Radiatorların arxasına boş cips paketi qoyun və fərqi görün
Digərləri 30 Okt 2025 08:08:00 91 0
Soyuq havaların başlaması ilə birlikdə həm temperatur aşağı düşür, həm də enerji qiymətləri artır. Qışda evi isti saxlamaq getdikcə çətinləşir. Lakin mütəxəssislər sosial şəbəkələrdə yayılan sadə, lakin təsirli bu üsulun həm evi daha isti saxlaya, həm də enerji sərfiyyatını azalda biləcəyini bildiriblər: boş cips paketini radiatorların arxasına qoymaq.
Bu xəbəri də oxu: "Yeni Klinika" kamera sisteminə 400 minə yaxın vəsait sərf edəcək
Son.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, boş cips paketləri radiatorların istilik səmərəliliyini artırır.
Cips paketini düz şəkildə kəsin,
İç hissəsini təmizləyin,
Sonra onu radiatorun arxasındakı divara ikiüzlü yapışqan lentlə bərkidin.
Paketin parlaq (əksetdirici) səthi, normalda divar tərəfindən udulan istiliyi otağa geri qaytarır. Bu isə otağın daha tez isinməsinə, isitmə müddətinin qısalmasına və enerjiyə qənaətə səbəb olur.
Mütəxəssislər bildirirlər: "Bu sadə üsulla, radiatorlardan itən istiliyi geri qazanmaq mümkündür. Radiatorların arxasına parlaq səthli bir material qoymaq, istiliyin divardan çölə çıxmasının qarşısını alır və onu otağın içinə əks etdirir."
Bu üsulun prinsipi alüminium folqa və ya istilik əks etdirən panellər kimidir.
Cips paketlərinin parlaq səthi sayəsində istilik divara deyil, otağa yönəlir. Beləcə həm ev daha isti olur, həm də qaz və elektrik xərcləri azalır.
Mütəxəssislərdən əlavə məsləhətlər:
İstifadə etmədiyiniz otaqlardakı radiatorları söndürün.
Kombinizin su dövriyyə temperaturunu bir qədər azaltmaq, qaz xərclərini təxminən 9%-ə qədər azalda bilər.
Nəmləndirici və ya nəmi azaldan cihazlar, isitmə sistemlərindən daha az enerji sərf edir və evin havasını quru və isti saxlayır.
Televizor, modem və digər cihazları aşağı enerji rejiminə keçirin.
Evdə hava sızması olub-olmadığını yoxlayın, varsa pəncərələrdəki boşluqları bağlayın.
Paltar quruducu əvəzinə asılqan və ya nəmi azaldan cihaz istifadə edin - bu həm enerjiyə qənaət edir, həm də xərcləri azaldır.
Lalə Qüdrətova Son.az
Arıqlamaq prosesi çox vaxt çətin və yorucu görünə bilər. Lakin düzgün
Həkimlər bildirirlər ki, balıq orqanizm üçün ən vacib zülal və omeqa-3
Yeni elmi araşdırma göstərib ki, diş itkisi yalnız estetik problem deyil,
Mütəxəssislər bildirirlər ki, bəzi otaq bitkiləri yalnız dekorativ məqs
Əllərin və ayaqların rənginin dəyişməsi orqanizmdə ciddi problemlərin
İnstagram istifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədilə yeni və
Aktrisa Sədaqət Dadaşova ilk dəfə müğənni qızı Səidə Dadaşova ilə
Bədənini təbii yollarla təmizləmək istəyənlər üçün əncir və çör�
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Almaniyada "qayda və nizam" anlayışı o qədər önəmlidir ki, yay
Polis və təhlükəsizlik mütəxəssisləri ev sahiblərini yeni yayılan oğu
Demək olar ki, hər evdə olan, amma çox tez boyatlayan çörəklər üçün m
Xalq şairi Sabir Rüstəmxanlı qızı Aydan Rüstəmxanlı ilə müğənni El�
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Müğənni Şəbnəm Tovuzlu yeni avtomobil və villa alıb.
