“İnternet qurbanı olan 15 yaşlı qızım onun tələsinə düşdü…”


Digərləri 29 Okt 2025 18:00:00 66 0

“İnternet qurbanı olan 15 yaşlı qızım onun tələsinə düşdü…”

Bakıda yetkinlik yaşına çatmayan qızı aldadaraq intim münasibətdə olan və ondan xeyli miqdarda pul alan gəncin məhkəməsi keçirilib.

Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində - "Tarqovıy" məhəlləsində baş verib.

1999-cu il təvəllüdlü Rusiya vətəndaşı İbrahim Məhərrəmov "Weplay" internet oyununda 15 yaşlı İradə Əsədova (şərti ad-soyadlı) ilə tanış olub. O, daha sonra ünsiyyəti "Snapchat" sosial şəbəkəsində davam etdirib. Bundan sonra isə yeniyetmə qızı onunla evlənəcəyi yalanına inandıraraq "Tarqovıy"da tutduğu kirayə evə mütəmadi olaraq aparıb. Bu müddətdə İbrahim problemlərinin olduğunu, həbs edilə biləcəyini deyərək qızdan bir neçə dəfə xeyli pul və qızıl alıb.

Məsələnin üstü açılandan sonra İradənin atası polisə şikayət edib və İbrahim barəsində cinayət işi açılıb. Cinayət işi üzrə toplanmış materiallar Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə qızın atası övladının tələyə düşdüyünü deyib: "Qızım sağlam olaraq anadan olub və böyüyüb, ruhi-əsəb xəstəliyindən əziyyət çəkməyib, travma almayıb, ailədə ondan bir yaş kiçik qızım da var. Sadəcə dünyanın bəlası olan mobil telefon və internet uşaqların tərbiyəsini pozmaqdadır. Bunun qurbanı olan qızım da axmaq bir adamın tələsinə düşüb. İbrahim adlı şəxs bundan istifadə edərək qızım İradəni ailə qurmaq adı ilə aldadıb, onunla cinsi əlaqədə olub. Həmçinin etibarından sui-istifadə edərək hədiyyə olunmuş əmlakını ələ keçirib. Biz İbrahimə ağır cəza verilməsini, vurulmuş maddi-mənəvi zərərin ödənilməsini tələb edirik".

Nəsimi Rayon Məhkəməsi İbrahim Məhərrəmovu Cinayət Məcəlləsinin 152.1 və 178.2.4-cü (16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olma və dələduzluq) maddələri ilə təqsirli bilib. Ona 3 il 6 ay həbs cəzası verilib.

Məhkəmə mülki iddia tələbini də qismən təmin edib. İ.Məhərrəmovdan maddi ziyana görə 8272 manat, mənəvi ziyana görə 3000 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 175.40 manat, ümumilikdə 11 447.40 manat məbləğində pul vəsaiti tutularaq mülki iddiaçı zərərçəkmiş şəxsin xeyrinə ödəniləcək.

Ramiz Mehdiyevin kürəkəninə məxsus TIRlar ölkədən BURAXILMADI like
  • 29 Okt 17:55  
Digərləri Ramiz Mehdiyevin kürəkəninə məxsus TIRlar ölkədən BURAXILMADI

Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsus "TURAZ" MMC-yə

arrow Ətraflı
“Yaşasaydı, 2 ildən sonra 100 yaşı olacaqdı" like
  • 29 Okt 17:50  
Şou-biznes “Yaşasaydı, 2 ildən sonra 100 yaşı olacaqdı"

Əməkdar artist Zakir Əliyev atasından danışıb kövrəlib.

arrow Ətraflı
Toy günü ölən gəlinin qohumu danışdı like
  • 29 Okt 17:41  
Digərləri Toy günü ölən gəlinin qohumu danışdı

Xəbər verdiyimiz kimi, Astaranın Dolu kəndində 17 yaşlı Əfsanə Maqsud q

arrow Ətraflı
Müdafiə Nazirliyini aldadan iş adamının  Cəzası azaldıldı like
  • 29 Okt 17:36  
Digərləri Müdafiə Nazirliyini aldadan iş adamının Cəzası azaldıldı

Müdafiə Nazirliyinin silah-sursat anbarının tikintisinə ayrılan 7 milyon m

arrow Ətraflı
Yeni tədris ilində lisey və gimnaziyalara şagird qəbulu ilə bağlı YENİLİK like
  • 29 Okt 17:29  
Digərləri Yeni tədris ilində lisey və gimnaziyalara şagird qəbulu ilə bağlı YENİLİK

2026-2027-ci tədris ilində lisey və gimnaziyalara qəbul elektron qaydada ke�

arrow Ətraflı
Türkiyə bu xanımdan danışır  FOTOlar like
  • 29 Okt 17:19  
Digərləri Türkiyə bu xanımdan danışır FOTOlar

Türkiyə mediasının gündəmində bu dəfə Samsunun Ladik mahalına yeni tə

arrow Ətraflı
"1 "moykam", 3 dükanım var" like
  • 29 Okt 17:10  
Şou-biznes "1 "moykam", 3 dükanım var"

Xəbər verdiyimiz kimi, tanınmış aşıq Mübariz Camaloğlu yeni biznesə ba

arrow Ətraflı
Bu xanım aparat rəhbəri təyin olundu like
  • 29 Okt 17:03  
Digərləri Bu xanım aparat rəhbəri təyin olundu

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə (DTMQ

arrow Ətraflı
“Rəqəmsal kitabxana xidmətləri” mövzusunda təlim təşkil olunub  FOTO like
  • 29 Okt 16:56  
Digərləri “Rəqəmsal kitabxana xidmətləri” mövzusunda təlim təşkil olunub FOTO

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma�

arrow Ətraflı
"Aston Martin" də çökür like
  • 29 Okt 16:51  
Digərləri "Aston Martin" də çökür

Böyük Britaniyanın lüks avtomobil istehsalçısı Aston Martin 2025-ci ilin

arrow Ətraflı
Prezident bu şəxslərə vəzifə verdi  SƏRƏNCAM like
  • 29 Okt 16:48  
Siyasət Prezident bu şəxslərə vəzifə verdi SƏRƏNCAM

Prezident İlham Əliyev Apellyasiya instansiyası məhkəmələri sədrlərinin

arrow Ətraflı
Şəlalədə FACİƏ: Ana və 2 övladı faciəvi şəkildə öldü like
  • 29 Okt 16:43  
Dünya Şəlalədə FACİƏ: Ana və 2 övladı faciəvi şəkildə öldü

Hindistanın Maharashtra ştatının Lonavala bölgəsində yerləşən bir şə

arrow Ətraflı
Baş Prokurorluq Elton Məmmədova rəsmi xəbərdarlıq etdi like
  • 29 Okt 16:26  
Digərləri Baş Prokurorluq Elton Məmmədova rəsmi xəbərdarlıq etdi

Baş Prokurorluq Elton Məmmədova rəsmi xəbərdarlıq edib.

arrow Ətraflı
“Bolmart” rəhbəri yayılan məlumatlara aydınlıq gətirdi  FOTO like
  • 29 Okt 16:17  
Digərləri “Bolmart” rəhbəri yayılan məlumatlara aydınlıq gətirdi FOTO

Bu gün "Bolmart" mağazalar şəbəkəsinin icraçı direktoru Ramil

arrow Ətraflı