa müddətdə qalib dövlətlə məğlub olmuş dövlət arasında normallaşma prosesinin belə sürətlə getməsini çox nadir hallarda görmək olar. 2026-cı ildə heç kəs 100 faizlik zəmanət verməsə də, sülh sazişinin imzalanmasına nikbin baxıram".
O, hesab edir ki, Ermənistanda hazırda gedən ictimai diskurs, erməni cəmiyyətində qonşularla normallaşmanın vacibliyi barədə müzakirələr bunu deməyə əsas verir. Son.az
Məlum olduğu kimi, bu gün Bakıda hərbi paradda Azərbaycan Prezidenti İlha
Noyabrın 8-də axşam saatlarında Bakıda, Dənizkənarı Milli Parkında Zəf
31 yaşlı qadın küçənin ortasında bıçaqla qətlə yetirilib.
70 yaşlı Larisa Dolinanın nə qədər qazandığı və nəyə sahib olduğu m
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda, Dənizkənarı Milli Parkda A
Əməkdar artist Cabir İmanovun ölümündən 40 gün ötür.
Qış aylarında enerji sərfiyyatı artdığı üçün kommunal xərclər də y
Xankəndi şəhərində Zəfərin 5-ci ildönümü münasibətilə təşkil olun
Yuxu keyfiyyətini yaxşılaşdırmaq istəyirsinizsə, dəyişiklik etməyə ot
Sabah dumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görü
Azərbaycan vətəndaşı olan Sona Quliyeva Camil qızı Romada itkin düşüb.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham
Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF 2025) ikinci həftəsonu m�
Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
