Mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 07 Noy 2025 17:28:00 85 0
Azərbaycan mədəniyyət ictimaiyyəti 8 noyabr - Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: Mahmud Abbas İlham Əliyevi təbrik edib
Son.az xəbər verir ki, məktubda qeyd olunub:
"Möhtərəm cənab Prezident,
Azərbaycan torpaqlarının azadlığı, ərazi bütövlüyü və suverenliyinin bərpa olunması, ədalətin bərqərar olması uğrunda xalqımızın apardığı tarixi mübarizənin simvoluna çevrilmiş 8 noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibəti ilə Sizi təbrik edir, Azərbaycan xalqına bəxş etdiyiniz bu Qələbə üçün Sizə sonsuz ehtiram və minnətdarlığımızı bildiririk.
Memarı olduğunuz bu şanlı Zəfər xalqımızın əsrlər boyu daşıdığı ədalət idealının gerçəkliyə çevrilməsi, apardığı haqq mübarizəsinin ali zirvəsi və milli iradənin tarix qarşısında təntənəsidir. Vətən müharibəsi Azərbaycan üçün sadəcə hərbi, siyasi, diplomatik qarşıdurma deyil, mənəvi arxetiplərin toqquşması - ədalət və haqsızlığın, mərhəmət və zorakılığın, həqiqət və yalanın qarşılaşdığı sınaq meydanı idi.
Sizin rəhbərliyinizlə işğaldan azad edilmiş torpaqlara "Böyük Qayıdış" proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq və bərpa işləri xalqımızın qurub-yaratmaq əzmini nümayiş etdirir. Qısa zaman ərzində inşa edilən hava limanları, yollar, yaşayış məntəqələri və sosial layihələr müstəqil Azərbaycanın öz gücünə arxalanan inkişaf modelinin göstəricisidir. Bu, həm də müharibədən qalib çıxmış dövlətin sülh, tərəqqi və mədəni dirçəlişə yönəlmiş niyyətinin əksidir.
İşğaldan azad edilmiş ərazilərdə tarixi-mədəni irsin bərpa edilməsi, "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri və digər mədəni tədbirlərin bərpası bir daha sübut edir ki, Azərbaycanın qələbəsi həm də yüksək mədəniyyətin, sarsılmaz ruhun və mənəviyyatın Zəfəridir. Bütün bunlarmühüm mədəniyyət hadisəsi olmaqla yanaşı, həm də milli kimliyin iradəsi, dövlətçilik ideyalarının kodda təcəssümü, o cümlədən dövlətin milli-mənəvi, mədəni dəyərlərə verdiyi böyük önəmin təzahürüdür.
Azərbaycan xalqının milli mədəni irsinin yaşadılması, dünya miqyasında tanıdılması və beynəlxalq mədəni münasibətlər sistemində yüksək səviyyədə təmsil olunması istiqamətində həyata keçirilən işlərə verdiyiniz dəstəyə, göstərdiyiniz qayğı və diqqətə görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Möhtərəm cənab Prezident,
Bu əlamətdar və tarixi gündə Sizi ölkəmizin mədəniyyət ictimaiyyəti adından səmimi-qəlbdən təbrik edir, Uca Tanrıdan Sizə uzun ömür, möhkəm cansağlığı, xalqımızın firavanlığı və rifahı, dövlətimizin möhkəmlənməsi və intibahı naminə ali və şərəfli fəaliyyətinizdə uğurlar diləyirik".
Noyabrın 30-dək Leonid meteor yağışı aktiv olacaq. Onun pik dövrü 17-18
Ağıllı telefonlar artıq həyatımızın böyük bir hissəsini əhatə edir.
Azərbaycan dövləti tərəfindən əlilliyi müəyyən edilmiş şəxslərin v
Trendyol ilin ən böyük endirim kampaniyası "Super alış-veriş günlə
"Nar" ictimai fəallığı ilə seçilən 150 könüllü gənci Vətə
Bakcell-in süni intellekt əsaslı meqa lotereyasında daha bir "Zeekr 001
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi
Müğənni Aysun İsmayılova efirdə rəqsi ilə diqqət mərkəzinə düşüb.
General-mayor Kənan Əlihüseyn oğlu Seyidova "general-leytenant" al
Sosial şəbəkələrdə, xüsusilə canlı yayımlar zamanı mənəvi dəyərl�
Gizir Teymurov Pəncəli Nurməmməd oğluna ölümündən sonra Azərbaycanın
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini simvolizə e
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xid
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif
