Kilosu 33 000 manatdır “Qızıl dəyərində” ədviyyat
Digərləri 06 Noy 2025 22:48:00 85 0
"Qızıl ilə yarışan ədviyyat" kimi tanınan zəfəranın bu ilki yığımı başlayıb. Bu mövsümdə zəfəranın kilo qiymətinintəxminən 33 min manata qədər yüksələcəyi gözlənilir.
Bu xəbəri də oxu: Mənzurə Musayeva qəzaya düşdü
Son.az xəbər verir ki, zəfəranın bu qədər baha olmasının əsas səbəbi onun çox çətin və əziyyətli istehsal prosesidir.
Zəfəranın hər bir çiçəyindən cəmi 3 tel (stigma) alınır. Buna görə də məhsul qramla satılır. Məsələn, 7 min kvadrat metr sahədən ən çoxu 3 kiloqram zəfəran əldə etmək mümkündür.
İstehsal prosesi tamamilə əl ilə aparıldığı üçün həm vaxt, həm də zəhmət tələb edir.
Zəfəran uzun illərdir:
Qastronomiya və yemək sənayesində Təbabətdə və dərman preparatlarında Kosmetika sahəsində Tekstil sektorunda təbii boya kimi geniş istifadə olunur.İstehsalçılar zəfəranı həm də şəfa verən bitki kimi xarakterizə edir. Sinirləri sakitləşdirmə və təbii antidepresan təsiri olduğu bildirilir.
Zəfəran yetişdirən Ateş Kazımlı bildirir: "Zəfəran bir çox sahədə işlədilir. Yeməkdə, dərmanlarda, kosmetikada istifadə olunur. Sinirləri sakitləşdirir, təbii rahatladıcı təsir göstərir. Zəhməti çox olduğuna görə bahalı görünür, amma əslində dəyərinə görə ucuzdur."
Başqa bir istehsalçı Tayfun Çakırlar isə qeyd edir: "Bu məhsul kilo ilə deyil, tel ilə istifadə olunur. Bir fincan çaya 2 tel kifayətdir. Hər çiçək əl ilə yığılır. Buna görə qiymət yüksəkdir və bu tamamilə təbiidir."
İlk il əkilən 100 kilo zəfəran soğanından təxminən 400 qram hazır məhsul alınır. İkinci ildə məhsuldarlıq ikiqat artır. Keyfiyyət isə əsasən:
Yığım vaxtına Qurudulma prosesinə Saxlanma şəraitinə görə müəyyən edilir.Lalə Qüdrətova Son.az
44 günlük Vətən müharibəsi dövründə 11 yaşlı şagird Nihal Əlizadə
Əməkdar artist Vahid Əliyev Badamdar qəbiristanlığında dəfn ediləcək.
Alimlər diş əti xəstəlikləri ilə ürək və beyin xəstəlikləri arasın
Pakistanın paytaxtı İslamabadda müxtəlif binalar 8 Noyabr - Zəfər günü
Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılır.
Kəramət Böyükçölün atası Qəşəm Nəcəfzadəyə vəzifə verilib. S
İnfarkt və insult adətən qəfil baş vermir. Bu xəstəliklərin formalaşma
Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda yenidən zəlzələ b
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
Gələn ildən elektrik mühərrikli avtomobillərin idxalı və satışı əlav
Texnologiyanın inkişafı bir çox gündəlik işlərimizi asanlaşdırır və
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiç Prezident
Uzunmüddətli stress orqanizmin müdafiə sistemini zəiflədir və immun hüce
ABŞ-nin Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosi Konqresdəki
