Bakıda "Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" adlı beynəlxalq konfrans keçiriləcək
Siyasət 29 Okt 2025 12:24:00 104 0
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə oktyabrın 31-də Azərbaycanda ilk dəfə Belçikanın müstəmləkə keçmişinə və onun hazırkı ağır fəsadlarına həsr olunan "Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" adlı beynəlxalq konfrans keçiriləcək.
Bu xəbəri də oxu: Ölüm xidmətə çevriləndə: Qərbin yeni etikası
BTQ-dən Son.az-a verilən məlumata görə, tədbirdə Belçikanın keçmiş müstəmləkələri - Konqo Demokratik Respublikası, Ruanda və Burundidən olan nümayəndələr, habelə diplomatlar və rəsmi şəxslər iştirak edəcək.
Ümumilikdə konfransa 8 ölkədən beynəlxalq hüquq üzrə ixtisaslaşmış mütəxəssilər, tarixçilər, tədqiqatçılar, vətəndaş cəmiyyəti fəalları, reparasiya məsələləri üzrə ekspertlər qatılacaq.
Konfransda Belçikanın Afrika qitəsində, xüsusilə Konqo Demokratik Respublikası, Ruanda və Burundi kimi keçmiş müstəmləkələrində yerli əhaliyə qarşı törətdiyi vəhşiliklər - etnik bölünmə siyasəti, kütləvi qətllər və mədəni mirasın talan edilməsi, o cümlədən Belçika müstəmləkəçiliyinin bu günə qədər davam edən ağır nəticələri müzakirə ediləcək.
Eyni zamanda Belçikanın müstəmləkə ərazilərində həyata keçirdiyi neokolonial siyasət nəticəsində adıçəkilən ölkələrin resurslarının hələ də istismar edilməsi, dəymiş ziyana görə bu xalqlara ödənməli olan kompensasiya tələbinin beynəlxalq müstəviyə daşınması və beynəlxalq təşkilatların gündəliyinə salınması ətrafında fikir mübadiləsi aparılacaq.
Konfransdan bir gün əvvəl, oktyabrın 30-da xarici qonaqlar Bakı Dövlət Universitetində müəllim və tələbə heyəti ilə "Mərkəzi Afrikada Belçika müstəmləkəçiliyi və onun bu günə qədər davam edən ağır fəsadları" mövzusunda müzakirələr aparacaq, auditoriya üçün mühazirələr oxuyacaqlar.
Xatırladaq ki, 2019-cu ildə BMT-nin Afrika Mənşəli Şəxslərin İşçi Qrupu tərəfindən hazırlanan hesabatda Belçikanın müstəmləkəçiliyi dövründə indiki Konqo Demokratik Respublikası (DRK), Ruanda və Burundidə 10 milyon insanın qətlə yetirildiyi, on minlərlə insanın əllərinin kəsildiyi, bu gün də münaqişə ocağına çevrilmiş etnik bölünmə siyasətinin həyata keçirildiyi, yerli əhalinin məcburi əməyə cəlb edildiyi, 20 min qarışıq nigahdan olan (metis) uşağın oğurlandığı və yerli icmalardan ayıraraq asimilasiya siyasətinə məruz qoyulduğu, soyqırımlara zəmin yaradıldığı vurğulanır. Hesabatda Belçikaya həqiqətlərin və faktların aşkar edilməsi üçün komissiyanın qurulması, arxivlərin açılması və təzminat ödənilməsi tövsiyə edilir.
Rusiyada azərbaycanlı iş adamı itkin düşüb.
Birinci Qarabağ müharibəsində itkin düşən - şəhid hərbçi Abbasov Rəf
Türkiyənin Diyarbəkir şəhərində 26 illik evlilik qeyri-adi bir səbəblə
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Tele-aparıcı Zaur Nəbioğluna maraqlı hədiyyə olunub.
Braziliya tarixində ən böyük narkotik əməliyyatı həyata keçirilib.
Sərnişin daşımalarında istifadə edilən avtomobillərin rəngi ağ və qı
Türkiyənin Iğdır şəhərində tikinti sahəsində faciəvi hadisə baş ver
XXI əsrdə ölüm artıq tale hadisəsi deyil. O, seçimə çevrilib. Hüquqa.
2024-cü və 2025-ci illərdə yaradılmış iki KOB klaster şirkətində ümum
Filarmoniya bağında su israfına diqqət çəkmək üçün sosial aksiya təş
Bakıda 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddəl�
Ağdərədə "HOWO" markalı yük maşını aşıb, sürücü ölüb.
Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda bu səhər faciəvi hadisə ba
