Məktəb partası arxasındakı ali təhsil...
Digərləri 04 Noy 2025 12:51:00 71 0
Müasir dövrdə təhsil sistemində keyfiyyətli dəyişikliklərin həyata keçirilməsi yalnız dərsliyin və ya proqramın yenilənməsi ilə məhdudlaşmamalıdır.
Hələ də bir sıra ali məktəblərdə sinif otaqları, parta düzümü və tədris metodları eynilə orta məktəb sistemini xatırladır. Azərbaycanda orta məktəblərlə ali təhsil müəssisələri arasında fərqin getdikcə itməsi, hətta universitetlərin də məktəb mühitindən çox da fərqlənməməsi insanlarda narahatlıq doğurur. Həmçinin bu, tələbələrin universitetdən gözlədiyi fərqli mühitin formalaşmasına mane olur.
Məsələ ilə bağlı təhsil eksperti Elmin Nuri Son.az-a açıqlamasında bildirib ki, hazırda orta ümumtəhsil müəssisələri ilə ali təhsil müəssisələri arasında yalnız məzmun deyil, forma baxımından da ciddi oxşarlıqlar mövcuddur və bu, narahatlıq doğurmalıdır.
Onun sözlərinə görə, bizi ən çox narahat edən məsələ orta məktəb və universitet arasında məzmunun demək olar ki, eyni qalmasıdır:
"Fənlərin tədris mexanizmi, müəllimlərin dərs keçmə tərzi, yanaşma modeli orta məktəbi xatırladır. Təbii ki, bütün universitetlər haqqında eyni fikri demək olmaz. Ölkədə 5-6 universitet var ki, orada həm məzmun, həm də forma baxımından daha müasir tədris sistemi tətbiq olunur. Amma əksər ali məktəblərdə hələ də klassik sinif otaqları, partalar, lövhələr, müəllimlərin dərs keçmə mexanizmi məktəblə eynidir".
Ekspert bildirib ki, bəzi çevrələr bu məsələni ciddi qəbul etməsə də, bu, sadə məsələ yox, ciddi problemdir:
"Bəziləri deyə bilər ki, "sinif otağı, parta hansı problemə səbəb ola bilər? Qabardırsınız" Amma mən deyirəm ki, bu çox ciddi məsələdir. Çünki yeni məzmun yeni forma tələb edir. Əgər forma dəyişmirsə, məzmun da köhnə olaraq qalır. Dünyada artıq orta məktəblərdə belə ənənəvi sinif otaqları ləğv olunur. Söhbət yalnız partadan getmir. Süni intellekt əsrində klassik sinif otağının qalması göstərir ki, biz təkcə formaca yox, düşüncə etibarilə də geridə qalırıq".
Elmin Nuri qeyd edib ki, bu gün bir çox tələbə universitetə qədəm qoyarkən fərqli bir atmosfer görəcəyini düşünür, lakin eyni mühitlə üzləşir:
"Abituriyent universitetə daxil olanda yeni düşüncə, yaradıcı mühit, sərbəstlik gözləyir. Amma yenə məktəbdəki kimi partalar, eyni tədris tərzi ilə qarşılaşır. Klassik sinif otaqları artıq orta məktəbdə belə qalmamalıdır".
Ekspert əlavə edib ki, məzmun və forma paralel şəkildə inkişaf etmədikcə, təhsil sistemi yenilənə bilməz:
"Bəli, yaxşı müəllim istənilən şəraitdə fərqli dərs keçə bilər. Amma sistem dəyişməlidir. Forma köhnə qaldıqca məzmunun yenilənməsi mümkünsüzdür. Dünya təhsil sistemi yeni dizayna, interaktiv auditoriyalara keçir, biz isə hələ də keçmişin sinif modelindən çıxa bilmirik".
Mina Mikayılova Son.az
Paytaxtda bəzi sakinlər yaşadıqları binaların qarşısında avtomobilləri
Ermənistan bu gün Türkiyə ilə Azərbaycan arasında yüklərin tranzitini t
"Uzaq Şehir"dəki vurulma səhnəsi birmənalı qarşılanmayıb.
ABŞ-da Nyu-York şəhər meri seçkiləri öncəsi gərginlik artır. Sorğular
Endirimli ingilis dili kursu təşkil edəcəyi vədi verərək dələduzluq ed�
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yan�
2025-ci il avqustun 8-də ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə A�
Hazırda Azərbaycanda müşahidə olunan demoqrafik meyillər bir çox ölkəl�
Növbəti il 2025-ci illə müqayisədə televiziya, radio və nəşriyyat xərc
2026-cı ildə aksizlər üzrə büdcəyə daxilolmalar 1 584 000 000 manat məb
2026-cı ilin dövlət büdcəsində 20 il və daha çox xidmət etmiş işləy�
Rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyinin Respublika Sanitari
2022-2026-cı illər ərzində 137 min nəfər müəllim heyətinin sertifikatla
Gələn il manatın məzənnəsinin sabit qalacağı gözlənilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yub
