Ləzzətli yerkökü şirniyyatı üçün
Digərləri 02 Noy 2025 21:48:00 105 0
Rəngi ilə göz oxşayan, dadı ilə ləzzətini saxlayan yerkökü şirniyyatı az miqdarda ərzaqla böyük ləzzət bəxş edir.
Bu xəbəri də oxu: İki valyutanın manata qarşı məzənnəsi dəyişdi RƏSMİ
Son.az xəbər verir ki, düzgün bişirmə vaxtı, ədviyyat balansı və təqdimat üsulu bu şirniyyatı daha da ləzzətli edir.
Yerkökünü rəndələyib bir az yağda qovmaq onun təbii şirəsini çıxarır və karamelvari aroma qazandırır. Sonra şəkər tozu əlavə etdikdə kök su buraxır. Aşağı odda yavaş-yavaş bişirmək həm rəngin parlaq qalmasını, həm də lopa olmadan yumşalmasını təmin edir. Yerkökü suyu çəkib püreyə yaxınlaşanda ocağı söndürmək lazımdır. Çox bişirmək isə qarışımı çox qatı edir.
Şirniyyatın uyğun konsistensiyasını təmin edən əsas element peçenyedir. Lakin çox peçenye əlavə etmək şirniyyatı sərt və quru edir; az əlavə etmək isə yoğurma prosesini çətinləşdirir. BPeçenyeni az-az əlavə etmək, qarışımın həm asan yumrulana bilməsini, həm də bir qədər nəmlik saxlamasını təmin edir. Ən yaxşı nəticə üçün peçenyeni xırdalamaq tövsiyə olunur.
Yerkökü qarışımını bişirdikdən sonra isti halda peçenyeni əlavə etmək xəmirləşməyə səbəb olur. Qarışımı mütləq ilıq olana qədər gözlədin. İlıq qarışım peçenyenin ləzzəti mənimsəməsini və yuvarlanmasını asanlaşdırır. Hazırlanan topları soyuducuda ən azı 30 dəqiqə saxlayın ki, ərzaqlar bir-birinə yaxşı birləşsin.
Yerkökü şirniyyatında darçın, vanil kimi ədviyyatlar aromanı dərinləşdirir. Lakin ölçünü düzgün tənzimləmək vacibdir; çox darçın yerkökünün öz təbii şirinliyini örtə bilər. Bir çay qaşığı darçın kifayətdir. Daha zərif bir toxunuş üçün bir çay qaşığı portağal qabığı rəndəsi və ya bir neçə damla vanil ekstraktı əlavə edə bilərsiniz.
Topları yalnız Hind qozu ilə deyil, həm də toz fıstıq, kakao və ya rəngli tort bəzəkləri ilə örtərək vizual cəlbedicilik qazana bilərsiniz. Servis edərkən ağ toplarla yaşıl fıstıqlı topları yan-yana düzərək kontrast yaradın. Üzərinə kiçik nanə yarpaqları və ya rəndələnmiş tünd şokolad səpmək də müasir görünüş əlavə edir. Şüşə qablar və ya kiçik kağız qablar istifadəsi həm peşəkar, həm də gigiyenik təqdimat təmin edir. Yanında isə sadə qəhvə və ya darçınlı süd ilə servis edə bilərsiniz. Lalə Qüdrətova Son.az
Mütəxəssislərin fikrincə, səhər yeməyində seçilən çörəyin növü s
Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayevin köməkçis
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ermənistanda baş vermiş zəlzələ Gürcüstanda da hiss edilib.
Ermənistanın Tavuş vilayətindəki Haqartsin monastır kompleksi yaxınlığ�
"Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ Duy" (F
Almaniya Ukraynaya yeni Patriot sistemləri verib.
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni imici ilə gündəmə gəlib.
Bakıda 2015-ci il təvəllüdlü qızı Günay Məmmədovanın pornoqrafik gör
ABŞ-də aparılan yeni araşdırma beyin sağlamlığı üçün ən zərərli q
Xəbər verdiyimiz kimi, Üç gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (
Cümə axşamı DTX tərəfindən saxlanılan İslam Rzayevlə iyunun 20-də hə
