“Art Weekend” çərçivəsində “Nə qədər kifayətdir?” adlı inklüziv rəqs tamaşası təqdim edilib
Kriminal 02 Noy 2025 19:38:00 113 0
"Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ Duy" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında "Nə qədər kifayətdir?" adlı inklüziv rəqs tamaşası təqdim olunub.
Bu xəbəri də oxu: Kim sizə zəng edib belə desə 102yə yığın! XƏBƏRDARLIQ
Son.az bildirir ki, tədbirdə "Art Weekend" layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və direktoru Leyla Əliyeva iştirak edib.
"DanceAbility Azerbaijan"ın kollektivi tərəfindən hazırlanan teatr-rəqs performansı dövrümüzün ekoloji və sosial çağırışlarına bədii cavab olub.
COP29-un 2024-cü ildə Bakıda keçirilməsi kontekstində yaradılan bu tamaşa aldığımız geyimlərdən tutmuş istehsal etdiyimiz tullantılara qədər gündəlik seçimlərimizin planetin vəziyyətinə və bəşəriyyətin gələcəyinə təsirini tədqiq edir.
AZƏRTAC-ın müxbiri ilə söhbət edən "DanceAbility Azerbaijan" şirkətinin direktoru Nigar Sultanova deyib ki, tamaşanın ideyası 2024-cü ilin əsas mövzusuna çevrilən iqlim dəyişikliyi və ətraf mühit məsələlərinə ictimai diqqət dalğasında yaranıb.
"Biz həmişə inklüzivlik və əlçatanlıq ideyasını təşviq edirik, amma bu dəfə biz ətraf mühit haqqında danışmaq qərarına gəldik. Bunu səmimi şəkildə etmək bizim üçün vacib idi, ona görə də altı ay ərzində truppamızla görüşüb, planetə qayğı göstərməyin bizim üçün nə demək olduğunu müzakirə etdik", - deyə o vurğulayıb.
İdeyanın əsasını iştirakçıların illər ərzində diqqətlə qoruduqları əşyalarla bağlı şəxsi hekayələri təşkil edib.
Problemi araşdırarkən "DanceAbility Azerbaijan" komandası hər il dünyada təxminən 92 milyon ton tekstil tullantısının əmələ gəldiyini və insanların əvvəlkindən orta hesabla 36 faiz daha az geyim geyindiyini öyrənib. Məhz bu, kollektivi istehlak mədəniyyətinə və davamlı inkişafa həsr olunmuş "Nə qədər kifayətdir?" adlı tamaşanın yaradılmasına ruhlandırıb.
Tamaşa insan, istehlak və planetin ən vacib resurslarından olan su arasındakı əlaqəni tədqiq edir.
Hərəkət, hekayə danışma və kollektiv yaddaş vasitəsilə tamaşa həddindən artıq istehlak, çirkləndirmə və okeanların sağlamlığı arasındakı qarşılıqlı əlaqəni açır, davamlı inkişafı və zəncirvarı iqtisadiyyat ideyalarını təşviq edir.
Tədbirin sonunda Nigar Sultanova peşəkar və həvəskar rəqqasları, müxtəlif qabiliyyətlərə və təcrübəyə malik insanları bir araya gətirən layihənin realizəsi üçün dəstəyə və şərait yaradıldığına görə Heydər Əliyev Fonduna və Leyla Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edək ki, 2017-ci ildə qurulan "DanceAbility Azerbaijan" şirkəti uzun illərdir minlərlə insanın həyatına davamlı təsir göstərərək müxtəlifliyə, bərabərliyə və inklüzivliyə dəyər verilən cəmiyyətin qurulmasına töhfə verib. Son.az
Almaniya Ukraynaya yeni Patriot sistemləri verib.
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni imici ilə gündəmə gəlib.
Bakıda 2015-ci il təvəllüdlü qızı Günay Məmmədovanın pornoqrafik gör
ABŞ-də aparılan yeni araşdırma beyin sağlamlığı üçün ən zərərli q
Xəbər verdiyimiz kimi, Üç gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (
Cümə axşamı DTX tərəfindən saxlanılan İslam Rzayevlə iyunun 20-də hə
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�
İranın cənubunda və şimal hissələrində 8 Atom Elektrik Stansiyası inşa
Texnologiyanın sürətlə inkişaf etdiyi, süni intellekt və avtomatlaşdırm
Tibbi-meteoroloji proqnoz açıqlanıb.
Fransada qızıl emalı zavoduna silahlı basqın: 12 milyon avroluq soyğun
Rusiya tərəfi hazırda Rusiya-ABŞ sammitinin keçirilməsini zəruri hesab et
"Rusiya Konstantinovka və Kramatorska doğru irəliləməyə çalışır&q
