Toy günü ölən gəlinin qohumu danışdı
Digərləri 29 Okt 2025 17:41:00 86 0
Xəbər verdiyimiz kimi, Astaranın Dolu kəndində 17 yaşlı Əfsanə Maqsud qızı İmanovanın toy günü faciə ilə nəticələnib. Gənc gəlin toy zamanı özünü pis hiss edib və xəstəxanaya aparılsa da, həyatını itirib.
Bu xəbəri də oxu: Maştağada tullantılarla bağlı şikayətlər araşdırıldı
Son.az xəbər verir ki, gəlinin əmisioğlunun sözlərinə görə, toy qaydasında və xoş keçib:
"Axşam saatlarında Əfsanənin vəziyyətinin yaxşı olmadığı və xəstəxanaya yerləşdirildiyini eşitdik. Səhər saatlarında isə dünyasını dəyişib. Onun səhhətində heç bir problem olmayıb, sağlamlığı ilə bağlı şikayəti yox idi".
Qeyd edək ki, Əfsanə uzun müddət nişanlısı ilə birgə yaşasa da, rəsmi toy mərasimi oktyabrın 28-də baş tutub.
Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xəqani Xalıbov Bizim.Media-ya bildirib ki, gəlin 7 aylıq hamilə olub və valideynlər bu vəziyyəti gizlətmək üçün toyun təşkilini tələsdiriblər. Onun sözlərinə görə Əfsanə və həyat yoldaşı Dolu kəndində qeydiyyatda olsalar da, ailələri ilə birlikdə Bakının Zirə qəsəbəsində yaşayırmışlar.
Xəstəxanada aparılan müayinələr zamanı məlum olub ki, 7 aylıq döl artıq bətnində ölüb. Təəssüf ki, həkimlərin səylərinə baxmayaraq, Əfsanənin özünü də xilas etmək mümkün olmayıb. O, saat 15:00 radələrində dünyasını dəyişib.
Hadisə ilə bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
Aysel Əkbər Son.az
Müdafiə Nazirliyinin silah-sursat anbarının tikintisinə ayrılan 7 milyon m
2026-2027-ci tədris ilində lisey və gimnaziyalara qəbul elektron qaydada ke�
Türkiyə mediasının gündəmində bu dəfə Samsunun Ladik mahalına yeni tə
Xəbər verdiyimiz kimi, tanınmış aşıq Mübariz Camaloğlu yeni biznesə ba
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə (DTMQ
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma�
Böyük Britaniyanın lüks avtomobil istehsalçısı Aston Martin 2025-ci ilin
Prezident İlham Əliyev Apellyasiya instansiyası məhkəmələri sədrlərinin
Hindistanın Maharashtra ştatının Lonavala bölgəsində yerləşən bir şə
Baş Prokurorluq Elton Məmmədova rəsmi xəbərdarlıq edib.
Bu gün "Bolmart" mağazalar şəbəkəsinin icraçı direktoru Ramil
Müğənni Güllünün müəmmalı ölümü ilə bağlı yeni iddialar ortaya ç
Hindistana səfər edən Moskva sakini həyatını itirib.
Son günlər övladları arasındakı qalmaqalla gündəmə gələn Ana Vətən
