Pensiya sistemini nə gözləyir? Yeni dövr başlayır


Digərləri 04 Noy 2025 11:38:00 69 0

Pensiya sistemini nə gözləyir?  Yeni dövr başlayır

Hazırda Azərbaycanda müşahidə olunan demoqrafik meyillər bir çox ölkələrlə müqayisədə müsbət olsa da, uzunmüddətli dövrdə əhalinin yaşlanması, sığortaolunanlar və pensiyaçılararasındakı say nisbəti, gözlənilən orta ömür müddəti və sair bir sıra digər amillər pensiya sistemi qarşısında mühüm çağırışlar yarada bilər.

Son.az xəbər verir ki, Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihədə bildirilib ki, hazırda ölkə əhalisinin 69,7 faizi əmək qabiliyyətli yaşda (15-65 yaş), 9,1 faizi isə 65 və daha yuxarı yaş qrupuna aiddir və dünya göstəriciləri ilə müqayisədə hazırkı vəziyyət dövlət pensiya sisteminin maliyyə dayanıqlığı baxımından qənaətbəxşdir. Lakin növbəti bir neçə onilliklərdə ölkə əhalisinin tərkibində yaşlı əhalinin sayının və xüsusi çəkisinin artması dövlət pensiya təminatı sisteminin əsas maliyyə mənbəyi olan məcburi dövlət sosial sığorta haqqı ödəyicilərinin sayının azalmasına, nəticə etibarilə isə onun maliyyə öhdəliklərinin artmasına səbəb ola bilər.

Mövcud demoqrafik meyillərə əsasən, 2024-cü ildə 0,6 faiz olan əhalinin illik artım tempinin BMT-nin "Dünya Əhalisinin Perspektivləri" hesabatına görə, 2050-ci ilədək kifayət qədər aşağı enəcəyi gözlənilir. Eyni zamanda, 15-64 yaş aralığında olan əmək qabiliyyətli əhalinin sayının 2030-cu illərin ikinci yarısında maksimum səviyyəyə çatacağı, daha sonra isə azalmağa başlayaraq 2050-ci ildə ümumi əhali strukturunda xüsusi çəkisinin 65,4 faizədək azalacağı proqnozlaşdırılır.

Digər tərəfdən, ən sürətli artım 65 və daha yuxarı yaşda olan əhali qrupunda müşahidə olunacaq. Belə ki, 2024-cü ildə 65 yaşdan yuxarı şəxslərin əhalidə xüsusi çəkisi 9,1 faiz təşkil etdiyi halda, bu göstəricinin 2050-ci ilin sonunadək 18,1 faizə çatacağı gözlənilir. Bundan əlavə, əhalinin iqtisadi rifah, tibbi xidmət, sosial təminatının yüksəlməsi fonunda əhalinin gözlənilən orta ömür uzunluğunun artması gözlənilir ki, bu da öz növbəsində əmək pensiyaçılarının orta pensiya ödənişi müddətinin uzanması və Fondun maliyyə yükünün artırılması ilə nəticələnir. 2024-cü ildə Azərbaycanda orta ömür uzunluğu 74,6 il təşkil edib və mövcud artım tendensiyasının davam edəcəyi halda, BMT-in proqnozlarına əsasən 2050-ci ildə 78,6 il olacağı gözlənilir.

Dövlət büdcəsində media üçün rekord artım like
  • 04 Noy 11:36  
Digərləri Dövlət büdcəsində media üçün rekord artım

Növbəti il 2025-ci illə müqayisədə televiziya, radio və nəşriyyat xərc

arrow Ətraflı
Aİ95in istehsalı niyə dayandırılır?  Yeni proqnozlar açıqlandı like
  • 04 Noy 11:32  
Digərləri Aİ95in istehsalı niyə dayandırılır? Yeni proqnozlar açıqlandı

2026-cı ildə aksizlər üzrə büdcəyə daxilolmalar 1 584 000 000 manat məb

arrow Ətraflı
Ehtiyatda olan hərbçilərə dəstək  Milyonlarla manat ayrılır like
  • 04 Noy 11:31  
Digərləri Ehtiyatda olan hərbçilərə dəstək Milyonlarla manat ayrılır

2026-cı ilin dövlət büdcəsində 20 il və daha çox xidmət etmiş işləy�

arrow Ətraflı
Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxslərinə HÖKM OXUNDU like
  • 04 Noy 11:30  
Digərləri Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxslərinə HÖKM OXUNDU

Rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyinin Respublika Sanitari

arrow Ətraflı
Bu müəllimlərə daha yüksək maaş veriləcək like
  • 04 Noy 11:26  
Digərləri Bu müəllimlərə daha yüksək maaş veriləcək

2022-2026-cı illər ərzində 137 min nəfər müəllim heyətinin sertifikatla

arrow Ətraflı
Gələn il manatın məzənnəsi dəyişəcək?  Komitə sədri açıqladı like
  • 04 Noy 11:24  
Digərləri Gələn il manatın məzənnəsi dəyişəcək? Komitə sədri açıqladı

Gələn il manatın məzənnəsinin sabit qalacağı gözlənilir.

arrow Ətraflı
DYP 2 gəncin öldüyü yol qəzası barədə məlumat yaydı  VİDEO  FOTO like
  • 04 Noy 11:15  
Digərləri DYP 2 gəncin öldüyü yol qəzası barədə məlumat yaydı VİDEO FOTO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Göygöldə 2 gəncin öldüyü, 2-ni

arrow Ətraflı
Aysun: "Atası qızımla görüşməyib, süni intelellektdir" like
  • 04 Noy 11:14  
Şou-biznes Aysun: "Atası qızımla görüşməyib, süni intelellektdir"

Müğənni Aysun İsmayılova keçmiş ərindən danışıb.

arrow Ətraflı
Nepalda qar uçqunu: 7 ölü, 5 yaralı like
  • 04 Noy 11:13  
Dünya Nepalda qar uçqunu: 7 ölü, 5 yaralı

Cənubi Asiyada qar uçqunu olub.

arrow Ətraflı
AzTVdə nöqsanlar aşkarlandı like
  • 04 Noy 11:07  
Digərləri AzTVdə nöqsanlar aşkarlandı

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC üzrə dövlət v

arrow Ətraflı
Yoxlamalardan əvvəl icra başçısı deputatın qardaşı oğlunu işdən çıxarıbmış like
  • 04 Noy 11:02  
Digərləri Yoxlamalardan əvvəl icra başçısı deputatın qardaşı oğlunu işdən çıxarıbmış

Qaradağ Rayon İcra Hakimiyyətində Korrupsiyaya qarşı Mübarizə Baş İdar

arrow Ətraflı
5 Gün 5 Gecə tarixi endirimlər olacaq  FOTO like
  • 04 Noy 11:00  
Digərləri 5 Gün 5 Gecə tarixi endirimlər olacaq FOTO

Tamstore marketlər şəbəkəsi 5-9 noyabr tarixi aralığında "5 gün, 5

arrow Ətraflı
Metro ilə bağlı şikayətiniz varsa, bu nömrəyə zəng edin  YENİLİK like
  • 04 Noy 10:51  
Digərləri Metro ilə bağlı şikayətiniz varsa, bu nömrəyə zəng edin YENİLİK

"Bakı Metropoliteni" QSC xidmət keyfiyyətinin artırılması məqs�

arrow Ətraflı