Onlayn səhifədən paltar aldı, başqa məhsul göndərdilər


Digərləri 06 Noy 2025 20:21:00 82 0

Onlayn səhifədən paltar aldı, başqa məhsul göndərdilər

Texnologiyanın inkişafı bir çox gündəlik işlərimizi asanlaşdırır və vaxta qənaət etməyə imkan yaradır. Bu rahatlıqlardan biri də onlayn alış-verişdir.

Lakin rahatlığın təhlükəli tərəfləri də var. Son zamanlar sosial şəbəkələr üzərindən edilən onlayn alış-verişlərdə dələduzluq hallarının artdığı müşahidə olunur.

Bununla bağlı Son.az-a şikayət daxil olub.

Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, vətəndaş "Instagram"da fəaliyyət göstərən "oversize_az" onlayn geyim səhifəsindən şalvar sifariş edib və ödənişi bank kartı vasitəsilə həyata keçirib. Lakin məhsul onlara vəd olunduğu kimi göndərilməyib.

Müştərinin sözlərinə görə, satıcı tərəfindən tamam başqa məhsul göndərilib, eyni problem başqa alıcıların da başına gəlib. Narazılıq bildirildikdən sonra isə səhifə müştəriləri bloklayaraq bütün əlaqəni kəsib.

Şikayətçilər bildirirlər ki, ödəniş edilsə də, nə düzgün məhsul alınıb, nə də pul geri qaytarılıb.

Bəs, bu hallarda qanunvericiliklə hansı addımlar atılır?

Məsələ ilə bağlı Son.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib ki, əgər vətəndaşlara qarşı hər hansı formada dələduzluq əməli baş veribsə, hüquq-mühafizə orqanları müvafiq araşdırma ilə dəymiş zərərin məbləğinə uyğun olaraq əməli törətmiş şəxsin məsuliyyətə cəlb edilməsini təmin edir.

Qeyd edib ki, dələduzluq yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə həm inzibati, həm də cinayət məsuliyyətinə səbəb olur:

"Əgər ələ keçirilən məbləğ 500 manatdan azdırsa, bu, inzibati xəta hesab edilir və İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə məsuliyyət yaradır. Ələ keçirilən əmlak 500 manatdan yuxarı olduqda cinayət məsuliyyəti nəzərdə tutulur və məbləğdən asılı olaraq Cinayət Məcəlləsinin 178-ci maddəsinin müvafiq bəndləri ilə cinayət işi başlanılır".

R.Əliyev nəzərə çatdırıb ki, həm istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs mülki iddia verə bilər. İzah edib ki, məhkəmə şəxsin cinayət əməlinə hüquqi qiymət verir, yəni onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza tətbiq edir, həm də mülki iddia əsaslıdırsa, məbləğin zərərçəkmişə geri qaytarılması ilə bağlı qərar çıxarır:

"Dələduzluq edən şəxs həbs olunsa belə, onun zərərçəkmişin borcunu ödəmək öhdəliyi aradan qalxmır. Həbsdən çıxdıqdan sonra da borcu ödəməlidir. Məhkəmə qərarını icra etməsə, buna görə də ayrıca məsuliyyət daşıyacaq".

Hüquqşünas əlavə edib ki, zərərçəkmiş şəxsə dəymiş zərər ödəndikdə və tərəflər arasında barışıq əldə edildikdə təqsirləndirilən şəxs məsuliyyətdən azad oluna bilir:

"İstintaq və ya məhkəmə dövründə dəymiş ziyanı ödəyirsə, eyni zamanda məbləğ xeyli miqdardırsa, 25%-i, külli miqdardırsa, 50%-i qədər dövlət nəfinə pul ödəyirsə, məsuliyyətdən azad edilə bilir. Əks halda, onun cəzası təyin olunur, cəzasını çəkməlidir".

Mina Mikayılova Milli.az

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri İlham Əliyevi təbrik edib like
  • 06 Noy 20:02  
Siyasət Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri İlham Əliyevi təbrik edib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiç Prezident

arrow Ətraflı
Davamlı stress xərçəng yaradır  Təsdiqləndi like
  • 06 Noy 20:00  
Digərləri Davamlı stress xərçəng yaradır Təsdiqləndi

Uzunmüddətli stress orqanizmin müdafiə sistemini zəiflədir və immun hüce

arrow Ətraflı
Nensi Pelosi istefa verdi like
  • 06 Noy 19:52  
Digərləri Nensi Pelosi istefa verdi

ABŞ-nin Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosi Konqresdəki

arrow Ətraflı
Jelka Tsviyanoviç İlham Əliyevi təbrik edib like
  • 06 Noy 19:47  
Siyasət Jelka Tsviyanoviç İlham Əliyevi təbrik edib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Zəf�

arrow Ətraflı
Diş məcunları saçdan hazırlanacaq like
  • 06 Noy 19:30  
Digərləri Diş məcunları saçdan hazırlanacaq

Elm dünyasında maraqlı yenilik baş verib.

arrow Ətraflı
UAZ yenə "keçmişə" qayıdır like
  • 06 Noy 19:19  
Digərləri UAZ yenə "keçmişə" qayıdır

UAZ "Hunter" avtomat ötürmə ilə istehsal olunmayacaq.

arrow Ətraflı
Azərbaycan Milli İncəsənət Muzeyində uşaqlar üçün tədbirlər keçiriləcək like
  • 06 Noy 19:03  
Kriminal Azərbaycan Milli İncəsənət Muzeyində uşaqlar üçün tədbirlər keçiriləcək

Azərbaycan Milli İncəsənət Muzeyində noyabr ayı ərzində uşaqlar üçü

arrow Ətraflı
Tural Güləhmədov yüksək vəzifəyə təyin edildi like
  • 06 Noy 19:02  
Digərləri Tural Güləhmədov yüksək vəzifəyə təyin edildi

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə H

arrow Ətraflı
Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyulub like
  • 06 Noy 18:59  
Digərləri Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyulub

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın ölkədən çıxışına qada�

arrow Ətraflı
COP30 üçün Braziliyaya ezam olunan şəxslərə əlavə ödəniş ediləcək like
  • 06 Noy 18:36  
Digərləri COP30 üçün Braziliyaya ezam olunan şəxslərə əlavə ödəniş ediləcək

COP29 və COP30 tədbirləri çərçivəsində 2025-ci ildə Belem şəhərinə

arrow Ətraflı
“44” bədii filminin çəkilişləri başa çatıb like
  • 06 Noy 18:33  
Kriminal “44” bədii filminin çəkilişləri başa çatıb

Vətən müharibəsinə həsr olunan "44" bədii filminin çəkilişl�

arrow Ətraflı
Sabah ilin ən güclü maqnit qasırğası olacaq  XƏBƏRDARLIQ like
  • 06 Noy 18:26  
Digərləri Sabah ilin ən güclü maqnit qasırğası olacaq XƏBƏRDARLIQ

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI) Günəş

arrow Ətraflı
Hüseyn Hüseynov işindən ayrıldı like
  • 06 Noy 18:03  
Digərləri Hüseyn Hüseynov işindən ayrıldı

Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir

arrow Ətraflı