Azərbaycan Milli İncəsənət Muzeyində uşaqlar üçün tədbirlər keçiriləcək
Kriminal 06 Noy 2025 19:03:00 57 0
Azərbaycan Milli İncəsənət Muzeyində noyabr ayı ərzində uşaqlar üçün əlamətdar tarixlərə həsr olunmuş maarifləndirici və bədii tədbirlər keçiriləcək. Vətənpərvərlik mövzusunda uşaqlar üçün təqdim olunan maarifləndirici proqramlar Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək, gənc nəslin milli və mənəvi dəyərlər ruhunda tərbiyəsini gücləndirmək, onların intellektual və yaradıcılıq qabiliyyətini inkişaf etdirmək məqsədi daşıyır. Bu tədbirlər uşaqlarda vətənə, torpağa, el-obaya sevgi və məhəbbət hissini aşılayır, ölkəmizin tarixini, müstəqilliyini və suverenliyini təbliğ edir. Eyni zamanda, vətənimizin keşiyində mətanətlə dayanan, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin və onların ailələrinin xatirəsinə dərin ehtiramın ifadəsidir. Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi və Sosial Xidmət Mərkəzlərinin "Parla" inklüziv mədəni kollektivinin birgə təşkilatçılığı ilə "Zəfərin Səsi - Qələbənin Nəğməsi" adlı konsert təqdim ediləcək. Tədbir Vətən müharibəsində qazanılmış şanlı Qələbəyə, həmçinin qəhrəman şəhid və qazilərimizin əziz xatirəsinə həsr olunacaq. Tədbirin 6 noyabr tarixində keçirilməsi planlaşdırılsa da, yolların bağlı olması səbəbindən 13 noyabr tarixinə təxirə salınıb. Noyabrın 7-də saat 12:00-da Azərbaycan Milli İncəsənət Muzeyində Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin iştirakı ilə "Xalqın Zəfəri" adlı konsert proqramı keçiriləcək. 8 noyabr- Zəfər Günündə "5 illik Zəfər Salnaməsi" adlı mühazirə, "Xarıbülbül" təsvirinə həsr olunmuş ustad dərsi və tematik ekskursiya təşkil olunacaq. 9 noyabr - Dövlət Bayrağı Günündə uşaqlar "Bayraq mənliyimdir, bayraq kimliyim" mövzusunda mühazirəni dinləyəcək, "Dövlət rəmzləri - Gerb və Bayraq" adlı ustad dərsində iştirak edəcək və tematik ekskursiyada ölkəmizin dövlət atributları ilə yaxından tanış olacaqlar. 17 noyabr - Milli Dirçəliş Günündə isə "Milli Dirçəliş" mövzusunda mühazirə, "Dövlət rəmzləri - Gerb və Bayraq" adlı ustad dərsi və tematik ekskursiya keçiriləcək. Bu proqramlar uşaqların bilik və yaradıcılıq potensialını artırmaqla yanaşı, onlarda milli dəyərlər, tarixə və qəhrəmanlıq salnaməmizə dərin hörmət hissinin formalaşmasına xidmət edəcək.
Bu xəbəri də oxu: “Azərbaycan incəsənət xəzinəsi” Yeni daimi ekspozisiyanın açılış mərasimi keçirilib FOTO
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə H
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın ölkədən çıxışına qada�
COP29 və COP30 tədbirləri çərçivəsində 2025-ci ildə Belem şəhərinə
Vətən müharibəsinə həsr olunan "44" bədii filminin çəkilişl�
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI) Günəş
8 Noyabr - Zəfər Günü münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qo
Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili və daha yeddi müxalifət
Tanınmış prodüser Təranə Səmədovanın cəzası azaldılıb.
Türkiyənin yerli dondurma markalarından birinin analizlərində insan sağlam
Azərbaycanlı xanım Hindistana səfəri zamanı məşhur Bollivud aktyoru Şah
7 noyabr saat 18:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında
Şəbnəm Tovuzlu aldığı qızılın qiymətini açıqlayıb.
